2021-ci il mayın 7-də Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasov “Əkinçi” kanalında çıxış etmişdir.
Çıxışda Ermənistanın ekoloji terroru nəticəsində transsərhəd çayların çirkləndirilərək Azərbaycana axıdılması, bunun da nəticəsində mikroflora və mikrofaunanın məhv edilməsi, suyun tərkibindəki ağır metalların miqdarının normadan dəfələrlə çox olması və digər ekoloji məsələlərə toxunulmuşdur.