2022-ci il fevralın 24-də Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət etdilər. Xocalı soyqırımı abidəsinin önünə gül dəstəsi qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər.