Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1727 Arxiv
XƏBƏRLƏR
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində
15 May, 2026Türkiyənin İstanbul Esenyurt Universitetinin prorektoru Xəzər Universitetində  
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda
23 Aprel, 2026“Xəzər”in rektoru “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı  beynəlxalq  konfransda  

AZƏRTAC: Elmin İnkişafı Fondunun qrantını qazanmış layihənin tədqiqat işləri davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-təhsil-sənaye” məqsədli qrantını qazanmış “Qarabağ və Dilbaz at cinslərinin genom profilinin tədqiqi: Genetik markerlərin, allel variasiyalarının aşkar edilməsi və seleksiyada istifadəsi” layihəsinin Xəzər Universiteti, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Qarabağ Atçılıq və Dilbaz Atçılıq kompleksləri tərəfindən birgə tədqiqat işləri davam etdirilir.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hər təsərrüfatda 25 at (ümumilikdə 50 at) arasında bonitirə aparılıb. Bonitirədən sonra hər cinsdən 2 fərd, Dilbaz cinsindən 1 madyan, 1 ayğır, Qarabağ cinsindən 1 madyan, 1 ayğır seçilib və qeydiyyata götürülüb. Bonitirə Azərbaycan Respublikası “Atçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılıb. Bonitirə zamanı atların damazlıq keyfiyyətlərini, təkrar istehsala yararlılığını, mənşəyinin və irsi əlamətlərinin cinsin tələblərinə uyğunluğunu və istifadə təyinatını müəyyən etmək üçün kompleks əlamətlər qiymətləndirilib. Bonitirənin göstəriciləri yaradılmış elektron məlumat bazasına daxil edilib.

Elektron məlumat bazası “Access” məlumat bazası əsasında qurulub. Məlumat bazası 3 moduldan təşkil olunub.

Atların hərəkəti moduluna - atların cinsi, adı və ya ləqəbi, çipnömrəsi, pasport nömrəsi, bədən ölçüləri yer almaqla növbəti hərəkət baş verərsə, onu izləməyə icazə verən məlumatlar (kimə satılıb, satılma tarixi, yarışda olması, məcburi tələf edilməsi, təbii ölməsi) daxil edilib.

Laborator müayinələr modulunda - atın cinsi, ləqəbi, çip nömrəsi, pasport nömrəsi, gen analizi üçün nümunənin götürülməsi, GBS olması, GBS-dən sonra hansı atla cütləşib, alınan bala, balanın cinsiyyəti, balanın əlamətləri, balanın jurnalda qeydiyyat nömrəsi, balanın sağlamlıq vəziyyətini əks etdirən dəyişənlər daxil edilib.

Profilaktik tədbirlər modulunda - atın cinsi, ləqəbi, çip nömrəsi, pasport nömrəsi qeyd olunmaqla atların qripinə, rinopnevmoniyasına, tetanusuna və viruslu arteritinə qarşı aparılan tədbirlər haqqında məlumat daxil edilir.

Atlar haqqında əldə olunmuş bu kompleks məlumatların elektron məlumat bazasına işlənilməsi Dilbaz və Qarabağ atçılıq komplekslərində yenilikdir. Layihənin sonunda yenilənmiş versiya həmin təsərrüfatlara təqdim ediləcək. Növbəti mərhələdə bonitirə prosesi yerdə qalan atlar arasında davam etdiriləcək və elektron çipi olmayan fərdlər çiplənəcək.

Layihədə əldə olunmuş nəticələr bu il mayın 6-7-də keçirilmiş “Biologiyada Elmi Nailiyyətlər və Çağırışlar” X beynəlxalq konfransında təqdim edilib və öz sahəsi üzrə birinci yerə layiq görülüb.

https://azertag.az/xeber/Elmin_Inkisafi_Fondunun_qrantini_
qazanmis_layihenin_tedqiqat_isleri_davam_etdirilir-1871041
 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026