2022-ci il fevralın 15-də USAM tərəfindən “Global və Regional məsələlər kontekstində ABŞ-Türkiyə əlaqələri” mövzusunda vebinar keçirilib. Görüş Prof. Dr. Mustafa Aydının açılış nitqi ilə başlanıb.
Vebinarda Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Fərid Quliyev Cənub Qaz Dəhlizinə diqqət yetirməklə “Rusiya-Ukrayna gərginliyi şəraitində Avropanın Enerji Təhlükəsizliyi” ( "European Energy Security amid Russia-Ukraine Tensions" with a focus on the Southern Gas Corridor) mövzusunda çıxış edib.