2022-ci il fevralın 24-də Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmalar İnstitutu “Xocalıdan Qarabağ Zəfərinə” adlı elmi konfrans keçirmişdir.
Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu konfransda Cənub Qafqazdakı erməni terrorizminin tarixi və Ermənistan dövlətinin monoetnik bir dövlət halına gətirilməsi mövzusunda məruzə etmişdir. Konfransda Türkiyənin müxtəlif universitetlərindən tarixçilər də məruzələrlə çıxış etmişlər.