29 mayda Xəzər Universitetinin Neftçilər kampusundan xüsusi tədbir keçiriləcək. “İngilis Dili Müəllimləri Simpoziumu 2025” adlı simpoziumda altı təcrübəli müəllim çıxış edəcək və sonradan panel müzakirəsində iştirak edəcəklər. Xəzər Universitetinin illik olaraq təşkil etməyi planlaşdırdığı bu simpozium bu il ilk dəfə keçiriləcək və məqsəd ingilis dilinin tədrisi sahəsində mütəxəssislərin bilik və təcrübələrini Azərbaycanlı müəllimlərlə paylaşmasıdır.
Bu ilin mövzusu belədir: “İngilis dilinin ana dili olmadığı mühitdə ingilis dilinin tədrisi: dilin əvəzlənməsi deyil, zənginləşdirilməsi.” Başqa sözlə, bir dilin mənimsənilməsinin digər dilin mənimsənilməsini gücləndirməli olduğu ideyası irəli sürülür və bu yanaşmanın necə reallığa çevriləcəyinə dair bir sıra praktik tövsiyələr veriləcək. Çıxış edəcək altı mütəxəssis dörd fərqli ölkəni təmsil edir, ona görə də perspektivləri tətbiqolunma baxımından beynəlxalqdır. Təqdimatçılar arasında ABŞ Dövlət Departamentinin dəstəyi ilə xaricdə çalışan üç ingilis dili mütəxəssisi də yer alacaq. Tədbir iştirakçıları tədbirin sonunda keçiriləcək panel müzakirəsində suallarını ekspertlərə ünvanlaya biləcəklər.
Bundan əlavə, tədbirdə iştirak edənlərə Xəzər Universitetinin “İngilis Dili Müəllimləri Simpoziumu 2025” simpoziumunda iştirak etdiklərini təsdiq edən sertifikatlar təqdim olunacaq.
Qeydiyyat üçün aşağıdakı e-poçta müraciət edə bilərsiniz:
Email: arasulova@khazar.org
Telefon: +994(12)4211093 (230)
İllik ICPL beynəlxalq konfranslarının (2020, 2021, 2022, 2024) əldə etdiyi mühüm nailiyyətlərdən ruhlanaraq, Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti 2025-ci il konfransının Çinin Şanxay şəhərində keçiriləcəyini elan etməkdən qürur duyur. Dil fəlsəfəsi, ədəbiyyat və dilçilik üzrə 5-ci beynəlxalq konfrans Azərbaycanın Bakı şəhərindəki Xəzər Universiteti və Şanxay Beynəlxalq Araşdırmalar Universiteti (SISU) tərəfindən birgə təşkil olunur. Bu, konfransın qlobal akademik əlaqələrin inkişafına olan sadiqliyini əks etdirən əməkdaşlıqdır. Həm əyani, həm də onlayn iştirak imkanı təklif edən hibrid formatda keçiriləcək tədbir dünya alimlərinin iştirakını və əlçatanlığını təmin edir.
Biz dünyanın hər yerindən olan alimləri, tədqiqatçıları və bu sahə həvəskarlarını 8-10 may 2025-ci il tarixlərində Çinin dinamik və füsunkar Şanxay şəhərində dil, ədəbiyyat və dilçilik sahələrinə səyahət etmək üçün bizə qoşulmağa səmimiyyətlə dəvət edirik.
Seçilmiş bütün məqalələr Web of Science-də indekslənən "Corpus-based Studies Across Humanities/Khazar Journal of Humanities and Social Sciences" jurnalında dərc ediləcək. https://jhss-khazar.org/
Əlavə məlumat və xülasələrin göndərilməsi üçün:
Əlaqə nömrəsi: +99412 4217916 (230)
Konfransın veb-səhifəsi: www.icpl.az
2025-ci il aprelin 28-də İngilis dili və Ədəbiyyatı Departamentinin təşkilatçılığı ilə “Şekspir Günü 2025” adlı tədbir keçiriləcək.
“Şekspir Günü” dahi dramaturq Uilyam Şekspirin əsərlərini və yadda qalan obrazlarını daha yaxından tanımaq üçün fürsət yaradır. Tədbir çərçivəsində onun məşhur dram əsərlərindən səhnəciklər nümayiş olunacaq, seçilmiş sonetləri səsləndiriləcək. Eyni zamanda iştirakçılar arasında fikir mübadiləsi aparılacaq.
Tədbir saat 12:00-da Xəzər Universitetinin Neftçilər korpusunda Mərmər zalda baş tutacaq.
Maraqlanan hər kəs tədbirdə iştirak edə bilər.
Əlavə məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
+994 12 4217916 (230)
İngilis dili və ədəbiyyatı departamenti İngilis dilinin tədrisi ixtisası üzrə təhsil alan bütün tələbələri "Xidmətöncəsi müəllim hazırlığı" seminarına dəvət etməkdən məmnunluq duyur. Bu tədbir iki gün: 27 və 28 yanvar 2025-ci il, saat 10:00-da, Xəzər Universitetinin Neftçilər kampusunda keçiriləcək.
Seminar İngilis dili üzrə mütəxəssis Maykl Kollinz tərəfindən aparılacaq və sinif idarəetməsi, dərslərə fərdi yanaşmanın daxil edilməsi, səmərəli dərs və bölmə planlaşdırması kimi mühüm mövzuları əhatə edəcək.
Seminarın hər iki günündə iştirak edən iştirakçılara ABŞ Səfirliyi tərəfindən İştirak haqqında sertifikatı təqdim olunacaq.
Əlavə məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
E-poçt: arasulova@khazar.org
Telefon: +994(12)4211093 (230)
İştirakınızı səbirsizliklə gözləyirik!
İngilis dili və ədəbiyyatı departamenti bütün təhsil işçilərini "Müəllimlərin peşəkar inkişafı" seminarına dəvət etməkdən məmnunluq duyur. Seminar iki gün: 21 və 22 yanvar 2025-ci il, saat 10:00-da, Xəzər Universitetinin Neftçilər kampusunda keçiriləcək.
Sessiya İngilis dili üzrə mütəxəssis Maykl Kollinz tərəfindən aparılacaq və ingilis dili tədrisi sahəsində müəllimlərin peşəkar inkişafının təkmilləşdirilməsi üçün əsas strategiyalara diqqət yetiriləcək.
Seminarın hər iki günündə iştirak edən iştirakçılara ABŞ Səfirliyi tərəfindən İştirak haqqında sertifikat təqdim olunacaq.
Əlavə məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
E-poçt: arasulova@khazar.org
Telefon: +994(12)4211093 (230)
İştirakınızı səbirsizliklə gözləyirik!
İngilis dili və ədəbiyyatı departamenti 2024-cü il dekabrın 24-də, saat 12:00-da Neftçilər kampusunun Mərmər zalında keçiriləcək 4-cü "Poetic Voices" Şeir Qiraəti müsabiqəsini elan etməkdən məmnunluq duyur.
Müsabiqə münsiflər heyəti və tamaşaçılar qarşısında bədii və dil bacarıqlarını nümayiş etdirmək istəyən bütün yaradıcı təfəkkürlü Xəzər tələbələri üçün açıqdır.
Tələbələr müəllifin nəşr olunmuş ingilis dilində bir şeirini seçəcəklər. Maraqlanan tələbələr ətraflı məlumat və qeydiyyat üçün ingilis dili müəllimləri ilə əlaqə saxlaya və ya aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilər:
Email: nnovruzlu@khazar.org
Telefon: +994(12)421 10 93 (230)
Xəzər universitetinin İngilis dili və ədəbiyyatı departamenti "Akademik məqsədlər üçün ingilis dilini necə öyrənməli" mövzusunda vebinar keçirəcək. Vebinar ABŞ-də lisenziyalı müəllim olan ingilis dili üzrə mütəxəssis Michael Collins tərəfindən həyata keçiriləcək. Tədbir 2024-cü il noyabrın 20-də, saat 15:00-da Microsoft Teams platformasında keçiriləcək.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
Email: nnovruzlu@khazar.org
Telefon: +994(12)421 10 93 (230)
Maraqlanan hər kəs vebinarda iştirak etməyə dəvətlidir!
Xəzər universitetinin İngilis dili və ədəbiyyatı departamenti "ESL/EFL tələbələri üçün daha yaxşı yazı bacarığı naminə tənqidi oxu strategiyaları" mövzusunda seminar keçirəcək. Seminar EFL və ESL mütəxəssisi, FDI və beynəlxalq biznes məsləhətçisi Dr. Vahid Əsgəri tərəfindən həyata keçiriləcək. Tədbir 2024-cü il noyabrın 22-sində, saat 11:00-da Google Meet vasitəsilə keçiriləcək.
Maraqlanan bütün şəxslər seminarda iştirak etməyə dəvət olunur!
İngilis dili və ədəbiyyatı departamenti 2024-cü il noyabrın 23-də, saat 10:00-da Microsoft Teams vasitəsilə "İkinci dilin mənimsənilməsi üzrə tədqiqat və ideal dil istifadəçisi modelinin çətinliyi" mövzusunda tədqiqat vebinarının keçiriləcəyini məmnuniyyətlə elan edir. Vebinar Xəzər universitetinin qonaq professoru və İslam Azad Universitetinin (İran) müəllimi Dr. Davud Kuhi tərəfindən həyata keçiriləcək. Dr. Kuhi ideal dil istifadəsi modelinin formalaşması ilə bağlı mürəkkəbliklərə diqqət yetirərək, ikinci dilin mənimsənilməsi sahəsindəki əsas çətinlikləri və anlayışları müzakirə edəcək. Bu tədbir doktorantura və magistratura tələbələri, tədqiqatçılar və tədqiqatla maraqlanan hər kəs üçün nəzərdə tutulub.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
Email: nnovruzlu@khazar.org
Telefon: +994(12)421 10 93 (daxili 230)
İştirak etmək istəyən hər kəs dəvətlidir.
Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Türk Dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı I beynəlxalq elmi simpozium keçiriləcəkdir.
Türkiyə Respublikasının Kafkas Universiteti, Ege Universiteti, Atatürk Universiteti, Özbəkistan Respublikasının Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu, Türk Akademiyası Simpoziumun təşkilində tərəfdaşdırlar. Ölkəmizdə isə Simpoziumun təşkilinə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla işləri üzrə Dövlət Komitəsi, AR Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Nizami Gəncəvi Vəqfi dəstək verəcəkdir.
Simpozium 24-25 oktyabr 2024-cü il tarixində Bakıda Xəzər Universitetində keçiriləcəkdir.
Simpoziuma aid məlumatlarla buradan tanış olmaq mümkündür.
Məlumat üçün əlaqə nömrəsi: +99412 421-79-16/228
Elektron poçt: dil.ed@khazar.org
2024-cü il sentyabrın 23-də Xəzər Universitetinin “Tərcümə mərkəzi”nin təşkilatçılığı və İngilis dili və ədəbiyyatı departamentinin dəstəyi ilə universitetin ilə təlimçi Gülnarə İlham “Yumşaq bacarıqların karyerada rolu” adlı təlimini təşkil edəcək. Gülnarə İlham 2010-cu ildə "Mədəniyyət" telekanalında redaktor kimi fəaliyyətə başlayıb. 2016-2024 cü illərdə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı, "Azərbaycan müəllimi" qəzetində "Multimedia" şöbəsinin müdiri olaraq çalışıb. 2020-2021-ci illərdə "Yüksəliş" İctimai Birliyində İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsinin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsindədir. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera planlaması və inkişafı kafedrasının müəllimidir. 2002-ci illərdə BDU-nun Filologiya fakültəsini, Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirib. 2006-2008-ci illərdə Gəncə Dövlət Universitetinin magistratura səviyyəsində, 2008-2011-ci illərdə doktorantura səviyyəsində təhsil alıb. Hazırda ADA Universitetində Dövlət idarəetməsi ixtisası üzrə ikinci magistratura təhsili alır. Effektiv ünsiyyət, səlis nitq, yumşaq bacarıqlar və karyera planlaması üzrə təlimlər həyata keçirir.
14 İyun, 2024-cü il tarixində Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə BƏƏ-nin Şəhzadə Sultan Universitetinin Təhsil tədqiqatı labaratoriyasının tədqiqatçısı Muhamməd İmranın təqdimatında “Süni intellekt və yazı: Humanitar sahədə tədqiqatın aparılması və dərc olunmasındakı çətinliklər” adlı seminar baş tutacaqdır.
Seminara qoşulmaq istəyənlər aşağıdakı email vasitəsilə əlaqə saxlaya bilərlər:
19 İyun, 2024-cü il tarixində Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə Yeni Zelandiyadan olan tətbiqi dilçi və xarici dilin öyrədilməsi üzrə ixtisaslaşmış beynəlxalq mütəxəssis Professor Cek Riçardsın təqdimatında “Dil müəllimlərinin peşəkar inkişafına birgə yanaşmalar” adlı vebinar keçiriləcəkdir. Vebinar Zoom platforması üzərindən baş tutacaqdır.
Maraqlanan hər kəs aşağıdakı email vasitəsilə əlaqə saxlaya bilərlər:
15 may 2024-cü il tarixində, saat 12:00-da İngilis dili və ədəbiyyatı departamenti “2-ci Milli Ardıcıl Tərcümə Müsabiqəsi” keçirəcək. Tədbir Xəzər Universiteti, Neftçilər kampusu, Mərmər Zalda baş tutacaq.
Bütün maraqlanan tələbələr iştirak edə bilər.
Qeydiyyat və əlavə məlumat üçün aytaj.alili@khazar.org ilə əlaqə saxlamağınız xahiş olunur.
Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı Departamenti Manisa Celal Bayar Universiteti ilə birgə “Dil, Ədəbiyyat və Dilçilik Fəlsəfəsi üzrə 4-cü Beynəlxalq Konfrans” keçirəcək.
İllik ICPL beynəlxalq konfranslarının (2020, 2021, 2022) diqqətəlayiq nailiyyətlərindən ruhlanan Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı Departamenti konfransın 2024-cü ildə Türkiyənin Manisa şəhərində keçiriləcəyini elan etməkdən şərəf duyur. “Dil, Ədəbiyyat və Dilçilik fəlsəfəsi üzrə 4-cü Beynəlxalq Konfrans” Manisa Celal Bayar Universiteti ilə birgə təşkil olunur. Bütün dünya ölkələrindən alimləri, tədqiqatçıları və həvəskarları 9-11 may 2024-cü il tarixləri arasında Türkiyənin ecazkar Manisa şəhərində dil, ədəbiyyat və dilçilik aləminə səyahət etmək üçün bizə qoşulmağa dəvət etməkdən məmnunluq duyuruq.
Seçilmiş bütün məqalələr “Xəzər Humanitar və Sosial Elmlər Jurnalı”nda (“Web of Science” indeksli) dərc olunacaq. Jurnalın elektron versiyasını aşağıdakı keçiddən əldə etmək olar: https://ejournal.khazar.org/index.php/kjhss.
Əlavə sorğular və xülasə təqdimatlar üçün englangconf@khazar.org elektron poçt ünvanına e-məktub göndərməyinizi xahiş edirik.
Əlaqə nömrəsi: (+99412) 421 7916 (281)
Konfransın internet saytı: www.icpl.az.
18 Mart, 2024-cü il tarixində Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinin təşkilatçılığı və Karyera Mərkəzinin dəstəyi ilə Xəzər Universitetinin məzunu və “Global Gates Academy”nin direktoru Ellada Əliyeva tərəfindən ingilis dili müəllimliyi ixtisasında təhsil alan tələbələrə “Teacher Training” adlı təlim keçiriləcəkdir. Təlim proqramına müasir öyrətmə texnikaları, dərsin təşkili, dərs planının hazırlanması, tələbə psixologiyası və digər məsələlər daxildir. Təlim Xəzər Universitetinin Nərimanov filialında saat 10:30-da 301 nömrəli otaqda baş tutacaqdır.
Maraqlanan hər kəs aşağıdakı e-mail vasitəsilə əlaqə saxlaya bilərlər: tamella.mammadli@khazar.org
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti “Tədqiqat işinin yazılması: düzgün mövzunun seçilməsi” mövzusunda seminar keçirəcək. Seminarı Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin adyunkt professoru və tədqiqat koordinatoru Alan Libert aparacaq. Tədbir 7 mart 2024-cü il tarixində saat 10-da (Bakı vaxtı ilə) Teams Platforması vasitəsilə baş tutacaq.
Tədqiqat bacarıqlarınızı təkmilləşdirmək üçün bu əvəzolunmaz fürsəti qaçırmayın!
Hər kəsi seminarda iştirak etməyə dəvət edirik! Əlavə suallar üçün e-mail ünvanına müraciət edə bilərsiniz: tamella.mammadli@khazar.org
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti “Oxu vasitəsilə danışıq və yazı bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda seminar keçirəcək. Seminarı xarici dil kimi ingilis dili (EFL) və ikinci dil kimi ingilis dili (ESL) üzrə mütəxəssis Dr. Vahid Əsgəri aparacaq. Tədbir 18 yanvar 2023-cü il tarixində, saat 11:00-da Google Meet vasitəsilə baş tutacaq.
Bütün maraqlananları seminarda iştirak etməyə dəvət edirik!