Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi ProQuest Dissertasiya və Tezislər məlumat bazasından istifadə üçün sınaq müddəti alıb
Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi 2024-cü il 13 Noyabr tarixinə qədər ProQuest Dissertasiya və Tezislər məlumat bazasından istifadə üçün sınaq müddəti alıb.
Nəzərinizə çatdırmaq istərdik ki, ProQuest bazasına Xəzər Universitetinin dissertasiya işləri də daxil edilir.
Aşağıda göstərilən veb ünvandan istifadə edərək məlumatlarla tanış ola bilərsiniz.
https://trials.proquest.com/access?token=WADRJSFFiKwunMjDOYovyxxal
Milli ISBN Agentliyinin kitab kolleksiyasına sərbəst giriş
Milli İSBN Agentliyinin kitab kolleksiyası Xəzər Universiteti KİM-nin kitabxana və nəşriyyat sektorunda artmaqda olan kitab kolleksiyasının bir hissəsidir. Bu yolla formalaşan Azərbaycan nəşrlərinin geniş topluları Azərbaycan mədəniyyətinin, bədii, texliki və elmi fəaliyyətinin bütün sahələrini araşdırmağa imkan verən vəsaitlər təmin edir.
Xəzər Universitetinin elektron kataloqu digital catalogue və DSpace elektron arxivi Institutional Repository vasitəsilə kitabxana istifadəçilərinə çap və rəqəmsal İSBN nəşrləri haqqda məluatlar təqdim edilir. İSBN kolleksiyasının çap və rəqəmsal nəşrlərinin inteqrasiyası KİM-in istifadəçilərinin ədəbiyyat seçimində müxtəlif formatdan olan ədəbiyyatdan istifadəsini əlçatan edir. Belə ki, açıq rəf üsülü və DSpace e-arxivi kitaxana məkanında çap və rəqəmsal ədəbiyyatın sərgilənməsini təmin edir.
Xəzər Universiteti KİM sizə məmnuniyyətlə bildirir ki, biz Enhanced Electronic Grammars Online (Təkmilləşdirilmiş Elektron Qrammatikalar) verilənlər bazası üçün pulsuz IP sınaq versiyası almışıq. Xəzər Universiteti üçün giriş 15.11.2021 - 31.12.2021 tarixlərində keçərlidir.
Təkmil Elektron Qrammatikalar (TTQ) bir çox dillərin hərtərəfli təsvirlərini ehtiva edir. Bu unikal Onlayn İstinad İşi vasitəsilə ayrı ayrı qrammatikalar bir-biri ilə əlaqəli və semantik şərhli formatda birlikdə təqdim olunur, qrammatik məlumatlara ətraflı giriş və eyni anda bir neçə qrammatika üçün dillər arası tədqiqata imkan verir. Dillərarası sorğulara əlavə olaraq, hər bir qrammatikanı ayrıca oxumaq və axtarmaq olar. Təkmilləşdirilmiş Elektron Qrammatikalar iki ildən bir yenilənir və daha geniş dillərarası tədqiqat üçün hər il bir neçə yeni qrammatik nəşri birləşdirir.
Verilənlər bazası haqqında tam məlumat üçün aşağıdakı linkə keçid edin:
EEG - https://www.degruyter.com/database/eeg/html
Beynəlxalq akademik nəşriyyat olan De Gruyter sizlərə tammətnli məlumat bazalarına, elm və texnika üzrə istinadlara ödənişsiz sınaq müddəti təklif edir.
Xəzər Universiteti üçün sınaq müddəti: 29/10/2019 - 30/11/2019.
Məlumat bazaları haqqında tam məlumatı aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:
NANO - www.degruyter.com/db/nano | |
Energy Online - https://www.degruyter.com/view/db/energyo | |
Spark - https://www.degruyter.com/view/db/spark | |
Enzymes online - https://www.degruyter.com/view/db/enzo |
Məlumat bazası funksiyalarını izah etmək üçün İstifadə bələdçisi ünvanını bu keçidlə əldə edə bilərsiniz http://www.degruyter.com/page/867.
Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi Britannica Akademic jurnalları, dövri nəşrləri, e-kitablarına bir platformadan giriş üçün 4 həftəlik sınaq müddəti alıb.
Brittanica Academic yüksək keyfiyyətli məlumatlara sürətli giriş imkanı verir. Brittanica Plus tələbələrə tezislərdən, jurnallardan və dövri nəşrlərdən öz tədqiqatlarını araşdırmağa köməklik edən resurslara bir mənbədən giriş imkanı verir.
2 sentyabr 2019-cu ildə Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzində Yaponiyanın Nippon Fondu tərəfindən “ Müasir Yaponiyanı anlamaq üçün 100 kitab” layihəsi çərçivəsində hədiyyə verilən kitabların nümayişi və müzakirəsi keçirildi.
Xəzər Universitetinin KİM-nin direktoru doktor Tatyana Zaytseva Nippon fondunun missiyası və hədəfləri haqqında qısa məlumat verdi.
Xəzər Universitetinin İngilis dili departamentinin müdiri doktor Bəhman Amani bu kitabların Xəzər Universitetinin kitabxana kolleksiyasına gözəl bir əlavə olunduğunu bildirdi.
KİM-in əməkdaşları bu kolleksiyanın oxucularımıza Yaponiya cəmiyyətini tanımaqda kömək edəcəyini yüksək qiymətləndirdilər və Xəzər Universitteti və Nippon Fondu arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümid etdiklərinin bildirdilər.
Bu heyrətamiz kitab kolleksiyası Xəzər Universiteti tələbələrinin Yaponiya haqqında anlayışlarını inkişaf etdirməyə və iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirməyə kömək edəcəkdir.
2019-cu il mayın 22-də Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Cambridge University Press resurslarından necə yararlanmaq olar” adlı seminar keçirildi. Cambridge Nəşriyyatının nümayəndəsi Leszek Czerwinski resurslar haqqında ətraflı məlumat verdi.
Daha sonra EBSCO İnformasiya Xidmətlərinin nümayəndəsi Mehmet Can Soyulmaz yeni xidmət olan “Flipster digital magazines” haqqında ətraflı təqdimat etdi.
Seminar ərzində yeni resurslardan istifadə üçün Xəzər Universitetinə giriş imkanı veriləcəyi bildirildi.
Seminarda iştirakçıların sualları cavablandırıldı.
2019-cu il mayın 8-də Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) növbəti tədbiri keçirildi. Tədbirdə ADA Universitetinin kitabxana əməkdaşları ANKOS 2019 PDP proqramı haqqında məlumat verdilər.
Daha sonra tədbirdə Beynəlxalq Kitabxana Assosasiyalar və İnstitutlar Federasiyası –IFLA dünya xəritəsi (The World Library Map) təklifinin müzakirəsi, koordinator və işçi qrupunun yaradılması haqqında rəylər bildirildi.
Tədbirdə Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin (KİM) direktoru Tatyana Zaytseva və direktor müavini Aytac Misgərli iştirak etdilər.
2019-cu il aprelin 1-dən 4-dək Xəzər Universitetinin əməkdaşları –İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Kitabxana-İnformasiya Mərkəzinin direktoru Tatyana Zayseva, və Siyasi elm və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev Montpelier Universitetində baş tutan Erasmus+ NİZAMİ layihəsinin yekun iclasında iştirak etdilər. Layihənin görüşü tərəfdaş universitetlərin iş planlarına daxil olan tədbirlərin yekun hesabatı və 2019-cu il aprelin 12-də baş tutacaq layihənin genişlənməsinə dair tədbirin müzakirəsinə həsr edilmişdi.
NİZAMİ layihəsinin yekun görüşündə Azərbaycandan olan tərəfdaş qurumlar –Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Naxçıvan Universiteti və Avropa Birliyindən koordinator universitetlər –Montpelier Universiteti, Barselona Universiteti və Lund Universiteti iştirak edirdilər.
Görüşün üçüncü günündə Dr. Elmar Mustafayev NİZAMİ layihəsinin iş planında yer alan “Doktorluq təhsilinin strukturlaşdırılması”na dair təqdimatla çıxış etdi. Təqdimatda iştirakçılar Xəzər Universitetinin NİZAMİ layihəsi çərçivəsində yaradılan Doktorluq Məktəbi modeli haqqında məlumat verdi.
2019-cu il martın 15-də Xəzər Universitetində Erasmus+ PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində “eLearning və MOODLE” adlı seminar keçirildi. Seminar layihə çərçivəsində yaradılmış Elektron laboratoriyanın açılışı ilə başladı. Tədbirdə Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları tərəfindən elektron təhsil, MOODLE platforması, işləmə mexanizmi, istifadə qaydaları, DSpace və ondan istifadə qaydaları, həmçinin, DSpace platformasına materialların yüklənməsi haqqında geniş məlumat verildi və praktik olaraq iştirakçılara göstərildi. Seminarda Xəzər Universitetinin əməkdaşları ilə yanaşı, layihənin tərəfdaşları olan Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Universitetinin əməkdaşları da iştirak edirdilər.
2018-ci il dekabrın 27-də Xəzər Universitetində universitetin Kitabxana-İnformasiya Mərkəzi, Elm və Texnologiya üzrə Regional İnformasiya Mərkəzi (RICeST) və İslam Dünyası Elmi İstinad Mərkəzinin (ISC) təşkilatçılığı ilə “İslam Dünyasında Elmi Araşdırmalarının iki onilliyinə baxış: Azərbaycan Qlobal Reyting Sistemlərində və “Web of Science”-da” adlı seminar keçirildi. Seminarın məqsədi Xəzər Universietinin tədqiqatçılarını tədqiqatların təşkilinə həvəsəndirmək, eyni zamanda, hazırkı tədqiqatlar, tədqiqat alətləri və yanaşmalara dair müzakirəyə cəlb etmək idi.
ISC & RICeST-in Prezidenti Dr. Mohammad Cavad Dehqani və Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzinin dosenti, RICeST & ISC Prezidentinin məsləhətçisi Dr. Mohammad Reza Falahati Qadimi Fumani RICeST & ISC haqqında məlumat verdilər. Çıxışlar zamanı Qlobal Reytinq Sistemlərinə və İslam Əməkdaşlıq Təşkilatının Universitet Reytinqlərinə xüsusi diqqət yetirildi. Natiqlər, eyni zamanda, gələcək seminarların məqsədləri haqqında danışdılar və seminarların gözləntiləri qarşılayacağını qeyd etdilər.
Dr. Cavad Dehqani qeyd etdi ki, seminarın keçirilməsində məqsəd iştirakçıları beynəlxalq nüfüzlu jurnallarda elmi məqalələr nəşr etməyə həvəsləndirməkdir. Dr. Reza Falahati nəşrlərin sayını artırmaq məqsədilə institutlar səviyyəsində səyləri artırmağın vacibliyini vurğuladı.
Təqdimatların əsas hissəsi Xəzər Universitetinin timsalında Azərbaycanın ali təhsil müəssisələri əməkdaşlarının dərc etdirdiyi məqalələrin təhlilinə həsr edilmişdi. Seminarın sonunda tədqiqatın keyfiyyətinin yüksəldilməsi üçün bəzi strategiyalardan istifadəyə dair tövsiyələr verildi. Bu strategiyalardan biri elmi tədqiqatlar sahəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq qurmaq, eləcə də, nüfuzlu jurnallarda məqalə dərc etdirmək məqsədilə tədqiqatçıları həvəsləndirmək üçün stimullaşdırıcı tədbirlər sistemi yaratmaqdan ibarətdir.
Seminarda Xəzər Universitetinin və digər ali təhsil müəssisələrinin əməkdaşları, eləcə də, doktorantlar, kitabxanaçılar iştirak etdilər.
Seminardan sonra Xəzər Universiteti ilə RICeST və ISC arasında iki Anlaşma Memorandumu imzalandı. Bu memorandumlar çərçivəsində Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində RICeST və ISC-in filialı təsis edildi. Bu filialdan fars dilində tam həcmdə məqalələr axtaran iranlı tələbələr, fakültə əməkdaşları, eləcə də, kənar istifadəçilər faydalana biləcəklər.
Bu vasitə ilə Xəzər Universitetinin əməkdaşları 20-dən çox farsdilli məlumat bazasında ödənişsiz çıxış əldə edirlər.
2018-ci il dekabrın 13-də Hindistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Sancay Rana Xəzər Universitetində Hindistanın dünya turizmində rolu, turizmin inkişafına aid tövsiyələr, Hindistanın iqtisadi, sosial və siyasi həyatı, Azərbaycan və Hindistan arasında ikitərəfli inkişaf münasibətləri haqqında tələbələrə mühazirə keçdi.
Daha sonra cənab səfir Sanjay Rana Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində oldu. Kitabxana-İnformasiya Mərkəzinə Hindistanın tarixi, siyasəti, dahi şəxsiyyətləri, ədəbiyyat, incəsənət və mədəniyyətinə aid 73 adda kitab hədiyyə etdi.
Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi məmnuniyyətlə diqqətinizə çatdırır ki, One Search (EDS) platformasına əlavə olunmuş yeni axtarış alətini sınaqdan keçirmək imkanımız var. One Search (EDS) platformasına http://search.ebscohost.com saytında yerləşdirilmiş “Databases” və “EBSCOHost” vasitəsilə çıxış əldə edə bilərsiz.
İstifadəçi: khazar
Şifrə: khazar
EDS EBSCOhost interfeysinə əsaslanan fərdi xüsusiləşdirilmiş axtarış platformasıdır. EDS kitabxanın elektron resurslarında sinxron axtarış aparmağa imkan verir. Axtarışın nəticələri “Mənim EBSCOhost-um” qovluğunda yaddaşda saxlanıla bilər. Bundan başqa, EDS vasitəsilə yaddaşa verilmiş “Üstünlüklər” funksiyası da mövcuddur.
EDS bir axtarış qutusu vasitəsilə kitabxananın elektron resurslarına sürətli və asan çıxış imkanı yaradır. EDS ilə tədqiqat layihələri və digər tapşırıqları icra etmək üçün etibarlı məlumatları çevik surətdə əldə edə bilərsiz:
Əlavə məlumat üçün kitabxanaçı ilə əlaqə saxlaya, yaxud EDS Dəstək Mərkəzi və “Ən çox soruşulanlar” (FAQs) bölməsinə baxa bilərsiz.
2018-ci il oktyabrın 18-də Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli və Kataloqlaşdırma bölməsinin müdiri Samirə Orucova Humanitar və Sosial Elmlər fakültəsinin I kurs tələbələri üçün “Kitabxana-İnformasiya Mərkəzindən istifadə qaydaları” adlı təlim keçirdi.
Təlimdə tələbələrə “Kitabxanadan istifadə qaydalar”,” Oxucu hesabının açılması”, “Elektron kataloq”, “Elektron arxiv”, “ Elektron məlumat bazaları” haqqında ətraflı məlumat verildi.
2018-ci il oktyabrın 17-si saat 15:00-da EBSCO İnformasiya xidmətinin nümayəndəsi cənab Douglas Heintz Xəzər Universitetində “EBSCO Discovery Service: axtarış, məzmun və XXI əsr kitabxanalarında proqram təminatı” adlı təqdimat keçirdi.
Təqdimatda Xəzər Universitetinin əməkdaşları, doktorantlar iştirak edirdilər. Hazırda EBSCO şirkəti tərəfindən Xəzər Universitetinin əməkdaşlarına faydalı resurslardan istifadə üçün 1 aylıq sınaq müddəti verilmişdir.
2018-ci il oktyabrın 16-da Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları Aytac Misgərli və Samirə Orucova Təhsil fakültəsinin I kurs tələbələri üçün “Kitabxana-İnformasiya Mərkəzindən istifadə qaydaları” adlı təlim keçirdi.
Təlimdə tələbələrə “Kitabxanadan istifadə qaydaları”, “Oxucu hesabının açılması”, “Elektron kataloq”, “Elektron arxiv”, “Elektron məlumat bazaları” haqqında ətraflı məlumat verildi.
Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi Rəqəmsal Eektron Arxiv ( DSpace) 1,8-dən yeni versiya 6,2 versiyasına keçid etdi.
Elektron Arxiv Xəzər Universitetinin müəllimləri, işçiləri və tələbələrinin elmi tədqiqatlarının qorunub saxlanılmasını təmin edən Kitabxana İnformasiya xidmətidir. Açıq girişə kitablar, konfrans materialları, şəkillər, məqalələr, hesabatlar, tezislər, dissertasiyalar və s. daxildir.
Elektron Arxiv təkcə müasir və inkişaf edən məlumat, informasiya və kommunikasiya qaynağı deyil, həm də universitetin əhəmiyyətli rəqəmsal xidmətlərindən biridir.
Kitabxana İnformasiya Mərkəzi yeni nəşrlərinizi gözləyir.
2018-ci il sentyabrın 20-də “SpringerNature” nəşriyyat evinin nümayəndələri Merve Okur Karagülle və Selin Şencanlı Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində oldular. Nəşriyyat və Kitabxana-İnformasiya Mərkəzi arasında faydalı resursların əlçatan olması barəsində danışıqlar aparıldı.
Növbəti aylarda tədqiqatçılar üçün “Məqalələrin necə yazılması” haqqında təqdimatın təşkil edilməsi planlaşdırıldı.
2018-ci il sentyabrın 12-də Amerikanın Şərqi Kentukki Universitetinin Fulbrayt təqaüdçüləri Qaisar Sultana və Ron Smith Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzini ziyarət etdilər. Qonaqlar kitabxana fondu, yeni kitablar, Xəzər Universitetinin nəşrləri ilə tanış oldular.
Sonra ktabxana əməkdaşları ilə birgə təhsil və kitabxana mövzuları və problemləri ilə bağlı müzakirə etdilər.
Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi 2018-ci il sentyabrın 5-dən 2019-cu il oktyabrın 15-dək Polpred.com resurslarından istifadə üçün ödənişsiz sınaq müddəti əldə etmişdir.
Polpred.com Rusiyanın əhəmiyyətli biznes nəşrlərinin ən böyük arxividir. Sayta hər gün minlərlə məlumat yerləşdirilir.
İstifadə üçün www.polpred.com saytına daxil ola bilərsiniz.
LIRNPortal-a giriş
Dünyaca tanınmış nəşriyyatların bir çox mövzularda elmi elektron kitabların axtarışı.
Kitabxana və İnformasiya Resurslar Şəbəkəsi abunəliyinə giriş üçün https://proxy.lirn.net/AgapeUniv linkinə keçid edə bilərsiniz
Əgər hər hansı sualınız yaranarsa, kitabxana əməkdaşlarına müraciət edə bilərsiniz.
Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi kitabxana işçilərinə yardım etmək üçün vaxtı və həvəsi olan könüllülər axtarır. Əgər Siz özünüzü gərgin iş rejimində sadiq, çalışqan və etibarlı bilirsinizsə bizimlə çalışa bilərsiniz.
Könüllülərdən tələb olunur:
1. 3 və yaxud 4-cü kurs tələbəsi olmaları :
2. İngilis dili və kompyuter bacarıqlarının yaxşı olması
Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzində Sizi gözləyirik.
BİZƏ QOŞULUN. BİRLİKDƏ KİTABXANA GƏLƏCƏYİ QURAQ!
2018-ci il mayın 18-də Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzi “Gəlin, birlikdə mütaliə edək” layihəsi çərçivəsində “Müasir oxucular niyə daha çox psixoloji və motivasiyaedici kitablara üstünlük verirlər?” adlı müzakirə keçirdi.
Tədbiri giriş sözü ilə Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşı Esmira Hüseynova açdı. Xəzər Universitetinin məzunu psixoloq Leyla Qasımova müzakirədə iştirak etdi. Tələbələr mövzunun müzakirəsinə çox fəal yanaşdılar və maraqlı fikirlər bildirdilər.
Belə tədbirlərin mütəmadi keçirilməsini arzu etdilər.
2018-ci il aprelin 24-də Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları Aytac Misgərli və Samirə Orucova Humanitar və sosial elmlər fakültəsinin tərcüməçilik ixtisasının tələbələri üçün “Elektron resurslardan necə faydalanmalı” adlı təlim keçirdilər. Təlimdə tələbələrə informasiya mənbələrinə asan giriş, axtarış üsulları və kitabxanada olan yeni xidmətlər haqqında məlumat verildi.
2018-cil il aprelin 17-dən 20-dək Xəzər Unversiteti Kitabxana-İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli Antalyada keçirilən ANKOSLink-2018 konfransında iştirak etdi. ANKOS-Universitet kitabxanalarının e-resurslara rahat girişini təmin edən Kitabxana-İnformasiya Konsorsiumudur.
Konfransda 20 ölkədən 500-dən artıq nümayəndə iştirak etdirdi. ANKOSLink-in bu ilki mövzu başlığı “Araşdırmaya açılan qapı” – kitabxanalar idi. Bu konfransın məqsədi universitetlərin bir-birləri ilə hər keçən gün daha böyük rəqabətə girdikləri zamanda, araşdırmaçılar üçün kitabxanaçıların üstələyə bildiyi rolların müzakirəsi idi. Konfrans boyunca müxtəlif ölkələrin kitabxana nümayəndələri fikir mübadiləsi etdilər. Bütün konfrans boyu kitabxana sahəsində hazırda aktual olan mövzulara toxunuldu. Konfransda akademik kitabxanaların dəyişən rolları mövzusunda müzakirələr keçirildi. XXI əsrdə kitabxanaların öhdəlikləri, qarşıda duran problemləri müzakirə olundu.
Sonda Azərbaycan kitabxanaları ilə daha sıx əməkdaşlığın qurulması məqsədilə toplantı keçirildi.
2018-ci il martın 16-da Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Gəlin birlikdə mütaliə edək”adlı tədbir keçirildi. Tədbiri Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşı Esmira Hüseynova giriş sözü ilə açaraq, mütaliə mədəniyyətindən danışdı.
Tədbirdə müasir dövrdə oxucuların ən çox müraciət etdiyi janrlardan bəhs edildi. Kitabxana-İnformasiya Mərkəzinin fəal oxucuları tədbirdə maraqla çıxış etdilər. Belə tədbirlərin onların mütaliə vərdişlərinin yüksəldilməsində böyük rolu olduğunu vurğuladılar. Bu tədbirlərin silsilə şəklində davam etdirilməsi planlaşdırıldı.
Sonda fəal oxuculara Kitabxana-İnformasiya Mərkəzi tərəfindən sertifikatlar təqdim edildi.
2018-ci il martın 16-sı saat 16:00-da Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Gəlin birlikdə mütaliə edək” layihəsi çərçivəsində tədbir keçiriləcək. Tədbirin keçirilməsinin məqsədi tələbələrin mütaliəyə marağının artırılması və onlara oxu mədəniyyətinin aşılanmasının təbliğidir.