2022-ci il aprelin 29-da Xəzər Universitetinin Psixologiya departamenti ilə Polşanın Katovitsa şəhərindəki Sileziya Universiteti və Polşanın Qdansk Universiteti arasında tədqiqat sahəsində əməkdaşlıq müqaviləsi imzalanmışdır. Tədqiqat layihəsinin mövzusu işdən asılılıq və bununla bağlı sağlamlıq problemlərində makro, mezo və mikro səviyyəli amillərin rolu haqqındadır.
Bu müqavilə çərçivəsində tədqiqat işi aparılacaq və bu tədqiqat əsasında üç həmmüəlliflik nəşri hazırlanacaqdır.