2022-ci il mayın 24-də Canon şirkətinin Azərbaycandakı nümayəndəliyi Xəzər Universiteti ilə əməkdaşlıq çərçivəsində Canon Academy-nin növbəti təqdimatını keçirmişdir. Tədbirdə Canon şirkətinin biznesin inkişafı üzrə meneceri Valeh Məhərrəmov, menecer köməkçisi Mehbarə Hüseynova, fotoqraflar, Xəzər Universitetinin tələbələri iştirak etmişlər.
“Kompozisiya və kameralar” mövzusunda olan təqdimatdatələbələrə kameraların əsas xüsusiyyətləri, rəng kompozisiyaları, çərçivənin əsasları və sadə kompozisiya üsulları haqqında nəzəri məlumatlar verilmişdir.