2021-ci il dekabrın 25-26-da Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov Şabran rayonunun Qalaltı kəndində Milli Adaptasiya Proqramı çərçivəsində “İqlim, zəifliklər, risklər və boşluqlar” adlı təlim keçirmişdir.
Təlimdə müxtəlif nazirliklərin və elmi idarələrin əməkdaşları iştirak etmişlər. Qrup işlərinin də olduğu bu təlimdə təşkilat təmsilçiləri arasında maraqlı diskussiya da baş tutmuşdur. Təlim BMT İnkişaf proqramı tərəfindən təşkil edilmişdi.