2022-ci il aprelin 25-də Xəzər Universiteti Tarix və Arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu AZTV-nin “Əsas Məsələ” və “Xəbərlər” proqramlarına qonaq olmuşdur. Adı gedən proqramlarda Erməni soyqırım yalanları və 1915-ci ildə Türkiyədə tüğyan edən Erməni terrorunu, o cümlədən Daşnaksütyun, Armenekan, Xınçaq kimi terror təşkilatlarının o dövr Türkiyə dövlətinin müharibə apardığı düşmən dövlətlərlə əməkdaşlıq edərək, üsyanlar yoluilə işğala zəmin hazırlama təşəbbüsləri və Türkiyənin milli təhlükəsizliyin təmini baxımından həyata keçirmək məcburiyyətində qaldığı tədbirləri şərh etmişdir.