Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4067 Arxiv
XƏBƏRLƏR
24 Aprel, 2026Gəncədə forum keçirilib
16 Aprel, 2026Türkiyə universitetlərində işgüzar görüşlər başa çatıb
14 Aprel, 2026Xəzər Universitetinin nümayəndə heyəti Sabançı Universitetində  
10 Aprel, 2026Litva Respublikasının Baş naziri İnqa Ruqinienen Xəzər Universitetində
31 Mart, 2026”Xəzər”in rektoru Akdeniz Universitetində
19 Mart, 2026Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının Xəzər Universitetinin 35 illik yubileyinə həsr olunmuş mərasimdə açılış nitqi
18 Mart, 2026Xəzər Universitetinin 35 illik yubiley mərasimi keçirilib
24 Aprel, 2026“İnklüziv təhsildən inklüziv cəmiyyətə”- Gəncədə konfrans
24 Aprel, 2026Departament müdiri Qalatasaray Universitetində
23 Aprel, 2026“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir

İtaliyada akademik mübadilə təcrübəm

Xəzər Universitetinin 3-cü kurs tələbəsi (Kompüter mühəndisliyi ixtisası) Erasmus+ Tələbə Mübadilə Proqramında iştirakı barədə təcrübəsini bölüşür.

Ciao! Salam!

Mən Almaz Cəfərova, Roma Sapienza Universitetində mübadilə tələbəsiyəm. Mübadilə təcrübəmi sizinlə bölüşməkdən çox məmnunam!

Mənim mübadilə dövrüm 2021-2022 qış semestrini əhatə edir (2021-ci ilin sentyabrından 2022-ci ilin fevralına qədər). Dünyanın ən yaxşı reytinqli universitetlərindən birində təhsil almaq şansım oldu. Sapienza Universiteti Avropanın ən böyük universitetlərindəndir. Təhsil sistemi Xəzər Universiteti ilə eyni olmasa da, uyğunlaşmaq asandır. İtaliyada beynəlxalq tələbə olaraq təhsil almaq, ən azı, unudulmaz bir təcrübə oldu. Sapienza`da dünyanın hər yerindən çoxlu tələbə var. Beləliklə, bir-birimizlə danışmaq, müxtəlif mövzuları müzakirə etmək və bir-birimizə kömək etmək imkanımız oldu.

Biz şanslıyıq ki, Sapienza beynəlxalq tələbələrin yeni insanlarla tanış olması və əsl mədəniyyətlərarası mübadilə etməsi üçün şərait yaradır. Xüsusilə, semestrin ilk iki həftəsi “Xoş gəlmisiniz həftəsi” idi və hər gün müxtəlif fəaliyyət növləri, yəni şəhər turları, pikniklər təşkil olunurdu. Müxtəlif millətlərdən olan çoxlu insanlarla tanış oldum. Onların vətənini, mədəniyyətini öyrənmək imkanım oldu və mən də öz ölkəm Azərbaycan haqqında xoş təəssürat yaratmaq üçün əlimdən gələni edirdim.

Roma tarixi bir şəhərdir. Kolizey, Trevi Fəvvarəsi, Roma Forumu və s. haqqında hamımız bilirik, lakin orada daha çox görməli yer var. Romanın küçələri gözəldir və hətta təsadüfi yerlərdə belə tarixi görə bilərsiniz. Hər yerdə hər şey tarixi cəhətdən qiymətlidir. Sapienza`nın bizim üçün təşkil etdiyi pulsuz şəhər turları şəhər haqqında daha çox məlumat əldə etməyimizə kömək etdi.

İtalyanlar əsasən şən və mehribandırlar. Ən böyük çətinliyim ünsiyyət idi, çünki yerli insanlar, adətən, ingilis dilini bilmirlər. Ancaq belə hallarda da sizə kömək etmək üçün bir yol tapmağa çalışırlar. Romada mübadilə etmək istəyən tələbələr təqaüd və yaşayış xərcləri barədə narahat olmamalıdırlar. Təqaüd şəhərdən zövq almaq və hətta səyahət etmək üçün kifayətdir. Amma nəzərə alınmalıdırlar ki, biz hər ay təqaüdümüzü almırıq. Ümumi təqaüdün 50%-ni bank hesablarımız hazır olanda almışıq, 30%-i üçüncü ayda verilib, 20%-i isə yola düşməyimizə bir həftə qalmış köçürüləcək.

Qısa müddət ərzində çoxlu xatirələr və təcrübələr qazandım. Komfort zonamı tərk etmək və gözəl bir səyahət etmək imkanım oldu. Mən bütün tələbələrə bu təcrübədən keçməyi tövsiyə edirəm.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026