2022-ci il martın 15-də Xəzər Universitetində İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə universitetdaxili “Xəmsə” çempionatı keçirildi. Turnirdə 16 komanda, 80 tələbə öz biliklərini sınadılar.
Qrup və final mərhələlərinin ardından rəqiblərini üstələyərək 1-ci yerə “YeTeam” komandası yiyələnib. 2-ci yeri “INVICTA” komandası, 3-cü yeri “Unstoppbar” komandası, 4-cü yeri isə “Veni Vidi Vici” komandası tutub. Növbəti həftələrdə intellektual turnirlərin davamının keçirilməsi planlaşdırılır.