“Türk Dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı I beynəlxalq elmi simpozium
Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Türk Dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” adlı I beynəlxalq elmi simpozium keçiriləcəkdir.
Türkiyə Respublikasının Kafkas Universiteti, Ege Universiteti, Atatürk Universiteti, Özbəkistan Respublikasının Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu, Türk Akademiyası Simpoziumun təşkilində tərəfdaşdırlar. Ölkəmizdə isə Simpoziumun təşkilinə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla işləri üzrə Dövlət Komitəsi, AR Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Nizami Gəncəvi Vəqfi dəstək verəcəkdir.
Beynəlxalq Elmi Simpozium "Məhəmməd Füzuli-530"
Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun və Dillər və Ədəbiyyatlar Departamentinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda Beynəlxalq Elmi Simpozium
Hüseyn Cavidin ev muzeyində “Azərbaycan ədəbiyyatında romantizm mərhələsi” mövzusunda seminar
2024-cü il oktyabrın 7-də Hüseyn Cavidin ev muzeyində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Xatirə Yusifova tərəfindən “Azərbaycan ədəbiyyatında romantizm mərhələsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Humanitar, təhsil və sosial elmlər fakültəsində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri də iştirak etmişdir. Tələbələrə ədəbi hadisə olan Azərbaycan romantizminin tipologiyası, onun ayrı-ayrı nümayəndələrinin bədii təcrübəsi haqqında geniş məlumat verilmişdir.
03 Oktyabr, 2024-cü il tarixində Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı, Dillər və Ədəbiyyatlar Departamentinin dəstəyi ilə Müəllimlər Gününə həsr olunmuş “Məndədir, Səndədir, Müəllim ömrü” adlı tədbir keçiriləcəkdir.
03 Oktyabr, 2024-cü il tarixində Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı, Dillər və Ədəbiyyatlar Departamentinin dəstəyi ilə Müəllimlər Gününə həsr olunmuş “Məndədir, Səndədir, Müəllim ömrü” adlı tədbir keçiriləcəkdir. Tədbirdə Xəzər Universitetinin “Azərbaycan dili və Ədəbiyyat müəllimliyi” və “Filologiya (“Azərbaycan dili və Ədəbiyyatı”) ixtisasları üzrə müxtəlif illərdə təhsil almış məzunları eyni ixtisas üzrə təhsil alan birinci kurs tələbələri ilə öz uğurlu hekayələrini paylaşaraq, onları həvəsləndirməyə, ixtisaslarına qarşı olan maraqlarını, motivasiyasını artırmağa çalışacaqlar.
"Ədəbiyyat səyyahları"
"Ədəbiyyat səyyahları" (klv.az) saytı Böyük Azərbaycan şairi M.Füzulinin 530 illiyi münasibətilə fəlsəfi-irfani mövzularda hekayə və esse müsabiqəsi elan edir. Müsabiqənin məqsədi yaxşı sənət nümunələrinin yaranmasına yardımçı olmaqdır.
İştirakçılar müsabiqəyə yazı göndərəndə ad, soyadları ilə birgə şərti adlarını (münsiflər heyətinə təqdim olunması üçün) yazmalıdırlar. Bununla yanaşı şəxsiyyət vəsiqələrinin hər iki üzünü, ünvan və əlaqə nömrələrini qeyd etməklə qısa tərcümeyi- hallarını müvafiq fayllarda aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:
Fuzuli530musabiqe@gmail.com
Ədəbi nümunələr müsabiqəyə 2024-cü ilin sentyabr ayının 1-dək qəbul ediləcək, sentyabrın 30-dək münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.
“Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar və Musiqi və incəsənət departamentləri TİKA, Hacı Bayram Veli və UNESCO Türkiyə Nümayəndəliyi, Qazaxıstandan Ahmet Yesevi Universiteti ilə birgə “Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçirəcək. Simpoziumun əsas məqsədi türk xalqlarının ortaq mədəniyyətindən, ozan-aşıq sənətinin tarixindən və keçdiyi təşəkkül yolundan bəhs etmək və gələcək perspektivlərini müzakirə etməkdir.
"Tanı, oxu, tanıt"
20 may 2024-cü il saat 14:00da Xəzər Universitində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Tanı, oxu, tanıt" ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində görüş keçiriləcək.
Yazı sənəti dərsləri
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamenti “Yazı sənəti dərsləri”nə start verir. Kursun məqsədi “Yaradıcı yazı” (Creative Writing) ilə bağlı dünya və Azərbaycan təcrübəsini paylaşmaqdır. Təlimçi Dillər və ədəbiyyatlar departamentinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoydur.
“Ədəbiyyat səyyahları” (klv.az saytı) şeir müsabiqəsi elan edir
“Ədəbiyyat səyyahları” (klv.az saytı) “V Məmməd Araz Poeziya günü” çərçivəsində Xalq şairi Məmməd Arazın 90 illiyinə həsr olunan “Hər şeir Vətənin bir əsgəridir” adlı şeir müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi sənət naminə yazılmış poetik nümunələrin yaranmasına dəstək olmaq, Azərbaycana istedadlı şairlər qazandırmaq, onların cəmiyyətdə və şeir dünyasında layiq olduqları pilləyə qalxmasına yardımçı olmaqdır.
“Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
2024-cü il mayın 15-də tənqidçi- esseist, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun “Hədəf” nəşrlər evinin dəstəyi ilə çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabının təqdimatı və imza günü keçirilib. Departamentin müəllimi Dr. Qardaşxan Əzizxanlı təbdiri giriş sözü ilə açaraq, kitabın üstün məziyyətlərindən danışıb. Sonra müəllif çıxış edərək, bu dərs vəsaitini tələbələrinə ithaf etdiyini söyləyib və ümumilikdə postmodernizm və onun xüsusiyyətləri haqqında yığcam məlumat verib. Professorlardan Seyfəddin Rzasoy, Bədirxan Əhmədov, departamentin müəllimləri Dr. Zəminə Ziyayeva, Dr. Ramil Əhməd, departamentin magistr məzunu İlknur Əsgərova, BMU-nun müəllimləri -Pedaqoji təcrübə şöbəsinin müdiri fizika üzrə Dr, Həzi Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi Dr. Rəhman Quliyev, yazarlardan Nərmin Kamal, Şərif Ağayar, Qan Turalı, Səxavət Sahil, Mübariz Örən, “Hədəf” nəşrlər evinin direktoru Səbuhi Şahmursoy, kitabın redaktoru Cavid Qədir bu nəşrin ədəbiyyatşünaslıq elminə dəyərli töhfə olduğunu, mövcud sahədəki boşluğu dolduracağına ümid etdiklərini vurğulayıblar.
“Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub - XƏBƏRLƏR-Xəzər Universiteti
Dillər və ədəbiyyatlar departamentinin müəllimi “Poeziyada təbiətə müraciət: Klassik yanaşma və ekopoetika” mövzusunda açıq dərs keçib
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sərəncam imzalamış və 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik” ili elan edilmişdir.
Bu məqsədlə, 2024-cü il aprelin 23-də Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr.Dos. Xatirə Yusifova tərəfindən “Poeziyada təbiətə müraciət: Klassik yanaşma və ekopoetika” mövzusunda açıq dərs keçirilib.
Ömər Faiq Nemanzadəyə həsr olunan “Solmadı gülzarın , Faiq əfəndi “ adlı tədbir
2024-cü il aprelin 9-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin “Çapar” yayın evi ilə birgə təşkil etdiyi tədbir Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideyaların möhkəmlənməsində mühüm rol oynayan görkəmli ziyalı, böyük maarifçi Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığına həsr olunub. Tədbiri Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova açaraq, Ömər Faiq əfəndinin Azərbaycan publisistikasının inkişafında əvəzsiz xidmətlərindən söz açıb, onun mollanəsrəddinçilərin ideya rəhbərlərindən biri olduğunu vurğulayıb. Sonra çıxış üçün söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlıya verilib. Hamlet İsaxanlı “Molla Nəsrəddin” jurnalının təsis edilməsində Ö.F.Nemanzadənin rolundan, əməkdaşlıq etdiyi “Şərqi-Rus” qəzetində, sonra isə Tiflisdə “Qeyrət” mətbəəsində və “Molla Nəsrəddin” jurnalındakı fəaliyyətindən, keçdiyi həyat yolundan və xatirələrindən ətraflı danışıb. O,Ömər Faiq əfəndinin təkcə maarifçi-demokratik ideyaların carçısı, publisist, mətbuat nümayəndəsi olmadığını, onun həm də bir təhsil işçisi, müəllim və maarifçilik ideyalarını təbliğ edən vətənpərvər ziyalı olduğunu söyləyib. Natiq öz çıxşında Ö.F.Nemanzadənin varislərinin, xüsusilə onun irsinin yorulmaz təbliğatçısı, hazırda Böyük Britaniyada Azərbaycan Diasporunun nümayəndəsi Ülviyyə Pepinovanın fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra ”Çapar” dərgisinin və Çapar yayınlarının təsisçisi Yusif İlhamoğlu jurnalın Ö.F.Nemanzadəyə həsr olunan xüsusi buraxılışlarından geniş bəhs edib. Sonda Hamlet İsaxanlı tələbələrin suallarını cavablandırıb və iştirakçılara təşəkkürünü bildirib.
21 fevral Beynəlxalq Ana dili günüdür
2024-cü il fevralın 21-də saat 12:30-da Xəzər Universitetində Dillər və Ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Qloballaşan dünyada Azərbaycan dilinin saflığının qorunması” mövzusunda elmi seminar keçiriləcəkdir.
Seminarda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru prof. Sevinc Əliyeva Azərbaycan dilinin işləndiyi bütün sahələrdə dövlət dil normalarının qorunması, Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği, ədəbi dilin düzgün işlədilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi və s. məsələlər haqqında çıxış edəcəkdir.
Dillər və ədəbiyyatlar departamenti müəlliminin məqaləsi “Issues in Ethnology and Anthropology” jurnalında
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevin həmmüəllifi olduğu “Embodiment of the Manhood in Folklore: Keeping Secret From Women in Azerbaijan” (“Folklorda kişiliyin təcəssümü: real və virtual sosial mühit kontekstində Azərbaycanda qadınlardan sirr saxlama”) adlı məqalə “Issues in Ethnology and Anthropology” jurnalında (2023, cild 18, № 4, s. 1193-1217) dərc edilib. Qeyd edək ki, Serbiyanın Belqrad Universitetinin Etnologiya və antropologiya departamentinin dərgisi olan bu jurnal “Web of Science” verilənlər bazasında indeksləşdirilir.
Məqalədə ilk dəfə olaraq, sosial-psixoloji komplekslərin real və virtual sosial-mədəni mühitdəki metaforik-simvolik ifadəsi tədqiqata cəlb edilmiş, sosial-antropoloji yanaşma işığında Azərbaycan mühitində kişi sosial qruplarının qadınlardan “sirr saxlamaqla” bağlı stereotip düşüncəsi diqqət mərkəzinə gətirilmişdir. Müəyyən olunmuşdur ki, kişi kollektivində sirr saxlamaq qabiliyyəti xüsusilə yüksək dəyərləndirilir və qadınlara münasibətdə bu düşüncə stereotip şəklində özünü göstərir. Kişilərin qadınlardan sirr saxlamaqla bağlı olan stereotipləri isə yeni yaranan İnternet folklorunda ənənədən fərqli olaraq, gülüş və ironiya ilə qarşılanır.
https://khazar.org/az/news/7075
Xəzər Universitetinin əməkdaşları beynəlxalq elmi konfransda
2023-cü il dekabrın 23-də Neftçala rayonunda “Regional İnkişaf” İctimai Birliyinin və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “AZLİNG 2023 – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.
Neftçaladan olan dilçi alimlərin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransda Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını, eləcə də dünyanın müxtəlif universitetlərini təmsil edən 85 alim aktual dilçilik mövzuları ilə bağlı çıxış edib.
Konfransda Xəzər Universitetinin Tərcümə Mərkəzinin koordinatoru Dr. Elvin Abbasbəyli, Dillər və ədəbiyyatlar departamentinin əməkdaşları - filologiya üzrə fəlsəfə doktorları Reyhan Mədətova, İlkin Əsgərov, Rasim Heydərov, Zəminə Ziyayeva, Sevinc Qəmbərova və müəllim Mənsurə Əhmədovanın, həmçinin magistrantların məruzələri də dinlənilib.
Konfransın sonunda iştirakçılar beynəlxalq sertifikat ilə təltif olunublar.
https://khazar.org/az/news/7069
Dillər və ədəbiyyatlar departamentinin müəllimi döş nişanı ilə təltif edildi
2023-cü il dekabrın 22-də Hədəf Şirkətlər Qrupunun baş ofisində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoy “Elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə” "Hədəf Şirkətlər Qrupu”nun "Hədəf-15" döş nişanı ilə təltif edilmişdir.
https://khazar.org/az/news/7068
“Oxu strategiyası” fənni üzrə inteqrativ dərslər
2023-cü il dekabrın 13-də Dillər və ədəbiyyatlar departamentinin müəllimi, fil.ü.f.d.Sevinc Qəmbərovanın tədris etdiyi “Oxu strategiyası” fənni üzrə qonaq spikerlərin dəvəti metodu ilə inteqrativ dərslər təşkil olunub. Dərslərdə “Xan” nəşriyyatının direktoru, yazıçı Səbuhi Şahmursoy, “Kolleksioner” kitabının müəllifi Elay, ”Simurq” nəşriyyatının direktoru, yazıçı Amin Orucov və “Məktublar arxasında” əsərinin müəllifi, şair və ssenarist Pərviz Seyidli qonaq qismində iştirak ediblər.
Müəlliflərin bədii ədəbiyyatın insan həyatındakı yeri, gənclərin inkişafında və formalaşmasında mütaliənin rolu, bədii əsərlərin dili, nəşriyyatların birgə təşkil elədiyi kitab marafonlarının əhəmiyyəti və s. mövzularda təqdim etdikləri məruzələr böyük maraqla dinlənilib. Dərsdə gənclərin oxuduqları əsərlər barədə fikir mülahizəsi aparılıb və bu istiqamətdə faydalı tövsiyələr verilib. Sonra tələbələrin sualları cavablandırılıb və ən maraqlı sual müəlliflərinə kitab hədiyyələri təqdim olunub.
https://khazar.org/az/news/7040
“Lamançlı Don Kixot” mövzusunda açıq dərs
2023-cü il dekabrın 13-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində dil və ədəbiyyat müəllimliyi və filologiya ixtisası üzrə III kurs tələbələri üçün “Lamançlı Don Kixot” mövzusunda açıq dərs keçirilib.
Departamentin müəllimləri Qardaşxan Əzizxanlı və Ülvi Babasoy roman tarixində “Lamançlı Don Kixot”un rolundan, onun poetikasından, həyat və sənətdə doğurduğu suallardan söz açaraq, “saflığın və dürüstlüyün” kitabını yazan Servantesin özünəməxsus təhkiyəsindən danışıblar.
Onlar dünya ədəbiyyatında üstün yeri olan “Lamançlı Don Kixot”dan gətirdikləri konkret misallar əsasında “mətn içində mətn” texnikası sərgiləyən, hər abzasında bənzərsiz yumoristik, ironik, parodik deyimlər olan əsərin çoxsaylı özəl xüsusiyyətlərini qeyd ediblər.
Açıq dərs tələbələrin və mühazirəçilərin qarşılıqlı sual-cavabı ilə yekunlaşıb.
AZƏRTAC və digər saytlar tədbir haqqında xəbər yayımlayıblar.
https://azertag.az/xeber/safligin_ve_durustluyun_kitabi_lamanchli_don_kixot-2848900
https://khazar.org/az/news/7034
İstanbul Kültür Universitetinin nümayəndəsi ilə görüş
Dekabrın 4-də Xəzər Universitetində İstanbul Kültür Universitetinin nümayəndəsi ilə görüş keçirilmişdir.
Görüşdə İstanbul Kültür Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sevda Feyzullayeva, Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, Fizika və elektronika departamentinin müdiri Fəridə Tatardar, Həyat elmləri departamentinin müdiri Cəmalə Eldarova, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekan əvəzi Məhəmməd Eldarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva, Tarix və arxeologiya departamentinin müəllimi Nurlan Nəsirov iştirak etmişlər.
Görüşdə hər iki tərəf fəaliyyətləri barədə qısa məlumat vermiş, gələcək əməkdaşlıq imkanları, tələbə, işçi heyəti mübadiləsi və digər imkanlar müzakirə olunmuşdur. Sonra Beynəlxalq əlaqələr şöbəsində qonağa şöbənin fəaliyyəti haqqında məlumat verilmişdir.
https://khazar.org/az/news/7007
Təbiət elmləri və Mühəndislik fakültəsinin I kurs tələbələri arasında intellektual oyun
2023-cü il noyabrın 21-də Təbiət elmləri və mühəndislik fakültəsinin Kompüter mühəndisliyi və kompüter elmləri ixtisaslarının I kurs tələbələri arasında intellektual oyun təşkil olunub. Oyunun keçirilməsi tələbələrin şifahi və yazılı nitq bacarıqlarını zənginləşdirmək, qruplar arasında həmrəylik yaratmaq, eyni zamanda əylənərək öyrənmək üçün əlverişli mühit formalaşdırmaq məqsədi daşıyıb.
Universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərli tərəfindən “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni çərçivəsində təşkil olunan bilik yarışında 4 komanda – “Şairlər şurası”, “Nizamilər”, “Qılınc və Qələm” və “Natiqlər” iştirak edib.
Yarışın şərtlərinə uyğun olaraq, tələbələr semestr boyu öyrəndikləri mövzular əsasında öz bilik və bacarıqlarından istifadə ediblər. Nəticədə, ümumi balı ən çox olan “Natiqlər” qrup oyunun qalibi olub.
https://khazar.org/az/news/6989
Tələbələrimiz ümumrespublika bədii-qiraət müsabiqəsinin final mərhələsində
2023-cü il noyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 100 illiyi münasibətilə “Söz duyğusu, sənət sevdası” devizi altında ümumrespublika bədii-qiraət müsabiqəsinin ikinci mərhələsi keçirilib. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, Dos. Dilbər Zeynalovanın rəhbərliyi ilə İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Gülcənnət Məmmədli və fil.ü.f.d.Sevinc Qəmbərovanın rəhbərliyi ilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Vəlixan Vəlixanlı müsabiqədə iştirak edərək, 70-dən çox tələbə arasından final mərhələsinə vəsiqə qazanıblar. Müsabiqədə Gülcənnət Məmmədli Ramiz Rövşənin “Təpədən dırnağa hirs içindəyəm” şeiri, Vəlixan Vəlixanlı isə Rəsul Rzanın “Mən torpağam” şeiri ilə çıxış ediblər.
İştirakçılar görkəmli sənət və söz adamlarının təmsil olunduğu münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə müxtəlif meyarlar (nitqin aydınlığı, səlisliyi və ifadəliliyi; vəznlərin tələblərinə riayət edilməsi; seçilmiş şeirin məzmununa uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi; təqdimetmə bacarığı və sənətkarlıq keyfiyyətlərinin nümayiş etdirilməsi və s.) əsasında qiymətləndiriliblər. Universiteti layiqincə təmsil edən tələbələrimizi ürəkdən təbrik edirik və növbəti mərhələdə onlara uğurlar diləyirik!
https://khazar.org/az/news/6980
“İnteqrativ dərs” layihəsi çərçivəsində açıq dərs
2023-cü il noyabrın 23-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində “Həqiqət və məcaz (İrfan söhbətləri)” mövzusunda ibtidai sinif müəllimliyi (ingilis dilində) ixtisasının I kurs tələbələri üçün açıq dərs keçirilib.
Departamentin müəllimləri Qardaşxan Əzizxanlı və Rüstəm Lazımov dünyamızı “vasitələr dünyası” adlandıran irfançıların insanları həqiqi və məcazi vasitələrlə kəmiyyət pilləsindən keyfiyyət pilləsinə səslədiklərindən söz açaraq, onların ağıl və “vasitəsiz dünya” sayılan eşq pilləsi arasında gediş-gəliş edərək, həqiqəti qavramağa çalışdıqlarından danışıblar.
R.Lazımov “İrfan nədir?” sualına “İrfan iki addımdır: bir addımını qoyursan nəfsin üzərinə, o birisi addımda artıq Haqqı bulmuş olursan,” – deyə irfan alimlərinin sözləri ilə cavab verib.
Açıq dərs tələbələrin və mühazirəçilərin qarşılıqlı sual-cavabı ilə yekunlaşıb.
AZƏRTAC dərs haqqında xəbər yayımlayıb:
https://azertag.az/xeber/heqiqet_ve_mecaz_movzusunda_inteqrativ_ders-2833843
https://khazar.org/az/news/6978
Dillər və ədəbiyyatlar departamentinin nəzdində “Ritorika” klubu fəaliyyətə başlayır
Dillər və ədəbiyyatlar departamenti nəzdində fil.ü.f.d. Sevinc Qəmbərovanın moderatorluğu ilə “Ritorika” klubu fəaliyyətə başlayır. Klubun məqsədi tələbələrin nitq mədəniyyətini yüksəltmək, nümunəvi nitqə sahib olan sənət adamları ilə görüşlər təşkil eləmək, müxtəlif mövzular və əsərlər ətrafında müzakirələr aparmaqdır. Arzu edənlər sevinj.gambarova@khazar.org müraciət edə bilərlər.
Əlavə məlumatla buradan tanış ola bilərsiniz.
https://khazar.org/az/announce/4683
Xəzər Universitetində çin dilinin tədrisi problemlərinə aid görüş
2023-cü il noyabrın 3-də Dillər və ədəbiyyatlar departamentində Çin dilinin tədrisi problemləri müzakirə olunmuşdur. Departamentin müdiri Dos. Dilbər Zeynalova universitetin müxtəlif ixtisaslarında bu dilin tədrisi prosesində qarşıya çıxan problemlərdən və onların həlli yollarından söz açmışdır.
Çin dili müəllimləri Wan Dan, Wei Mengjie, Yin Qingai, Zhang Jiaojiao tələbələrin fənnə marağından, həmçinin tədris prosesində üzləşdikləri çətinliklərdən bəhs etmişlər.
Görüşün sonunda departamentdə digər xarici dil (alman, fransız) müəllimləri ilə tədris metodikası ətrafında təcrübə mübadiləsinin aparılması və tədrisin vasitə, forma, metodlarının təkmilləşdirilməsi qərara alınmışdır.
https://khazar.org/az/news/6948
Xəzər Universitetində İraq türkmənləri ilə görüş
2023-cü il noyabrın 1-də Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə İraq Türkmən Dostluq Dərnəyinin başqanı Şemsettin Kuzeci, Süleymaniyə və Bağdad universitetlərinin professoru Ömer Mehmet Kazancı ilə tələbələrin görüşü keçirilib. Tədbiri departamentin müdiri Dos. Dilbər Zeynalova açaraq, İraq türkmənləri və Azərbaycan türklərinin tarixi kökləri barədə məlumat verib.
Şemsettin Kuzeci çıxışında İraq türkmənlərının siyasi-iqtisadi-mədəni durumu haqqında geniş bəhs edib. Mehmet Ömer Kazancı isə İraq Türkmən ədəbiyyatının və dilinin keçdiyi tarixi yol haqqında danışıb. AMEA Folklor İnstitutunun Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil öz çıxışında tələbəlik illərində İraqdan gəlmiş Şakir Sabir Zabit ilə görüşündən söz açıb və belə canlı görüşlərin gənclər üçün önəmini vurğulayıb. Tələbələrin aktiv iştirakı tədbiri daha da maraqlı edib.
Görüşdə, həmçinin, Tiranadan ölkəmizə tədqiqat aparmaq üçün gəlmiş Albaniya - Azərbaycan Dostluq Dərnəyinin başqanı Entela Muço, ADPU-nun müəllimi Dr. Reyhan Rəsul, Dünya Türk Ocaqları Birliyinin rəhbəri Elmira Hüseynova, şair Alim Kəngərli, “Dünya” məktəbinin kitabxana müdiri Dr. Mədinə Karahanlı, Dillər və ədəbiyyatlar departamentinin müəllimləri Dos. Aynur Qəzənfərqızı, Dr. Ülvi Babasoy, Dr. Zəminə Ziyayeva iştirak ediblər.
Tədbirin sonunda Dos. Dilbər Zeynalova qonaqlara Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Prof. Akad. Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabını hədiyyə edib. Qonaqlar da öz növbələrində həm Dos. Dilbər Zeynalovaya, həm də tələbələrə öz kitablarını bağışlayıblar.
https://khazar.org/az/news/6947
Dillər və ədəbiyyatlar departamentinin müəllimi beynəlxalq konfransda
2023-cü il oktyabrın 24-də AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Əlyazmalar kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” adlı Beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdir.
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Xatirə Yusifova konfransda “Əbdi bəy Qarahisarinin yaradıcılığında sənətkar və şairlər” mövzusunda məruzə etmişdir.
https://khazar.org/az/news/6936
“Azərbaycanda aşıq mühitləri və onların görkəmli nümayəndələri” mövzusunda inteqrativ dərs
2023-cü il oktyabrın 26-da Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Aynur Qəzənfərqızı Atatürk mərkəzi Xarici əlaqələr şöbəsinin müdiri. Dr. Nazir Əhmədli ilə birgə “Azərbaycanda aşıq mühitləri və onların görkəmli nümayəndələri” mövzusunda inteqrativ dərs keçdilər.
Aynur Qəzənfərqızı dərsin giriş hissəsində Nazir Əhmədli haqqında geniş məlumat verdi. Onu arxiv sənədlərinə, faktlara əsaslanaraq aşıq yaradıcılığına aid araşdırma aparan tədqiqatçı kimi təqdim etdi.
Sonra Nazir Əhmədli çıxış edərək, indiyədək folklorşünaslıqda aşıqların həyatının əsasən onlar haqqında qoşulmuş dastanlardan öyrənildiyi, lakin kameral təsvirlər sayəsində müəyyən qədər gerçəklərin əldə olunduğu barədə məlumat verdi. Alim çıxışının davamında kameral təsvirlərin yazılma səbəbini aydınlaşdıraraq, özünün araşdırmalarından geniş bəhs etdi; bildirdi ki, aşıqların doğum və ölüm tarixləri ən azı 30-40 il fərqlə təqdim olunub. Alim, həmçinin, Aşıq Ələsgər yaradıcılığından da bəhs edərək, heç bir ciddi əsas olmadan onun adından çap olunmuş şeirlərdən söz açdı, müqayisələr apardı, Aşıq Ələsgər və Aşıq Alı deyişməsindən danışdı. Aşıq Ələsgərdən qoşmalar söylədi, tələbələrin suallarını cavablandırdı və müzakirələrdə aktiv iştirak edən tələbələrə öz kitablarını hədiyyə etdi.
Sonda Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova aşıq yaradıcılığının öyrənilməsi və təbliğində xidmətlərinə və inteqrativ dərs layihəsində iştirak etdiyinə görə qonağa öz təşəkkürünü bildirdi.
https://khazar.org/az/news/6933
Dillər və ədəbiyyatlar departamentinin müəllimi İctimai televiziyanın “Ötən günlər” verilişində
2023-cü il oktyabrın 14-də İctimai televiziyanın Xalq şairi Məmməd Arazın 90 illiyi ilə bağlı yayımlanan “Ötən günlər” verilişində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, “Məmməd Araz poeziya günü” layihəsinə rəhbərlik edən fil.ü.f.d. Qardaşxan Əzizxanlı da çıxış etmişdir.
https://youtu.be/sI4SJV63Zqk?si=1R1iHUHyTwLEPaws
https://khazar.org/az/news/6912
Dillər və ədəbiyyatlar departamentinin müəllimi Selçuk Universitetində
2023-cü il oktyabrın 13-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Aynur Qəzənfərqızı Selçuk Ünversitetində (Türkiyə) türk dili və ədəbiyyatı müəllimi Dr.Nilgün Aydın`ın "Türk dünyası xalq ədəbiyyatı" dərsində "Azərbaycan folklorunun xarakterik özəllikləri" mövzusunda məruzə etmişdir.
Tədqiqatçı məruzəsində Azərbaycan folklorunun ümumtürk folklorunun tərkib hissəsi olduğunu, sonra coğrafi və tarixi təsirlər nəticəsində Azərbaycan və Türkiyə folklorunda fərqliliklər yarandığını vurğulamış, növ və janr, üslub və bölgü özəlliklərinə, termin fərqlərinə diqqət çəkmişdir. Sonda məruzəçi tələbələrin suallarına cavab vermişdir.
https://khazar.org/az/news/6907
Tələbələr H.Z.Tağıyevin yubileyi münasibətilə keçirilən tədbirdə
UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyevin (1823-1924) anadan olmasının 200 illik yubileyi də daxil olunub. Bu münasibətlə 2023-cü il oktyabrın 11-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Xatirə Yusifova tərəfindən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda seminar təşkil edilib. Seminarda Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyev və onun təşəbbüsü, həm də dəstəyi ilə açılmış qızlar məktəbi haqqında ətraflı məlumat verilib.
Tədbirdə Humanitar, təhsil və sosial elmlər fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri də iştirak etmişlər. Tələbələr, eyni zamanda, Əlyazmalar İnstitutunun ekspozisiya zalında saxlanılan eksponatlar və əlyazmalar ilə yaxından tanış olmuşlar.
https://khazar.org/az/news/6906
V Məmməd Araz Poeziya gününə həsr olunmuş tədbir
Məmməd Arazın 90 illiyi ilə əlaqədar 2023-cü il oktyabr ayının 14-də I Fəxri Xiyabanda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə tədbir keçirilib. V Məmməd Araz Poeziya günü çərçivəsində keçirilən tədbirdə Xəzər Universitetinin tələbələri, ədiblər, jurnalistlər, xalq şairinin ailə üzvləri və qohumları iştirak edib. Yeni formatda düzənlənən tədbir öncəsi Xəzər Universiteti tələbələrindən ibarət bir qrup Elmlər Akademiyası metrosu qarşısından başlamaqla Fəxri Xiyabanadək şairin “Nə bilim”, “Dünya sənin, dünya mənim...” mahnılarını oxuyaraq, ustad sənətkarın məzarını ziyarətə gəlib. Sonra universitetin İbtidai sinif müəllimliyi I kurs tələbələri Şəms Cavadova (“Ayağa dur, Azərbaycan!”), Fidan Quliyeva (“Ömür”), Əsiyyət Severxanova (“Məndən ötdü, qardaşıma dəydi”), Aydan Zahirova, Ayişə Sadıqova, Simuzər İskəndərzadə, Səbinə İsrayılova, Aytac Quluzadə, Xədicə Hüseynova, Telli Yaqubova, Leyla Bayramova, Məleykə Qürbətli, Aysun Müseyibova, Fəridə Abdullazadə, Aytac Quluzadə və Sonya Babayeva şairin məzarı önündə şeirlərindən və sözlərinə yazılmış mahnılardan ibarət kompozisiya təqdim ediblər.
Tədbirə moderatorluq edən “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri, universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı Vətən şairinin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, Bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıb. O, tədbirlərin ilin sonunadək davam edəcəyini söyləyib.
Şair Ağacəfər Həsənli, “Ədalət” qəzetinin Baş redaktor müavini Əbülfət Mədətoğlu, iqtisadçı İsa Məmmədov, Xalq şairinin yaxın qohumu Rəşid Məmmədov çıxışlarında onunla bağlı xatirələrini danışıb, unudulmaz ədibin poeziyasına öz sevgilərini izhar ediblər. Ölməz sənətkarın qızı Şəlalə İbrahimova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
https://khazar.org/az/news/6905
Dillər və ədəbiyyatlar departamentinin müəlliminin məqaləsi “AD ALTA: Journal of Interdisciplinary Research” jurnalında
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin fransız dili müəllimi, fil.ü.f.d., Dos. Yeganə Orucovanın “Metaphors: unlocking intensity's potential” (“Metafora: implisit məna daşıyıcısı kimi”) adlı məqaləsi “AD ALTA: Journal of Interdisciplinary Research-Magnanimitas” jurnalında (2023, Cild 13, №2, s.168-171) dərc edilmişdur. Qeyd edək ki, “AD ALTA: Journal of Interdisciplinary Research” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indeksləşdirilib.
Məqalədə implisit məna daşıyan metaforalar təhlil edilir.
Məqaləyə keçid: https://www.magnanimitas.cz/13-02-xxxv
https://khazar.org/az/news/6883
Dillər və ədəbiyyatlar departamentinin müəllimi İctimai Radioda
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, fil.ü.f.d. Sevinc Qəmbərova 2023-cü il sentyabrın 28-də İctimai Radioda Pərvanə Nadirqızının təqdimatı ilə yayımlanan “Can, Azərbaycan” verilişinin qonağı olmuşdur.
Verilişdə Azərbaycan dilinin şivələri ilə əlaqədar dialektologiyanın əsas anlayışlarından, Azərbaycan dilinin qohum dillərlə müqayisəli təhlilindən bəhs edilmişdir.
https://cloud.mail.ru/stock/h84iowQ5TJFLz6pwGnSSTHnp
https://khazar.org/az/news/6866
Hüseyn Cavidin ev muzeyində “Azərbaycan ədəbiyyatında romantizm mərhələsi” mövzusunda seminar
2023-cü il sentyabrın 27-də Hüseyn Cavidin ev muzeyində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Xatirə Yusifova tərəfindən “Azərbaycan ədəbiyyatında romantizm mərhələsi” mövzusunda seminar keçirilmişdir.
Seminarda universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri də iştirak etmişdir. Tələbələrə ədəbi hadisə olan Azərbaycan romantizminin tipologiyası, onun ayrı-ayrı nümayəndələrinin bədii təcrübəsi haqqında geniş məlumat verilmişdir.
https://khazar.org/az/news/6864
“Azərbaycandan dünyaya doğan günəş: Şəms və Mövlana” mövzusunda seminar
2023-cü il sentyabrın 15-də Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Dillər və ədəbiyyatlar departamentinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yüz illiyinə həsr edilmiş “Azərbaycandan dünyaya doğan günəş: Şəms və Mövlana” adlı elmi seminar keçirildi.
Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru Dos. Nəzakət Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri ifa olundu. Sonra Nəzakət Məmmədli Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını rus və erməni-daşnak işğalından sentyabrın 15-də xilas etməsinin tarixi əhəmiyyətindən bəhs etdi.
Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova, Mövlana Ədəbi-Fəlsəfi İnstitutunun təsisçisi Şəhram Oromi, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova və Hikmət Elmlər Mərkəzinin direktoru, Üsküdar Universiteti Təsəvvüf Araşdırmaları İnstitutunun doktorantı İlahə Kurşun`un açılış nitqləri dinlənildi.
Tanınmış mütəsəvvif, araşdırmaçı-yazar Cemalnur Sarqut “Həzrəti Şəms təlimləri ilə günümüzdə təsəvvüfü yaşamaq” adlı onlayn məruzə ilə çıxış edərək, Şəms Təbrizi və Mövlana Cəlaləddin Ruminin sevgi, barış və təkamülə əsaslanan möhtəşəm mənəvi təliminin günümüzədək davam etdiyini nəzərə çatdırdı.
Filologiya elmləri doktoru, Prof. Şəfəq Əlibəyli “Mövlana nəzmində təzad daşıyan irfani istilahların poetik dialektikası”, Dos. Səadət Şıxıyeva “Hürufi mətnlərində Mövlananı xatırlatmalar”, Dos. Nəzakət Məmmədli “Divani-Kəbirdə vəzn, məna və şeiriyyət uyumu”, Türkiyədən onlayn qoşulan Prof. Reşat Öngören “Şəms və Mövlana əlaqələrində yaşanan olayların təsəvvüf düşüncəsi nəzərindən dəyərləndirilməsi” və Şəhram Oromi “Mənim Şəmsim, Mənim Tanrım” mövzularında məruzə etdilər.
Tədbirdə iştirak edən Türk Dünyası Elmi Strateji Araşdırmalar Mərkəzinin direktoru Dos. Məhəmməd Cəbrayılov türk xalqlarının birliyinin, mədəniyyətlərarası əlaqənin önəmini vurğuladı.
Tanınmış şair, Dos. Şəlalə Ana Himmətli Mövlana Cəlaləddin Rumiyə həsr etdiyi “Mövlana” şeirini oxudu.
Xəzər Universitetinin müəllimləri – Dos. Xatirə Yusifova, Dos. Reyhan Mədətova, fil.üz. f.d. Zəminə Ziyayeva, Sevinc Qənbərova və AMEA Əlyazmlar İnstitutunun əməkdaşları da seminarda iştirak edirdilər
Media mənsubu, Üsküdar Universiteti Təsəvvüf Araşdırmaları İnstitutunun doktorantı, Nəfəs Nəşriyyat Evinin mətbuat müşaviri Tuğçe Yücebilgiç, Ankara Mədəniyyət və Turizm Nazirliyi Vəqflər Baş Müdirliyində çalışan dövlət məmuru Nilufər Taşkın, Üsküdar Universiteti Təsəvvüf Araşdırmaları İnstitutundan Selma Ekşi, Gönül Akkaya, Hülya Taştekin, Gülçin Acun və başqaları – Türkiyədən və Almaniyadan gələn 25 nəfərlik elmi heyət də tədbirə qatılmışdı.
Tədbir müzakirələr, məruzəçilərə ünvanlanan suallar və cavablardan sonra musiqili bədii hissə ilə başa çatdı.
https://khazar.org/az/news/6831
Dillər və ədəbiyyatlar departamentinin doktorantına fəlsəfə doktoru diplomu təqdim edilmişdir
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 iyun 2023-cü il tarixli qərarı ilə Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin doktorantı Ayna Çingiz qızı Babazadəyə 5716.01- Azərbaycan ədəbiyyatı ixtisasında filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Diplom A.Babazadəyə iyunun 25-də tədqim edilmişdir.
https://khazar.org/az/news/6763
Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı elmlər doktoru elmi dərəcəsi aldı
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı Elmira Məmmədova-Kekeçə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 12 may 2023-cü il tarixli qərarı ilə filologiya elmləri sahəsinin 5717.01 –Türk xalqları ədəbiyyatı və 5719.01 – Folklorşünaslıq ixtisasları üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. Elmlər doktoru diplomu mayın 26-da təqdim edilmişdir.
Elmira Məmmədova-Kekeç 2022-ci il martın 14-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Türk xalqları ədəbiyyatında vücudnamələr: arxitektonikası və məzmun özəllikləri” mövzusunda elmlər doktorluğu üzrə dissertasiya işini müdafiə etmişdir.
https://khazar.org/az/news/6737
Magistrantların dissertasiya müdafiəsi
2023-cü il iyunun 16-da Dillər və ədəbiyyatlar departamentinin "Azərbaycan dili" ixtisası üzrə magistrantı Mənsurə Əhmədovanın "Dilin mahiyyəti, nitq fəaliyyətində rolu. Dilə psixoloji və neyroloji yanaşma" və "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə magistrantı İlknur Əsgərovanın “Klassik Azərbaycan poeziyasında rəqəmlərin mifopoetikası” mövzularunda dissertasiyalarının müdafiəsi keçirilmişdir.
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri prof. Bədirxan Əhmədovun sədrliyi ilə keçirilən müdafiədə iddiaçılar dinlənildikdən sonra "Dilin mahiyyəti, nitq fəaliyyətində rolu. Dilə psixoloji və neyroloji yanaşma" mövzusunda tədqiqat işinin elmi rəhbəri dos. Sevinc Ağayeva və rəyçi f.ü.f.d. Rasim Heydərov çıxış etmiş, dilin psixika və beyinlə əlaqəsi ətrafında müzakirələr olmuşdur.
Sonra “Klassik Azərbaycan poeziyasında rəqəmlərin mifopoetikası” adlı tədqiqat işinin elmi rəhbəri, Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova, rəyçilər dos. Xatirə Yusifova, f.ü.f.d. Rüstəm Lazımov mövzu ətrafında çıxış edərək, Azərbaycan poeziyasında, həmçinin ümumtürk mifologiyasında sayların ifadə etdiyi məna qatlarına dair fikir mübadiləsi aparmışlar.
Nəticədə magistrantların elmi lşləri müsbət qiymətləndirilmişdir.
https://khazar.org/az/news/6731
Qardaşxan Əzizxanlının “İlkim də sən, indim də sən, sonum sən” və “Nə o – yelkən, nə bu – gəmi” adlı şeir kitablarının təqdimat və imza mərasimi keçirilib
2023-cü il mayın 16-da Xəzər Universitetində tanınmış şair, universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlının (Haqqarar) “İlkim də sən, indim də sən, sonum sən” və “Nə o – yelkən, nə bu – gəmi” adlı şeir kitablarının təqdimat və imza mərasimi keçirilib.
Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalovanın moderatorluğu ilə keçirilən tədbirdə sənət və elm adamları, habelə universitetin müəllim və tələbə heyəti iştirak edib.
Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas-esseist Ülvi Babasoy çıxışında Qardaşxanın orijinal yaradıcılıq üslubuna malik olduğunu vurğulayıb, təqdim edilən kitablarının üstün və özəl məziyyətlərindən danışıb. Məruzəçi son “Nə o – yelkən, nə bu – gəmi” adlı şeir kitabının struktur və məzmun xüsusiyyətlərindən söz açaraq, kitaba daxil olan bölmələrin tərkib özəlliklərini, bədii-estetik cəhətlərini qeyd edib. Kitabı onun konseptuallığı, minimalizmi və məzmun zənginliyi baxımından yüksək qiymətləndirən ədəbiyyatşünas alim bu kitabı Qardaşxanın 45 illik yaradıcılıq yolunun “həm kilidi, həm də açarı” adlandırıb.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, şair-tərcüməçi Səlim Babullaoğlu Q.Əzizxanlı şeiri ilə yanaşı, ümumiyyətlə, müasir dünya ədəbiyyatının, bütövlükdə poeziyanın əsas inkişaf istiqamətlərindən bəhs edərək, Qardaşxanın yığcam olduğu qədər də obrazlı yazı tərzinin üstünlüyünü önə çəkib. Poeziyanı “ali nitq hadisəsi” adlandıran natiq fikirlərini əsaslandırmaq üçün Qardaşxan şeirinə müraciətlər edib.
Bir-birindən maraqlı çıxışların olduğu tədbirdə uzun illər zabit poqonu daşımış Q.Əzizxanlının xidmət yoldaşları, onun yaradıcılığını yaxından izləyənlər söz alıb. Ehtiyatda olan zabit Ramiz Şəmiyev, tərcüməçi-publisist Novruz Novruzov, Xəzər Universitetinin müəllimi Mais Talışxanov, SOCAR-ın Baş Ofisinin böyük mühəndisi Cabbar Məmmədov və Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəylinin çıxışları və şairə ünvanladığı suallar Q.Əzizxanlının həyat, xidmət və yaradıcılıq yoluna daha da işıq salıb.
Dil-ədəbiyyat, kimya-biologiya ixtisası tələbələrindən Sənur Yaqubov, Könül Həsənli, Şəfa Yusifova, Aysun Qubadova və Aygün İsmayılova Qardaşxan Əzizxanlının “Yağış”, “Əllərimlə gözlərimi tutmuşam”, “Hər səhər beləcə”, “Bəlkə”, orijinaldan tərcümə etdiyi Y.V.Hötenin “Sevgiliyə yaxın” (“Nähe des Gelibten”) şeirlərini xüsusi şövqlə söyləyiblər.
Tədbir şairin çıxışı və imza mərasimi ilə yekunlaşıb.
https://khazar.org/az/news/6653
Xəzər Universitetinin müəlliminə fəlsəfə doktoru diplomu təqdim edilib
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 aprel 2023-cü il tarixli qərarı ilə Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlya filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir
Fəlsəfə doktoru diplomu Q.Əzizxanlya mayın 8-də təqdim edilmişdir.
https://khazar.org/az/news/6623
“Xəzər”in müəlliminin yeni şeirlər kitabı çap olunub
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, tanınmış şair və ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Haqqararın (Əzizxanlı) “Nə o - yelkən, nə bu - gəmi” adlı beşinci şeirlər kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.
Məzmununa görə dörd bölümdən ibarət kitabın ilk bölümü “Dualar”da şair inam, iman və etiqadın insan mənəviyyatının saf, pak, kamil formalaşmasındakı önəmini nəzərə çatdırır və duaları ilə də buna səsləyir. “İmza yerinə rəmzi qılınc” bölümündə müəllifin öz izahına görə “Qələmə, Sözə terrora etiraz şeirləri” toplanıb. Şairin izahına əlavə olaraq qeyd edək ki, həm bu bölümdə, həm də sonrakı iki bölümdə (“Nə o - yelkən, nə bu - gəmi”, “Qafiyəsiz poeziya”) verilmiş şeirlərdə vətəndaşlıq motivləri – yurdsevərlik, qeyrət, mərdlik, cəsarət tərənnüm olunur. Və ən əsası odur ki, bütün bunları şairin qeyri-adi orijinal düşüncə tərzinin axarına düşməklə dərk etmək olar.
Şeirlər kitabının redaktoru da Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, tanınmış ədəbi tənqidçi Ülvi Babasoydur.
https://khazar.org/az/news/6593
Milli Elmlər Akademiyasında professor, akademik Hamlet İsaxanlı ilə görüş
2023-cü il aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, ictimai xadim, görkəmli riyaziyyatşı alim, şair, yazıçı, tərcüməçi, publisist, son əsrlərin dünyaca təsdiq olunmuş azsaylı çoxbilgin (polimat) şəxsiyyətlərindən biri professor, akademik Hamlet İsaxanlı ilə 75 illik yubileyi münasibətilə görüş keçirildi. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) keçən tədbirdə AMEA və Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, elm xadimləri, media nümayəndələri iştirak ediblər.
Öncə Hamlet İsaxanlının MEK-ə hədiyyə etdiyi - özünün müəllifi olduğu, həmçinin şəxsi kitabxanasından elmin müxtəlif sahələrini əhatə edən, Azərbaycan və xarici dillərdə olan çoxsaylı nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı Azərbaycanın müstəqillik illərinin idealları, imkanları əsasında formalaşmış görkəmli Azərbaycan ziyalısıdır. Akademik Hamlet İsaxanlını 2021-ci ildə Gürcüstan Respublikası Elmlər Akademiyasının həqiqi (xarici) üzvü seçilməyi münasibətilə geniş ictimaiyyətin qarşısında bir daha təbrik edərək, bu hadisənin ziyalılar üçün, ölkə üçün əhəmiyyətini vurğulayıb.
Alimin pedaqoqika fəaliyyətinə də toxunan akademik İsa Həbibbəyli Azərbaycan Riyaziyyatçılar Cəmiyyəti içərisində Hamlet İsaxanlının çoxcəhətli fəaliyyəti ilə özünəməxsus ciddi bir yeri olduğunu diqqətə çatdırıb. AMEA-nın rəhbəri bildirib ki, dəqiq və humanitar elmlər arasında bir körpü olacaq, hər iki tərəfə xidmət edə biləcək çox az sayda insanlar var. “Onlardan biri də ölkəmizdə məhz Hamlet İsaxanlıdır. Onun müəllifi olduğu “Əlkimya: Elm, Sənət və Mistika” əsəri də ölkəmizdə təbiət ilə humanitar elmlərinin qarşılıqlı əlaqəsi, münasibəti məsələlərini elmi səviyyədə əks etdirən fundamental monoqrafik tədqiqatdır. Bu barədə birinci, təməl kitabı, təxminən yarım əsr bundan əvvəl Akademiyanın müxbir üzvü, mərhum Xudu Məmmədov yazıb. Onun “Qoşa qanad” kitabı da elmlə sənətin vəhdətini təşkil edib. Bundan əlavə, Hamlet İsaxanlı, ciddi bir tədqiqatçı olaraq nizamişünaslığa, orta əsr Azərbaycan ədəbiyyatının öyrənilməsinə böyük xidmət göstərib, üfüq açıb və əsaslandırıb” - deyə, Akademiyanın rəhbəri diqqətə çatdırıb.
Xəzər Universitetini professor Hamlet İsaxanlının şah əsəri kimi səciyyələndirən akademik İsa Həbibbəyli bildirib ki, bu universitet ölkəmizi dünyada istər layihələri, istərsə də təhsili ilə tanıdan bir neçə qabaqcıl təhsil ocaqlarından biridir.
Sonra çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev professor Hamlet İsaxanlı tərəfindən kitabxanaya tədqim edilən və müxtəlif elm sahələrini əhatə edən dəyərli nəşrlərin fondlarda xüsusi əhəmiyyət kəsb edəcəyini və gələcəkdə bu nəşlərdən ibarət alimin şəxsi kitab kolleksiyasının yaradılacağını da vurğulayıb. Baş direktor, həmçinin alimin elmi və ədəbi fəaliyyətinə toxunub.
Görüşdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə, institutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri professor Bədirxan Əhmədov, Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova çıxış edərək, Hamlet İsaxanlının yaradıcılığı barədə fikirlərini bölüşüblər, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova H.İsaxanlının müəllifi olduğu “Dalğalarla yan - yana” şeirini səsləndirib.
Sonda çıxış edən professor H.İsaxanlı tədbirin təşkilində əməyi keçənlərə, o cümlədən AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə və MEK-in baş direktoru, professor Məmməd Əliyevə xüsusi təşəkkürünü bildirərək, kitabın və kitabxananın cəmiyyətin inkişafındakı rolundan bəhs edib. Alim, həmçinin tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
https://khazar.org/az/news/6583
Professor, akademik Hamlet İsaxanlının 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
2023-cü il martın 29-da Xəzər Universitetinin Mərmər salonunda universitetin Dillər və ədəbiyyatlar departamentinin təşkilaçılığı ilə Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, şair, yazıçı, publisist, tərcüməçi, eım, mədəniyyət və təhsil tarixi üzrə mürəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi professor, akademik Hamlet İsaxanlının 75 illiyinə həsr olunmuş “Humanitar elmlər yeni paradiqmalar kontekstində” adlı gənc tədqiqatçıların beynəlxalq elmi konfransı (istiqamətləri: dil, ədəbiyyat, tarix, mədəniyyət, təhsil tarixi və fəlsəfəsi) keçirildi.
Konfrans H.İsaxanlının həyat və fəaliyyətinə həsr olunmuş geniş iclasla açıldı. Tədbirdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, tələbələr, ölkənin elm və ədəbiyyat nümayəndələri iştirak edirdilər.
İclası Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova açaraq, H. İsaxanlını və iştirakçıları salamladı, konfransın işinə uğurlar arzuladı.
Universitetin Kamera orkestri (bədii rəhbər Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadığova) də iştirakçıları musiqi ilə salamladı.
Sonra çıxışlar baçlandı. Universitetin rektoru dosent İradə Xəlilova H. İsaxanlının çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verdi.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru professor Nadir Məmmədli, şair, nasir, tərcüməçi, H. İsaxanlının şeirlərini gürcü dilinə çevirən İmir Məmmədli çıxış etdilər.
Beynəlxalq Rektorlar Assosiasiyasının prezidenti, Gürcüstanda Qafqaz Universitetinin rektoru professor Kaxa Şenqelia, Ərdahan Universitetinin qurucu rektoru, Qırğızıstan-Türkiyə Manas Universiteti Qəyyumlar Şurasının üzvü, Qafqaz Universitetlər Birliyinin sədri professor Ramazan Korkmaz, şair, yazıçı-tərçüməsi, Avrasiya Yazarlar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvi İmdat Avşar, İranın Elm və Texnologiya üzrəTədqiqat Mərkəzinin baş məsləhətçisi professor Bahman Amani, Özbəkistan İpəkyolu Universitetinin prorektoru professor Bahadur Turayev H.İsaxanlıya təbriklərini onlayn formatda çatdırdılar.
Çıxış və təbrik nitqlərində H.İsaxanlının çoxsahəli fəaliyyətinin müxtəlif cəhətlərinə toxunuldu, yaradıcılığının xüsusiyyətləri qeyd olundu, şəxsiyyət kimi yüksək dəyərləndirildi.
Sonda iştirakçıların alqışları ilə çıxış üçün dəvət olunan H.İsaxanlı geniş nitqində həyatının, xüsusən də təhsil illərinin bir çox maraqlı və ibrətli məqamlarından söz açdı, konfransın təşkilinə görə təşəkkürünü bildirdi.
Konfrans işini 5 bölmədə davam etdirdi. Əsas tərkibi Azərbaycandan, həmçinin Türkiyə, Qazaxıstan, Çin, Niderland və İngiltərədən olan 50 nəfərdən artıq gənc mütəxəssisin çıxışları dinlənildi. Konfrans yekun iclasla başa çatdı.
https://khazar.org/az/news/6549
İlahiyyat institutunda professor, akademik Hamlet İsaxanlı ilə görüş
2023-cü il fevralın 27-də Azərbaycan İlahiyyat İnstitutunun konfrans zalında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı ilə görüş keçirildi. Tədbirdə İlahiyyat institutunun rəhbərliyi, əməkdaşları və tələbələri, Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları iştirak edirdilər.
Görüşün aparıcısı – institutun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov H. İsaxanlının həyat və fəaliyyəti haqqında qısa məlumat verdi. Sonra institutun rektoru Dr. Aqil Şirinov, institutun sabiq rektoru, Xəzər Universitetinin magistr məzunu, Milli Məclisin deputatı Dr. Ceyhun Məmmədov çıxış edərək, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi kimi H.İsaxanlının çoxşaxəli yaradıcılıq fəaliyyətindən geniş bəhs etdilər.
H.İsaxanlının həyat və yardıcılıqına aid qısametrajlı filmin nümayişindən sonra institutun İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalovayanın çıxışları oldu. D.Zeynalova H.İsaxanlının "İkimizdən birimiz dünyaya gəlməsəydik..." və "Baş açmadım bu dünyadan" şeirlərini də əzbər söylədi.
Görüşdə H.İsaxanlı geniş çıxış edərək, tələbəlik illərindən başlayaraq həyat və fəaliyyəti barədə ətraflı danışdı və şeirlərini oxudu. Tələbələrin təqdimatında onun poeziyasından nümunələr səsləndirildi, suallar cavablandırıldı.
İnstitutun kitabxanasına H.İsaxanlının kitabları hədiyyə olundu.
Sonda institutun rektoru A.Şirinov H.İsaxanlını 75 illik yubileyi münasibətilə təbrik etdi və hədiyyə təqdim olundu. H.İsaxanlı görüşün təşkilinə və təbrikə görə təşəkkürünü bildirdi.
https://khazar.org/az/news/6499
“Heydər Əliyev fenomeni: tarixi missiya və milli özünüdərk ideyası” mövzusunda elmi-praktik konfrans keçirildi
2023-cü il fevralın 24-də Xəzər Universitetinin Mərmər salonunda Tarix və arxeologiya departamenti və Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni: tarixi missiya və milli özünüdərk ideyası” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda universitetin rəhbərliyi və əməkdaşları, tələbələr, müxtəlif sahələrdən mütəxəssislər iştirak edirdilər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir universitetin rektoru dosent İradə Xəlilovanın çıxışı ilə açıldı. Sonra Milli Məclisin üzvü Dr. Rəşad Mahmudov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, Tarix və arxeologiya departamentinin müdiri t.ü.f.d. Telman Nüsrətoğlu tədbirin ilk hissəsində çıxış etdilər.
Konfransın ikinci hissəsi elmi panellərdən ibarət idi. İlk paneldə Heydər Əliyev mərkəzinin baş mütəxəssisi Nailə Həsənova, Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri s.ü.f.d. Orxan Vəliyev, t.ü.f.d. Bayram Quliyev və f.ü.f.d. Sevinc Qəmbərova çıxış etdilər. İkinci paneldə isə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu və s.ü.f.d. Cavid Vəliyevin çıxışları dinlənildi.
Konfransda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətindən başqa onun dil, ədəbiyyat, tarix və mədəniyyət sahələrində ölkəmizə, xalqımıza, türk dünyasına qazandırdıqları da geniş şəkildə izah edildi. Tədbirdə Ümummilli Lider haqqında qısa film də nümayiş olundu. Universitetin Kitabxana İnformasiya Mərkəzi tərəfindən kitab sərgisi də təşkil edilmişdi.
https://khazar.org/az/news/6492
“Xəzər”in müəlliminin məqaləsi “Filologiya məsələləri” jurnalında
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Elza İsmayılovanın məqaləsi “Filologiya məsələləri” jurnalında “Koroğlu” dastanında Kosa Səfər (Azərbaycan və Türkiyə variantları əsasında)” adlı məqaləsi “Filologiya məsələləri” jurnalında dərc edilmişdir (№ 1, 2023, s. 337-349).
Məqalədə qaynaqlar əsasında qeyd edilir ki, Cəlalilər dövrünün salnamələrində Dəli Həsən, Giziroğlu Mustafa bəy, Tanrıtanımaz və başqaları kimi Koroğlunun adlı dəlilərindən olan Kosa Səfər də bir bölükbaşı və uydurma şəxs deyil, gerçəkdən yaşamış Cəlali qulduru olmuşdur. Eyni zamanda, müxtəlif faktlar əsasında belə qənaətə gəlinir ki, Kosa Səfər də Anadoluda baş vermiş Cəlali üsyanlarında iştirak etmiş, Osmanlı - Səfəvi arasında baş vermiş Sufiyan döyüşündə əsir düşmüş və I Şah Abbasın əmri ilə öldürülmüşdür.
https://khazar.org/az/news/6481
“Zəngi” və “Zəkalar” liseylərinin şagirdləri Xəzər Universitetində
2023-cü il yanvarın 6-da Xəzər Universitetində “Zəngi” və “Zəkalar” liseylərinin müəllim kollektivi və çoxlu sayda yuxarı sinif şagirdləri ilə görüş keçirildi. Görüşü giriş sözü ilə Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy açaraq, universiet haqqında geniş təqdimatla çıxış etdi.
Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli universitetin təlim-tədris prosesi haqqında geniş məlumat verərək, universitetin iki tələbəsindəm bəhs edən “Sükutla danışanlar” romanı və əsərin müəllifi, araşdırmaçı-yazar Elvin Arifoğlu haqqında ətraflı danışdı və onu abituriyentlərə təqdim etdi.
Yazar E.Arifoğlu çıxış edərək, bu əsərin ərsəyə gəlməsində müstəsna rolu olan Xəzər Universitetinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi. O, özünün həyat və yaradıcılığından, əsərin qəhrəmanlarını Xəzər Universitetindən seçdiyi üçün məmnun olmasından və onların həyat tərzindən danışdı, bundan sonra da bu universitet və onun tələbələri ilə əlaqələrini davam etdirəcəyini bildirdi.
Xəzər Universitetinin tələbələrindən bəhs edən kitabın təqdimatı lisey rəhbərləri, müəllimləri və abituriyentləri tərəfindən böyük maraqla qarşılandı.
Tədbridə “Zəngi” liseyinin direktoru Jalə Məhərrəmova çıxış edərək, liseyi bitirməkdə olan şagirdlərə Xəzər Universiteti haqqında verilən geniş məlumata və əyani tanışlığa görə rəhbərliyə dərin təşəkkürünü bildirdi.
Jalə Məhərrəmova universitetin rektoru İradə Xəlilova ilə görüşdü.
Sonda lisey şagirdləri ilə xatirə şəkilləri çəkildi.
https://khazar.org/az/news/6423ht
Dillər və ədəbiyyatlar departamenti müəlliminin müəllifi olduğu bölüm üç cildlik kitabda
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zivər Hüseynli Baylanın “Teymurilər dönəmi Türk tarixçiliyi üçün önəmli olan farsca beş tarixi qaynaq” başlığı altında yazdığı bölüm “İslam sonrası Türk dünyasında doğu-batı eksenli tarih-coğrafya çalışmaları” adlı elektron kitabda (s.331-371) yayımlanmışdır. Müəllif Teymurilər dövründə qələmə alınmış fars dilli tarixi qaynaqlardan beşi haqqında geniş məlumat vermiş və həmin əsərlərin Türk tarixçiliyi üçün önəmi haqqında yazmışdır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Berna Karagözoğlunun redaktorluğu ilə üç cilddə yayımlanmış bu kitab 2022-ci ilin dekabr ayında “Demavend” nəşriyyatında işıq üzü görmüşdür.
Kitabı aşağıdakı link vasitəslə oxumaq olar:
http://www.demavend.com.tr/e-kitap/td_tarih_cografya.pdf
https://khazar.org/az/news/6425
Xəzər Universitetinin əməkdaşı Türkiyə universitetlərində
Dillər və ədəbiyyatlar departamentinin müəllimi, fil.ü.f.d. Aynur Qəzənfərqızı 2022-ci il noyabrın 21-dən dekabrın 4-dək Türkiyənin Ankara şəhərində səfərdə olmuşdur. O, noyabrın 22-də Ankara Universiteti Dil-Tarix-Coğrafiya fakültəsinin professoru Abdullah Gündoğdunun dərsi çərçivəsində “Sovet dövründə Qumuq mədəniyyəti və folklorunun vəziyyəti” adlı mühazirə oxumuşdur.
A.Qəzənfərqızı noyabrın 24-də TÜRPAV vəqfinin təşkilatçılığı ilə “Qafqazda türk mədəniyyəti və qumuqlar” adlı seminar keçirmişdir.
Noyabrın 24-27-də Türk Eğitim-SEN ve Uluslararası Avrasya Eğitim Sendikaları Birliğinin təşkilatçılığı ilə Böyük Zəferin 100-cü ildönümünə həsr olunmuş “4-cü Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Qurultayı”nda iştirak edərək, mühazirəçi, seksiya rəhbəri və təqdimat sertifikatları almışdır.
Dekabrın 1-də Qafqaz Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Sovet dövründə Qumuq mədəniyyətinin assimilyasiyası” adlı seminar keçirmişdir.
A.Qəzənfərqızı dekabrın 3-də Qazi Universitetinin Təhsil fakültəsində Dr. Sinan Demirtürkün dərsində “Əski Türk dini və günümüzə yansıyan mədəni elementlərlə müqayisəsi” mövzusunda mühazirə oxumuşdur.
https://khazar.org/az/news/6411
Əhməd Cavadın 130 illiyinə həsr edilmiş ”Mən bir Turan yolçusuyam” adlı elmi-mədəni tədbir
2022-ci il dekabrın 27-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Azərbaycanın istiqlal şairi, millət təəssübkeşi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş “Mən bir Turan yolçusuyam” adlı elmi-mədəni tədbir keçirildi. Tədbir Əhməd Cavadın sözlərinə Ü.Hacıbəylinin bəstələdiyi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Elmi paneli giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova tədbirdə həm Azərbaycandan, həm də qardaş Türkiyədən onlayn iştirak edən qonaqları salamladı. Departament müdiri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əhməd Cavadın Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilməsindən, şairin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və ümumən, Şərq və Avropa ədəbi-ictimai mühiti ilə bağlılığından bəhs etdi.
Elmi paneldə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədli Əhməd Cavadın öz dövründə də, özündən sonrakı mərhələlərdə də ədəbiyyatımıza təsirindən və novatorluğundan geniş söhbət açdı, şairin bir millət, ədəbiyyat fədaisi olduğunu vurğuladı.
Türkiyənin Dənizli şəhərində yerləşən “Yeşil Kayın” nəşriyyat evinin qurucuları Samet Önder və Melike Karateke nəşriyyat evində Əhməd Cavadın “Uyan” adlı şeirlər kitabının nəşri ilə bağlı fikirlərini bölüşdülər, kitabın ön sözünün müəllifinin professor Ahmet Bican Ercilasun olduğuna diqqət çəkdilər.
Elmi paneli yekunlaşdıran Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı Əhməd Cavadın Azərbaycan ədəbiyyatının yeni dövrünün poetik üslubunun formalaşmasındakı rolundan bəhs etmiş, konkret nümunələr əsasında müqayisələr aparmışdır.
Tədbirdə iştirak edən Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç Əhməd Cavad və Mehmet Akif Ersoy yaradıcılığı arasında paralellər aparmış, onların Türk mədəniyyət tarixindəki yerindən söz açmış, bu tədbirin mənəvi dəyərlərin nəsildən nəsilə ötürülməsində əhəmiyyətini vurğulamışdır.
Sonra “Mən bir Turan yolçusuyam” adlı tədbirin bədii hissəsi başlamışdır. Universitetin tələbələrinin ifasında Ə.Cavadın müxtəlif şeirləri səsləndirilmişdir. Tələbələrin Əhməd Cavad və Şükriyyə xanım obrazlarını canlandırması tədbir iştirakçılarının xüsusilə marağına səbəb olmuşdur. Ə.Cavadın sözlərinə bəstələnmiş mahnıları Musiqi və İncəsənət departamentinin müdiri, əməkdar müəllim Zülfiyyə Sadıqovanın fortepionada müşayiəti ilə departamentin müəllimi Məhsəti Cabbarova və tələbələrdən ibarət xor ifa etmişlər.
Təabirdə universitetin Kitabxana İnformasiya Mərkəzinin Əhməd Cavadın kitablarından ibarət hazırladığı sərgi nümayiş olundu.
https://khazar.org/az/news/6408
“Türk dünyasında əlifba məsələsi - keçmişdən günümüzə” adlı inteqrativ dərs
2022-ci il dekabrın 22-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zivər Hüseynli Baylan tərəfindən “Əski Azərbaycan yazısı” fənni üzrə təhsil alan tələbələr üçün inteqrativ dərs təşkil olundu. Dəvət edilmiş mütəxəssis - Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyə Araşdırmalar Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov “Türk dünyasında əlifba məsələsi - keçmişdən günümüzə” mövzusunda çıxış etdi.
“Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” və “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” mövzusunda geniş tədqiqatlar aparmış Elçin İbrahimov tələbələrə dəyərli məlumatlar verdi və onların suallarını cavablandırdı. Elçin İbrahimov tədbirin sonuda müəllifi olduğu “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” adlı kitabını universitet kitabxanasına hədiyyə verdi. Tədbirdə departamentin müəllimləri - filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifova və Aynur Qəzənfər qıızı da iştirak etdilər.
https://khazar.org/az/news/6400
İsmayıl Qaspıralı haqqında seminar keçirilmişdir
2022-ci il oktyabrın 11-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “İsmayıl Qaspıralı və Çağdaş Türk Dünyası” adlı seminar keçirildi. Seminarı Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədli açdı. O, Qaspıralı və onun düşüncələrinin bu gün də aktual olmasından və bu baxımdan Qaspıralının həyat və yaradıcılığının öyrənilməsinin önəmi haqqında qısaca danışdı. Sonra sözü Kıbrıs Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin dosenti Nazim Muradova verdi. Nazim Muradov Qaspıralının həyat və yaradıcılığı, Turan ideologiyasının yaranmasındakı fəaliyyəti haqqında geniş məlumat verdi.
Seminarın davamında elmi fəaliyyətini Almaniyada davam etdirən tarixçi Ələsgər Siyablı da Turan ideologiyasının yaranmasında Qaspıralının rolundan bəhs etdi. Seminarda AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, Dünya Türk Ocaqları Birliyinin üzvü Dr. Elmira Abasova da Qaspıralı haqqında təəssüratlarını bölüşdü.
Sonda söz AMEA Folklor İnstitutunun Xarici əlaqələr bölməsinin müdiri Əli Şamilə verildi. Seminarın sonunda tələbələrin maraqlı sualları cavablandırıldı.
https://khazar.org/az/news/6221
Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsəri haqqında məqalə Koreya Beynəlxalq Dil və Ədəbiyyat dərgisində
Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalovanın Cənubi Koreyada nəşr edilən Beynəlxalq Dil və Ədəbiyyat dərgisinin 52-ci buraxılışında Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsəri haqqında araşdırma məqaləsi çap olunmuşdur.
“Nəsrdə Qarabağ Diskursu” adlı məqalədə sənədli nəsrin bədii ədəbiyyatın bir növü kimi cəmiyyətin ictimai-siyasi həyatında baş verən tarixi prosesləri, mövcud problemləri real faktlara əsaslanaraq təcəssüm etdiyi qeyd olunur. H.İsaxanlının əsərində sənədli nəsrin yazı texnikasından – özünəistinad mexanizmlərindən istifadə edildiyi, hər hansı tarixi hadisəni xatırlayarkən, onu müəyyən bir semantik kontekstdə yerləşdirdiyi konkret nümunələr əsasında göstərilir. Məqalədə “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsərinin Azərbaycan nəsrinə yeni poetik-publisistik intonasiya gətirdiyi, sənədli nəsrin inkişafına təkan verdiyi vurğulanır.
Qeyd edək ki, sözügedən dərginin 52-ci buraxılışı “Azərbaycan ədəbiyyatında Qarabağ mövzu”suna həsr olunmuşdur. Layihə “Şuşa İli” çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondunun Koreya Respublikasının mühüm elmi araşdırmalar mərkəzlərindən biri olan Beynəlxalq Dil və Ədəbiyyat Assosiasiyası ilə birgə əməkdaşlığı sayəsində baş tutmuşdur.
https://khazar.org/az/news/6211
Departament müdirinin məqaləsi “Akademik Tarih ve Düşünce Dergisi”ndə
Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalovanın “Bayram mədəniyyəti folklor və etnokulturiloji kontekstdə” adlı məqaləsi Türkiyənin nüfuzlu “Akademiik Tarih ve Düşünce Dergisi”ndə çap olunmuşdur (Cild 9, sayı 3, 2022).
Məqalədə bir sıra tanınmış ədəbiyyatşünaslara, sosioloqlara istinad edilərək, bayram mədəniyyəti sosial, mədəni-tarixi fenomen olaraq araşdırılır, xüsusilə bayram mədəniyyətinin folklor və etnokulturoloji tərəflərinə diqqət yönəldilir, Türk dünyasında geniş yayılmış Novruz və Qurban bayramlarının tarixi-etnoqrafik səciyyəsindən bəhs olunur.
Məqalənin tam mətni aşagıdakı linkdə:
https://dergipark.org.tr/tr/pub/atdd/issue/72073/1009027
https://khazar.org/az/news/6192
Xəzər Universirtetinin “Ədəbiyyat səyyahları” rəsmi internet saytının və YouTube kanalının təqdimatı
2022-ci il iyunun 30-da Xəzər Universitetinin “Ədəbiyyat səyyahları” (https://klv.az/) rəsmi internet saytının və universitetinYouTube kanalının təqdimatı keçirilib.
Tədbirə moderatorluq edən Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova mərasim iştirakçılarını salamlayaraq, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlıya söz verib.
Təqdimatı uğurlayan H.İsaxanlı öz çıxışında bunu da vurğulayıb ki, ədəbiyyatın üfüqləri çox genişdir. Məsələn, bir fizik, riyaziyyatçı, bioloq da ədəbi fəaliyyətlə məşğul olur. “Bu mənada da yeni bir ədəbiyyat saytının açılması məntiqə uyğundur“- deyə natiq diqqətə çatdırıb.
Sonra Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı saytla tədbir iştirakçılarını tanış edib, saytın fərqli cəhətlərini söyləyib, “İngilisdilli ədəbiyyat”, “Alman ədəbiyyatı”, “Türk ədəbiyyatı”, “Tərcümə” bölmələri üzərində xüsusi dayanıb, saytda dərc edilən tərcümələrin yalnız orijinaldan çevrildiyini bildirib, saytdakı “Tələbə guşəsi” haqqında məlumat verib.
Departamentin müəllimi Ülvi Babasoy saytda dərc edilən istedadlı müəlliflərin timsalında saytın artıq hansı istiqamət götürdüyünün bəlli olmasına nəzəri cəlb edib.
Universitetin YouTube kanalını filologiya üzrə fəlsəfə doktoru Gülşanə Xudiyeva təqdim edib. Təqdimatçı videolardan göstərdiyi fraqmentlər ətrafında danışıb.
Dəvət edilmiş qonaqlara söz verilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi İlham Məmmədli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Məhəmməd Cəbrayılov, Azərbaycan Yeni Nəsil Hüquqşünasları Assosasiyasının baş katibi, təhsil hüququ üzrə mütəxəssis Ramin Nurəliyev, şair-esseist Ramil Əhməd çıxış ediblər.
Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova yeni saytla bağlı fikirlərini bildirərək, təqdimat mərasimini yekunlaşdırıb.
Müəllim və tələbə heyətinin qatıldığı tədbirdə Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekan müavini dosent Məhəmməd Eldarov, gənc yazar Orxan Cuvarlı da iştirak ediblər.
https://khazar.org/az/news/6067
Dillər və ədəbiyyatlar departamentinin müəllimi TDESAM-ın konfransında
2022-ci il iyunun 25-də Türk Dünyası Elmi Strateji Araşdırmalar Mərkəzinin (TDESAM) təşkilatçılığı ilə “Şuşa şəhəri və türk sivilizasiyası: tarixilik və müasirlik” adlı beynəlxalq konfrans keçirilib.
Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdən və Krımdan alimlər elmi məruzələrlə konfransa qatılmışlar. Xəzər Universitetini TDESAM-ın İdarə Heyətinin üzvü, Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova “Əbdi bəy Qarahisarinin yaradıcılığında siyasi şəxslərin tərifi” adlı məruzə ilə təmsil etmişdir.
https://khazar.org/az/news/6062
Aanqard.net və digər saytlar Xəzər Universitetində beynəlxalq tələbə elmi konfransı keçirilməsi haqqında
2022-ci il mayın 30-da avanqard.net və digər saytlar Xəzər Universitetində “Qloballaşma dövründə Türk dünyası: çağırışlar, perspektivlər” adlı beynəlxalq tələbə elmi konfransı keçirilməsi haqqında xəbər yayımlamışlar.
Xəbərlərdə qeyd olunur ki, universitetin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə keçirilən konfransa Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan kimi ölkələrin universitetlərindən iştirakçılar qatılmışlar.
https://avanqard.net/index.php?action=static_detail&static_id=60448
https://khazar.org/az/news/6012
Beynəlxalq tələbə elmi konfransı: “Qloballaşma dövründə Türk dünyası: çağırışlar, perspektivlər”
2022-ci il mayın 26-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Qloballaşma dövründə Türk dünyası: çağırışlar, perspektivlər” adlı beynəlxalq tələbə elmi konfransı keçirilmişdir. Konfransın açılış mərasimi universitetin Mərmər salonunda bas tutmuşdur. Universitetin tələbələrdən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, Xəzər Universitetinin himni və “Ana yurd” marşı səsləndirilmişdir.
Xəzər Universitetinin rektoru dos. İradə Xəlilova açılış nitqi söyləyərək, konfransın əhəmiyyətindən danışmış və iştirakçılara uğurlar arzulamışdır. Türkiyənin Erciyes Universitetindən dos. Aida Babutcu, Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetindən dos. Gülbanu Koşenova, Özbəkistanın Əndican Pedaqoji Universitetindən prof. Volijon Qodirov açılış mərasiminə onlayn formatda qoşularaq, iştirakçılara və konfransı təşkil edən heyətə xoş arzularını bildirmiş, gənc tədqiqatçılara öz ürək sözlərini çatdırmışlar.
Universitetin Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova iştirakçıları salamlamış və konfransda Azərbaycanın bir çox universitetlərindən, eyni zamanda Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan kimi ölkələrin universitetlərindən iştirakçıların olduğunu qeyd etmişdir.
Açılış mərasimindən sonra konfrans müxtəlif bölmələr üzrə işini davam etdirmişdir.
https://khazar.org/az/news/6003
Xəzər”in əməkdaşlarının məqalələri Koreyada nəşr edilən Beynəlxalq dil və ədəbiyyat dərgisində
Koreyada nəşr edilən Beynəlxalq dil və ədəbiyyat dərgisinin 52-ci sayında “Azərbaycan ədəbiyyatında Qarabağa səyahət” adlı xüsusi buraxılışa geniş yer verilmişdir. Bu, Azərbaycan ədəbiyyatının Koreyada təbliği istiqamətində atılan ilk addımdır və Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və Şuşa ili münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun (icraçı direktor Əkrəm Abdullayev) Koreya Beynəlxalq Dil və Ədəbiyyat Assosiasiyası (prezident Qanq Sonq Qın) ilə birgə əməkdaşlığı çərçivəsində mümkün olmuşdur. Layihənin rəhbəri Zeynəb Sabirli, ideya müəllifi və məqalələrin Koreya dilinə tərcüməçisi Leyla Məsimlidir.
Xüsusi buraxılışa beş məqalə daxil edilmişdir ki, onlardan üçünün müəllifi Xəzər Universitetinin əməkdaşlarıdır.
Xəzər Universitetinin təsisşisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının “Qarabağ və Azərbaycan ədəbiyyatında ermənilər” adlı məqaləsində folklor və 19-20-ci əsr Azərbaycan ədəbiyyatı tədqiqata cəlb olunmuşdur. Qeyd edilir ki, klassik Azərbaycan ədəbiyyatı və folklorunda digər xalqlara, o cümlədən ermənilərə qarşı heç bir aşağılayıcı fikirlərə rast gəlinmir, əksinə, onlarla qonşuluq, gediş-gəliş, dostluq, əməkdaşlıq təbliğ olunur.
Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalovanın “Nəsrdə Qarabağ diskursu” adlı məqaləsində Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsəri tədqiq olunur və onun Azərbaycan nəsrinə yeni poetik-publisistik intonasiya gətirdiyi, sənədli nəsrin inkişafına təkan verdiyi vurğulanır.
Dillər və ədəbiyyatlar Departamentinin müəllimi Aynur Qəzənfərqızının “Folklorun ədəbiyyatın və fəlsəfi fikrin yaranmasına təsiri - Qarabağdan toplanmış mətnlər əsasında” adlı məqaləsində folklor mətnlərinin qarabağlı müəlliflərin - N.Vəzirov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli kimi yazarlarən əsərlərinə təsiri araşdırılır.
Xususi buraxılış Azərbaycan ədəbiyyatının Koreyada tanınması və öyrənilməsi baxımından əhəmiyyətlidir.
https://khazar.org/az/news/6235
H.Cavid romantizminin bədii-estetik xüsusiyyətləri” mövzusunda açıq dərs
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova tərəfindən 2022-ci il oktyabrın 18-də Hüseyn Cavidin 140 illiyi ilə əlaqədar olaraq şairin ev muzeyində “H.Cavid romantizminin bədii-estetik xüsusiyyətləri” mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə Azərbaycan romantizminin yaranması və əsas istiqamətləri, Hüseyn Cavidin həyatı, mühiti və yaradıclığı haqqında məlumat verilmişdir.
https://khazar.org/az/news/6240
Vurğun Əyyubun 65 illiyi və “Ədəbi həyat” kitabının təqdimatı ilə əlaqədar xatirə tədbiri keçirildi
2022-ci il oktyabrın 25-də Xəzər Universitetinin Mərmər zalında Vurğun Əyyubun 65 illiyi və “Ədəbi həyat” kitabının təqdimatı ilə əlaqədar xatirə tədbiri keçirildi.
Vurğun Əyyubun Azərbaycan ədəbiyyatına dair müxtəlif məqalə və araşdırmalardan, şeir və hekayə təhlillərindən ibarət olan kitabı, əslində, ali məktəblərin filologiya və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələr üçün dərs vəsaiti qədər əhəmiyyətli bir əsərdir. Kitabda Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Mənsur, Məmməd Araz kimi şairlərin müxtəlif şeirlərinin təhlili ilə yanaşı, hekayə təhlilləri, ədəbi proses və tənqid, rezensiyalar adlı fəsillər də mövcuddur.
Tədbiri Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədli açdı. O, Vurğun Əyyubun ölməz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını vurğuladı. Sonra Vurğun Əyyubun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu. Ardınca isə tələbələr Vurğun Əyyubun heç yerdə nəşr etdirmədiyi şeirlərindən nümunələr səsləndirdilər.
Kitabın təqdimatını “Ədəbi həyat” kitabının hazırlanmasında böyük əməyi olan Əli Şamil və professor Bədirxan Əhmədov etdilər. Kitabın tərtibatı Vurğun Əyyubun tələbəsi, Xəzər Universitetinin məzunu Nizami Əlisoya aiddir. Tədbirin davamında Dillər və ədəbiyyatlar departamentinin dosenti Xatirə Yusifova “Ədəbi həyat” kitabında yer alan şeir təhlillərindən birini - Cəfər Cabbarlının “Azərbaycan Bayrağına” şeirinin təhlilini iştirakçılara təqdim etdi. Sonra “Ədəbi həyat” kitabında Vurğun Əyyubun haqqında bəhs etdiyi tənqidçi İradə Musayeva, yazıçılar - Nəriman Əbdülrəhmanlı və Fəxri Uğurlu kürsüyə dəvət olundular. Onlar da Vurğun Əyyub haqqında xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxış edərək Vurğun Əyyubun elmi və pedaqoji fəaliyyətindəki peşəkarlığını yüksək qiymətləndirdi. Tədbirdə iştirak edən Vurğun Əyyubun həyat yoldaşı Sima Əyyubova və qızı Ləman Vurğun tədbirin təşkilatçılığı üçün Xəzər Universiteti rəhbərliyinə təşəkkür etdilər.
Tədbirdə Vurğun Əyyubun şəxsi əşyaları, fotoları və sənədlərdən ibarət şəxsi kolleksiyası Milli Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılmaq üçün ailəsi tərəfindən muzeyin baş mütəxəssisi Nüşabə Əsədovaya təqdim edildi.
https://khazar.org/az/news/6255
Xəzər Universitetinin müəlimi “XIV Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu”nda
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi fil.ü.f.d. Zəminə Ziyayeva 2022-ci il oktyabrın 20-22-də Türkiyənin Alanya şəhərində yerləşən Alaaddin Keykubad Universitetinin təşkilatçılığı ilə keçirilən “XIV Dünya Dili Türkcə Simpoziumu”nda iştirak etmişdir.
19 ölkədən 360-dan artıq iştirakçının qatıldığı simpozium bu layihənin müəllifi Prof. Dr. Abdurrahman Güzelin açılış nitqi ilə başladı.
Simpoziumun açılışında Prof. Dr. Ahmet Bican Ercilasun, Prof. Dr. Umay Türkeş Günay, Gürer Gülsevin (Türk Dil Qurumu Başqanı), Prof. Dr. Filiz Kılıç (MHP Genəl Başqan Yardımcısı) Prof. Dr. Öcal Oğuz kimi məşhur türkoloqlar, həmçinin Alanya şəhərinin yerli idarə heyəti də iştirak etdi.
Dillər və ədəbiyyatlar departamentinin müəllimi fil.ü.f.d. Zəminə Ziyayeva məşhur türkoloq Prof. Dr. Günay Karaağaçın həyat və fəaliyyətindən bəhs edən “Günay Karaağaç ve Türk Gramerciliğindeki Yeri” adlı məruzə ilə simpoziumda çıxış etmişdir. Simpoziumun xülasələr kitabı nəşr olunmuşdur.
https://dunyadiliturkce.alanya.edu.tr/onemli-bilgiler/bildiri-ozet-kitapcigi/
https://khazar.org/az/news/6268
“Solma, yaşa, xarıbülbül” adlı fleşmob keçirilmişdir
2022-ci il noyabrın 4-də “Şuşa ili” və 8 noyabr Zəfər günü münasibətilə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Solma, yaşa, xarıbülbül” adlı fleşmob keçirilmişdir. Tələbələr vətənpərvərlik ruhda şeir və musiqilərin fonunda 28 illik əsarətdən sonra azad olan və əbədi olaraq Şuşada var olacaq xarıbülbülü canlandırmışlar.
Tədbirdə universitetin Musiqi və incəsənət departamentinin tələbələri tədris ili ərzində hazırladıqları “Qarabağ Azərbaycandır” adlı zəfər kompozisiyalı əsərləri ilə iştirak etmişlər. Müğənni Taleh Balakişiyev və Rövşanə Balakişiyevanın Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin müşayiəti ilə “Qarabağ şikəstəsi” və “Xudayar təsnifi”ni ifa etmələri fleşmobun məzmununu daha da mənalandırmışdır.
Tədbirdə Xəzər Universitetinin məzun qazilərindən Cavad Həşimov və Xəyyam Şahbazov, Təhsil, humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Elza Səmədova çıxış etmişlər. Çıxışlarda Zəfərin təntənəsinin arxasında dövlətimizin, xalqımızın və ordumuzun birlik və fədakarlığının dayandığı vurğulanmışdır. Fleşmobun sonunda tələbələr vətənpərvərlik ifadə edən musiqilərin müşayiəti ilə rəqs etmişlər.
https://khazar.org/az/news/6296
Dillər və ədəbiyyatlar departamentinin müəlliminə fəlsəfə doktoru diplomu təqdim olunub
2022-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoya filologiya üzrə fəlsəfə doktoru diplomu təqdim olunmuşdur. AAK- ın qərarı ilə ona - Dünya ədəbiyyatı (5717.01 - Türk xalqları ədəbiyyatı) ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Qeyd edək ki, Ülvi Babasoy AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Dissertasiya Şurasında “Türkiyə və Azərbaycan postmodernist nəsrində sosial funksiya probleminin bədii ifadəsi” mövzusunda dissertasiya müdafiə etmişdir.
https://khazar.org/az/news/6350
Dillər və ədəbiyyatlar departamentinin alman dili müəllimləri sertifikatla təltif olunmuşlar
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin alman dili müəllimi Sevinc Allahverdiyeva 2022-ci il noyabr ayının 17-18-də Bakıda Höte İnstitutunun təşkil etdiyi təkmilləşdirmə seminarında və noyabr ayının 26-da Bakida fəaliyyət göstərən DAAD (Alman Akademik Mübadilə Mərkəzi) və DLV (Alman Dili Müəllimləri Birliyi) tərəfindən təşkil olunmuş seminarda iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
Departamentin digər alman dili müəllimi Şəlalə Mirzəyeva dekabrın 2-3-də Bakıda Avstriyanın Təhsil Nazirliyi və Azərbaycandakı səfirliyi tərəfin
https://khazar.org/az/news/6379
Xəzər”in əməkdaşlarının məqaləsi “Türkbilig” jurnalında(
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri olmuş Vurğun Əyyub (vəfatından sonra) və Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədlinin həmmüəllifi olduqları “XII. yüzyila kadar türkçe eserlerde methiye geleneği ve şair-hükümdar ilişkileri” (“XII əsrə qədər türkcə əsərlərdə mədhiyyə ənənəsi və şair-hökmdar münasibətləri”) adlı məqalə Türkiyənin önəmli jurnallarından biri olan (SCORUS-da tanınan) “Türkbilig” jurnalının 2021-ci il 42-ci sayında dərc olunmuşdur.
Məqalədə ədəbi janrlarda mədhiyyə ənənəsinin tarixinə qısacanəzər salmaqla Orxon abidələri, qədim uyğur mətnləri və Qaraxanlı dönəmi əsərlərində hökmdarlara mədhiyyələr yazılması mövzusu təhlil edilmişdir.
https://dergipark.org.tr/tr/pub/turkbilig/issue/67357/1050628
https://khazar.org/az/news/5720
Dillər və ədəbiyyatlar departamenti müəlliminin məqaləsi “Folklor/Edebiyat” dərgisində
Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Aynur Qəzənfərqızının “Tengricilikte bizden yeyler: Şulum, Çer ve Çor" adlı məqaləsi Uluslararası Kıbrıs Üniversitesinin Scopus indexli “Folklor/Edebiyat” dərgisində (2022; 28(1) 109-cu sayı) dərc edilmişdir.
Məqalədə bəzi türk dillərində işlənən “şulum”, “çər”, “çor” sözlərinin mifoloji-etimoloji kökləri araşdırılır.
Məqalə aşağıdakı linkdə:
https://dergipark.org.tr/tr/pub/fe/issue/68154/982208
https://khazar.org/az/news/5757
Dillər və ədəbiyyatlar departamenti müəlliminin məqaləsi “Uluslararası Halkbilim Araştırmaları Dergisi”ndə
Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Aynur Qəzənfərqızının “Mitolojik varlıkların dönüşümü” adlı məqaləsi Türkiyənin nüfuzlu jurnallarından biri olan “Uluslararası Halkbilim Araştırmaları Dergisi”ndə (cild 4, sayı 7. 2021) çap olunmuşdur.
Məqalədə öncə “dönüşüm” haqqında bilgi verilmiş, aparılmış tədqiqatlara qısaca toxunulmuş, sonra
dönüşümün səbəbləri, motivləri və bu motivlərin Türk mifologiyasındakı önəmi araşdırılmışdır.
Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar:
https://dergipark.org.tr/tr/download/article-file/1817324
https://khazar.org/az/news/5758
Professor, akademik Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının Bakı Avrasiya Universitetində təqdimatı keçirilib
2022-ci il dekabrın 14-də professor, akademik Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının Bakı Avrasiya Universitetində təqdimatı keçirilib. Tədbiri Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Elmira Məmmədova-Kekeç açdı. Qonaqları salamladıqdan sonra sözü “Oxucular klubunun” rəhbəri tələbə Leyla Səfərliyə verdi. Leyla Səfərli Hamlet İsaxanlının ömür yolu və yaradıcılığı haqqında geniş məlumat verdi.
Sonra professor Ədalət Tahirzadə kitab haqqında təəssüratlarını bölüşdü. Kitabın Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün olduqca səmərəli vasitə olduğunu qeyd etdi. Dosent Seyfəddin Altaylı tələbələrə xitabən kitabın hər bir Azərbaycan gənci tərəfindən oxunmalı olduğunu və Qarabağ hadisələri haqqında kitabda kifayət qədər geniş məlumatların toplandığını vurğuladı.
Çıxışlardan sonra tələbələrin maraqlı suallarını cavablandıran H.İsaxanlı “Bu da həyatdır” adlı şeirini oxudu. Tədbirin sonunda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova təşkilatçılara və tələbələrə təşəkkür etdi və H.İsaxanlının “Baş açmadın bu dünyadan” şeirini səsləndirdi. Sonda xatirə şəkli çəkildi.
https://khazar.org/az/news/6382
Nizami Gəncəviyə həsr olunmuş inteqrativ dərs
Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq 2021-ci il fevralın 20-də Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsi Tərcümə ixtisasının I kurs tələbələrinə “Nizami Gəncəvi “Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilmişdir.
N.Gəncəvi haqqında ədəbiyyat tariximizin ilk monumental epik şeirinin banisi kimi danışan fənn müəllimi Qardaşxan Əzizxanlı ilə birgə dərsdə Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bəhmən Əmani iştirak etmişlər.
B.Əmani “Xəmsə”nin finalı “İskəndərnamə”də humanizm ideyalarının təntənəsindən geniş söz açmışdır.
D.Zeynalova şairin yaradıcılığını dünya ədəbiyyatı kontekstində nəzərdən keçirməyin vacibliyini qeyd etmiş, B.Əmaniyə maraqlı çıxış üçün təşəkkürünü bildirmişdir.
Tələbələrdən Afina Hacıyeva, Rüfət Həsənli də Nizami poeziyası ilə bağlı öz fikirlərini söyləmişlər.
https://khazar.org/az/news/5186
Xəzər Universitetinin tələbəsi Hamlet İsaxanlı poeziyasından yazdı
2021-ci il fevralın 27-də qaynarinfo.az saytı Dillər və ədəbiyyatlar departamenti Dil və ədəbiyyat ixtisasının IV kurs tələbəsi Səma Qasımovanın Hamlet İsaxanlı poeziyasına həsr olunmuş “Səni sevdim çox sadəcə” adlı məqaləsini dərc etmişdir.
Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar:
https://qaynarinfo.az/az/seni-sevdim-cox-sadece/
https://khazar.org/az/news/5201
Professor Hamlet İsaxanlının doğum günü münasibətilə Xəzər Universiteti tələbəsinin təbriki
2021-ci il martın 1-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti Dil və ədəbiyyat ixtisasının IV kurs tələbəsi Səma Qasımova Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının doğum günü münasibətilə bakupost.az saytında məqalə dərc etdirmişdir. Məqalədə Hamlet İsaxanlının şəxsiyyətindən və poeziyasından bəhs olunur.
Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar:
https://www.bakupost.az/hamlet-isaxanlinin-tanriya-catdirmaq-istedikleri
https://khazar.org/az/news/5203
Nizami Gəncəvi və dünya ədəbiyyatı” mövzusunda seminar
Martın 8-də Nizami Gəncəvi ili ilə əlaqədar “Xəzər”in ədəbiyyat səyyahları” adlı ədəbi-fəlsəfi məclisi universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə “Nizami Gəncəvi və dünya ədəbiyyatı” mövzusunda onlayn seminar keçirmişdir.
Tədbirin qonağı - Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev mövzu ətrafında araşdırmalarından danışmışdır.
Seminarda universitet tələbələrindən Aydan Nağıyeva, İlkanə İbrahimbəyli, Şəms Qurbanəliyeva, Ələs Əliyev və Şahin Əliyevin çıxışları maraqla qarşılanmışdır.
Sonda suallar cavablandırılmış, müzakirələr aparılmışdır.
https://khazar.org/az/news/5217
“Azərbaycan poeziyasında Mirzə Ələkbər Sabir mərhələsi” mövzusunda inteqrativ dərs
2021-ci il aprelin 2-də Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinə universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı və M.Ə.Sabir Fondunun prezidenti, Bakı Dövlət Universitetinin dosenti Sevda Tahirlinin moderatorluğu ilə “Azərbaycan poeziyasında M.Ə.Sabir mərhələsi” mövzusunda inteqrativ onlayn dərs keçirilib. Dərsə Humanitar, təhsil və sosial elmlər, Təbiət elmləri və mühəndislik fakültələrinin yuxarı kurs tələbələri və Polşa, Türkiyə universitetlərindən tələbələr də qatılıb.
M.Ə.Sabir poeziyasının Azərbaycan bədii və ictimai fikrinin inkişafında müstəsna rolundan danışan fənn müəllimi Q.Əzizxanlı M.Ə.Sabir sənətkarlığı ilə onun dahi sələfləri Nizami, Füzuli yaradıcılığı, habelə dünya ədəbiyyatı nümunələri arasında maraqlı müqayisələr aparıb.
Dahi şairin nəvəsi S.Tahirli M.Ə.Sabir bioqrafiyasının ictimaiyyətə az məlum olan tərəflərinə işıq salan təqdimatla çıxış edərək, böyük şairdən yadigar qalan xatirə əşyasını ilk dəfə Xəzər Universitetinin tələbələrinə nümayiş etdirib.
“Xəzər”li tələbələrdən Şahin Əliyevlə Elvin Məmmədsalahovun M.Ə.Sabir yaradıçılığına həsr olunmuş təqdimatları, Tacir Həşimov, Günel Məmmədova, Tayfun Mirzəyev, Aydan Nağıyeva, Aytac Şıxıyeva, Zərbab Nəsirli və Varşava Universitetinin magistr tələbəsi Gilan Əzizxanlının çıxışları maraqla dinlənilib.
https://khazar.org/az/news/5247
Xəzər Universitetində Fransız dili bayramı
Aprelin 2-də Xəzər Universitetində Frankofoniya həftəsi çərçivəsində Fransız dili bayramı keçirilmişdir. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Fatma Ağayevanın təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə departamentin müdiri dosent Dilbər Zeynalova açmışdır. O, Xəzər Universietinin təməl prinsiplərində mədəni müxtəlifliyin dayandığını vurğulamış, belə tədbirlərin mədəniyyətlərin inteqrasiyasında əvəzsiz rolunu qeyd etmişdir.
Fransanın Azərbaycandakı səfirliyinin Mədəni əməkdaşlıq və fəailyyət üzrə məsləhətçisi Jerom Kel və Mədəni məsələlər üzrə məsul şəxs İngrid Ponsy çıxışlarında Xəzər Universitetində fransız dilinə olan marağı yüksək qiymətləndirmişlər, əməkdaşlığın davamlı olmasını arzulamışlar. Universitetin tələbələri Xalid Heydərov, Səmrin Hüseynli, Sima Rəhimova, Şəfəq Qasımova, Günel Ocaqverdiyeva, Jalə Vəliyeva və Musa Niftəli fransız dilində çıxış etmişlər. İnqrid Ponsy fransız dili ilə bağlı müsabiqənin qaliblərini mükafatlandırmışdır.
Tədbirin sonunda Humanitar, təhsil və sosial elmlər fakultəsinin dekanı dosent Elza Səmədova qonaqlara təşəkkürünü bildirmiş, tələbələrə yeni uğurlar arzulamışdır.
https://khazar.org/az/news/5254
Cəfər Cabbarlı: lirik şeirlərdən monumental drama” mövzusunda inteqrativ dərs
2021-ci il aprelin 9-da Xəzər Universitetində Humanitar, təhsil və sosial elmlər, İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinə universitetin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova və fənn müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə “Cəfər Cabbarlı: lirik şeirlərdən monumental drama” mövzusunda inteqrativ onlayn dərs keçirilib. Dərsdə C.Cabbarlı ev-muzeyinin direktoru, C.Cabbarlı Fondunun prezidenti Qəmər Bağırova iştirak edib.
Qonağı salamlayan D. Zeynalova Cəfər Cabbarlının qeyri-standart və qlobal təfəkkürə malik fenomen bir insan olduğunu, onun geniş yaradıcılığını yenidən istiqlal işığında araşdırmaq, obyektiv elmi prinsiplər müstəvisində nəzərdən keçirmək lazım gəldiyini bildirib. D. Zeynalova öz çıxışında “Azərbaycan bayrağına” şeirini də söyləyərək, bu bədii mətnin bənzərsiz poeziya nümunəsi olduğunu göstərib. Fənn müəllimi Qardaşxan Əzizxanlı Cəfər Cabbarlı sənətinin Azərbaycan bədii və ictimai fikrinin inkişafında müstəsna rolundan danışıb.
Unudulmaz dramaturqun nəvəsi Q. Bağırova C.Cabbarlı bioqrafiyasının və yaradıcılığının az məlum olan tərəflərinə işıq salan təqdimatla çıxış edərək, hələ çox gənc olan Cəfərin “Trablis müharibəsi və ya Ulduz”, “Ədirnə fəthi” pyeslərində türkün qəhrəmanlığını vəsf etməsindən danışıb. Q. Bağırova Azərbaycan Cümhuriyyəti süqut etdikdən sonra C.Cabbarlının Müsavat partiyasındakı fəaliyyətindən, 1923-cü ildəki həbsindən də söz açıb.
“Xəzər”li tələbələrdən “Ana” şeirini xüsusi şövqlə ifa edən Aysun Mamedova, habelə Əfsanə Dəmirçiyeva, Ehtiram Yarıyev və Əli Hüseynov böyük sənətkara dərin ehtiram və sevgilərini ifadə ediblər.
https://khazar.org/az/news/5260
Məhəmməd Əmin Rəsulzadə və onun “Azərbaycan şairi Nizami” əsəri mövzusunda dəyirmi masa
2021-ci il aprelin 15-də Xəzər Universitetinin "Xəzər”in ədəbiyyat səyyahları” ədəbi-fəlsəfi məclisi Lənkəran Peşə Liseyinin müəllim və tələbə heyəti ilə birgə “Məhəmməd Əmin Rəsulzadə və onun “Azərbaycan şairi Nizami” əsəri” mövzusunda onlayn dəyirmi masa keçirib.
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı “Azərbaycan şairi Nizami” kitabında Nizaminin bir Azərbaycan şairi olmasının sübut edildiyinə diqqət çəkib. Tədqiqat müəllifinin Nizaminin yaşadığı zaman və şəraitdə dilin milli mənsubiyyəti bildirmək mənasında önəm daşımadığını göstərdiyini bildirib.
Böyük dövlət xadiminin nəvəsi Rais Rəsulzadə M.Ə.Rəsulzadənin müstəqil Azərbaycan uğrunda apardığı mübarizədən, babasının keçdiyi şərəfli həyat yolundan danışıb. Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edən Ramil Əhməd Nizaminin Azərbaycan şairi kimi tanıdılmasında bu tədqiqatın əvəzsiz rolu olduğunu qeyd edib.
Filologiya üzrə fəlsəfə doktoru dosent Xatirə Yusifova hələ tələbə olarkən bu əsərdən referat yazdığını, bu cür tədqiqatların təbliğinin onların özü qədər faydalı olduğunu söyləmişdir.
Xəzər Universitetinin dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova M.Ə.Rəsulzadənin ədəbi-tənqidi görüşlərinin və “Azərbaycan şairi Nizami” əsərinin tədrisindən danışaraq, onun “Mayıs duyğuları” şeirini özünəməxsus intonasiya ilə tədbir iştirakçılarına çatdırıb.
Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov öz çıxışında mövzu ətrafında danışmaqla yanaşı, Azərbaycanın dövlət və ictimai xadimi M.Ə.Rəsulzadənin idarəetmə modellərindən istifadə etməsi baxımından heç vaxt unudulmayacaq güclü menecment olduğunu söyləyib. Peşə Liseyinin müəllimlərindən Sevda Ağayeva, Etibar Nəhmətli M.Ə.Rəsulzadə irsinin gənclər tərəfindən öyrənilməsinin əhəmiyyətindən söz açıblar.
İqtisadiyyat və menecment fakültəsinin tələbələri Şahin Əliyev, Elvin Məmmədsalahov və Tayfun Mirzəyevin “Azərbaycan şairi Nizami” əsəri ilə bağlı təqdimatları, Təbiət elmləri və mühəndislik fakültəsinin tələbələri Şəfa Yusifova və Neyjən Sultanovanın çıxışları maraqla qarşılanıb.
Tədbirin sonunda nizamişünaslığa böyük töhfə olan bu misilsiz əsərin ingilis dilinə tərcümə olunması barədə təklif irəli sürülüb.
https://khazar.org/az/news/5274
“Nizami Gəncəvi – 880” mövzusunda dəyirmi masa
2021-ci il aprelin 17-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Nizami Gəncəvi – 880” mövzusunda onlayn dəyirmi masa keçirilib. Dəyirmi masada universitetin tələbələri və əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Türkiyənin Kastamonu Universiteti, Karabük Universiteti və Şimali Kipr Doğu Akdeniz Universitetinin müəllim və professor heyəti iştirak etmişlər.
Dəyirmi masanı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova tədbir iştirakçılarını salamlayaraq, Nizami yaradıcılığında humanizm məsələlərinə toxunmuş, dahi Azərbaycan şairinin dünya bədii-estetik fikrində tutduğu mövqedən bəhs etmişdir. Sonra tədbir Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifovanın moderatorluğu ilə davam etmişdir.
Bakı Slavyan Universitetinin dosenti İbrahim Quliyev “Nizami yaradıclığında zərdüştilik”, AMEA Əlyazmalar İnstitutunun dosenti Nəzakət Məmmədli “Nizami yaradıclığında təsəvvüf”, Kastamonu Universitetindən Prof. Dr. Vüsalə Musalı “Nizami Gəncəvi məsnəvilərinin XIV əsrdə köçürülmüş bəzi nüsxələri haqqında”, AMEA Əlyazmalar İnstitutunun dosenti Əzizağa Nəcəfov “Bir daha Nizaminin türk mənşəyi haqqında”, Karabük Universitetinin müəllimi Şerife Ağari “Nizami Gəncəvinin Anadolu klassik türk ədəniyyatına təsiri” mövzusunda məruzələrlə çıxış etmişlər.
AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitunun dosenti Səadət Şıxıyeva təqdim olunan mövzulara münasibət bildirərək, fərqli elmi baxışların Nizamişünaslığa yeni bir istiqamət verə biləciyini qeyd etmişdir.
AMEA Əlyazmalar İnstitunun dosenti Tünzalə Seyfullayeva özünün elmi tədqiqat işi olan Yəhya bəy Dukaqi`nin “Gəncineyi-raz” (“Sirlər xəzinəsi”) əsərinin Nizami Gəncəvinin “Xəmsə”sinin təsiri ilə yazıldığı haqqında məlumat vermişdir.
Dəyirmi masa müzakirələrlə başa çatmışdır.
https://khazar.org/az/news/5275
“Qeyrət qanın qaynadan poeziya” adlı onlayn dərs
2021-ci il aprelin 24-də Xəzər Universitetində Humanitar, təhsil və sosial elmlər fakültəsinin I kurs tələbələrinə Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığına həsr olunmuş “Qeyrət qanın qaynadan poeziya” adlı onlayn dərs keçirilib. Universitetin İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinin də qatıldığı açıq dərsdə Təbrizdən tanınmış şəhriyarşünas, “Qürub” dərgisinin baş yazarı Rza Həmraz iştirak edib.
M.Şəhriyarın öz səsində “Yalan dünya” şeiri ilə başlayan dərsdə Q.Əzizxanlı şairin “Heydərbabaya salam” əsərinin təkcə onun həyat və yaradıcılığında deyil, Güneyli-Quzeyli Azərbaycan ədəbiyyatında yeni bir hadisə olduğunu qeyd edib. Fənn müəllimi, həmçinin, unudulmaz şairin bənzərsiz poetik nümunələrindən parçalar söyləyib.
Şəhriyar elinin hörmətli qonağı R.Həmraz şairin bioqrafiyasının və yaradıcılığının nisbətən az məlum olan tərəflərinə işıq salıb, Şəhriyarın xatirəsinin necə əziz tutulduğundan, ənənvi olaraq keçirilən “Şəhriyar günləri”ndən söz açıb, Vətən sevdalı şeirlərin müəllifinin birlik arzularından danışıb.
Təbrizli qonaqla dialoq şəklində keçən dərsdə tələbələrdən Tacir Həşimov, Elvin Məmmədsalahov və Şahin Əliyevin M.Şəhriyardan söylədikləri şeir parçaları, R.Həmraz`a ünvanladığı sualları dərsin ən maraqlı məqamlarından olmaqla, kövrək duyğular yaradıb.
Tədbir haqqında AZƏRTAC və digər saytlar xəbər yayımlamışlar.
https://azertag.az/xeber/Qeyret_qanin_qaynadan_poeziya_adli_onlayn_ders-1765301
https://khazar.org/az/news/5295
Dillər və ədəbiyyatlar departamentinin müəllimi Türkiyədə keçirilən beynəlxalq elmi simpoziumda
2021-ci il mayın 20-21-də Türkiyənin Qazi Universitetində “Bilge Tonyukuk Anısına 3. Uluslararası Türk Dili ve Edebiyatları Öğretimi Sempozyumu” keçirilmişdir.
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova simpoziumda “Müstəqillikdən sonra klassik Azərbaycan ədəbiyyatının tədrisi (Xəzər Universiteti örnəyində)” mövzusunda məruzə ilə çıxış etmiş və sertifikatla təltif olunmuşdur.
https://khazar.org/az/news/5364
Türkiyəli ədəbiyyatşünas Nizami Gəncəvi yaradıcılığına dair elmi seminar keçirmişdir
2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi çərçivəsində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti Nizami yaradıcılığına həsr olunmuş “Nizami Gəncəvi-880” adlı layihə həyata keçirməkdədir.
2021-ci il mayın 22-də Türk ədəbiyyatşünası, eyni zamanda Türk Dünyasının tanınmış siması prof. dr. Mustafa İsenin iştirakı ilə “Türk Dünyası edebiyatında Nizamî etkisi” mövzusunda virtual elmi seminar keçirilmişdir. Elmi seminarı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova tədbir iştirakçılarını salamlayaraq, qonaq haqqında məlumat vermişdir. Müstafa İsen ədəbiyyatşünas alim olmaqla yanaşı, həm də dövlət adamıdır. Belə ki, bir dönəm Türkiyə Prezidenti Adminstrasiyasının rəhbəri vəzifəsini icra etmiş, Mədəniyyət Nazirliyində mühüm vəzifələr tutmuşdur. Qeyd olunmuşdur ki, Prof.dr. Mustafa İsen Divan ədəbiyyatının ən fədakar araşdırmaçılarındandır. Alimin “Sultanların şeirləri, şeirlərin sultanları” adlı kitabı 2014-ci ildə “Qanun” nəşriyyatı tərəfindən Azərbaycanda nəşr edilmişdir. Kitabda bir çox Türk hökmdar şairlərlə birlikdə 5 Azərbaycan hökmdarına aid məlumat və onların şeirlərindən nümunələr yer almışdır. Alim Türkiyədə bir çox layihələrə də rəhbərlik etmiş, “Türk Edebiyatı İsimler Sözlüğü” adlı nəhəng bir layihənin həyata keçirilməsinə nail olmuşdur.
“Türk Dünyası edebiyatında Nizamî etkisi” adlı məruzə ilə çıxış edən prof.dr. Mustafa İsen Nizaminin dövrü, yaradıcılığı, əsərlərininin bədii dili mövzularına dair mülahizələrini dilə gətirmiş, həmçinin şairin müasirləri və özündən sonrakı ədəbi zümrə üzərindəki təsirlərindən geniş danışmışdır. Mühazirəsində Nizaminin Türk Dünyası ədəbiyyatındakı roluna diqqət çəkərək Orta Asiya türk şairləri, həmçinin Anadolu sahəsinə aid şairlər üzərindəki təsirinin səbəblərini şərh etmişdir.
Seminarda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova qonağı və iştirakçıları salamlayaraq, tədbir haqqında ürək sözlərini dilə gətirmişlər. Professor Hamlet İsaxanlı Nizami irsinin yenidən araşdırılmasının, onun əsərlərinin filoloji tərcüməsinə bir daha baxılmasının aktuallığından bəhs etmişdir.
Elmi seminara Xəzər Universitetinin əməkdaşları və tələbələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasından, Türkiyədən, Almaniyadan mütəxəssislər qoşulmuşlar. Kastamonu Universitetinin professoru Vüsalə Musalı, Xəzər Universitetinin əməkdaşları dosent Xatirə Yusifova və Dr. Zəminə Ziyayeva da çıxış etmişlər.
Sonda prof.dr. Mustafa İsen seminar iştirkaçılarının mövzu ilə bağlı suallarını cavablandlrmış, tədbirin təşkilatçılarına təşəkkür etmişdir.
https://khazar.org/az/news/5368
Dillər və ədəbiyyatlar departamentində dissertasiya işinin ilkin müzakirəsi
2021-ci il mayın 26-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin doktorantı Ayna Babazadənin filologiya üzrə fəlsəfə doktorluğu üçün “Əzizə Cəfərzadə nəsrində tarixi və bədii gerçəkliyin inikası” adlı dissertasiya işinin ilkin müzakirəsi keçirildi.
İclası departamentin müdiri dosent Dilbər Zeynalova açaraq, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq əyani və onlayn şəkildə qoşulan iştirakçıları salamladı, dissertasiya işinin və onun avtoreferatının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəlsəfə doktorluğu qarşısında qoyduğu tələblərə tam cavab verdiyini qeyd etdi.
Elmi Şuranın katibi Dr. Reyhan Mədətova doktorant haqqında məlumat verdi. Dissertasiya işinin əsas məzmunu, elmi müddəa və nəticələri haqqında ətraflı məlumat verən doktorant Ayna Babazadə AAK tərəfindən tövsiyə edilən ölkə dövri elmi nəşrlərində, impakt faktoruna malik istinad indeksli xarici jurnalda dərc olunan məqalələrindən, eləcə də respublika və beynəlxalq səviyyəli konfranslarda etdiyi məruzələrdən bəhs etdi.
Dissertasiya işinin ilkin müzakirəsində iki elmlər doktoru və bir fəlsəfə doktoru rəyçi olaraq çıxışlarında dissertasiya ilə bağlı müsbət rəylərini bildirdilər. Doktorantın elmi rəhbəri - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, yazıçı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov və digər iştirakçılar dissertasiya işi haqqında müsbət fikirlərini söyləyərək, bəzi irad və tövsiyələrini bildirdilər.
Yekunda şura üzvləri açıq səsvermə yolu ilə irad və tovsiyələr nəzərə alınmaqla doktorant Ayna Babazadənin “Əzizə Cəfərzadə nəsrində tarixi və bədii gerçəkliyin inikası” mövzusunda 5716.01 - Azərbaycan ədəbiyyatı istiqaməti üzrə filologiya üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün növbəti mərhələyə buraxılmasına yekdilliklə səs verdilər.
https://khazar.org/az/news/5380
“Xəzər”in müəllimi Azərbaycan radiosu ilə TRT1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişində
2021-ci il avqustun 20-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı Azərbaycan radiosu ilə Türkiyənin TRT1 – “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan və iki ölkədə yayımlanan “Durna teli” verilişinin canlı yayımda qonağı olub. Qeyd edək ki, Azərbaycan radiosu ilə yayımlanan verilişi təşkil edənlər Əhməd Oğuz, Dilşad Tahirqızı, Rövşən Sabiroğlu və Gülsüm Dadaşovadır.
Bir saatlıq ortaq yayımın ilk yarım saatında “Türkiyənin səsi” radiosundan Yasəmən Pamukçunun aparıcılığı ilə türkiyəli folklorşünas Fatih Varol yuxa/lavaş haqqında məlumat vermişdir.
Canlı yayımın Dilşad Tahirqızının aparıcılığı ilə davam edən ikinci yarısında A. Qəzənfərqızı lavaş və yuxanın fərqindən, çörəyin Azərbaycanda və Türk dunyasındakı önəmindən, yuxanın tarixinin qədim olduğundan danışmışdır. Vurğulamışdır ki, yuxanın izi 540-cı ildə Çində türklərin təsərrüfatında, daha sonra 7-9-cu əsrlərdə Turfan şəhərində tapılmışdır. O, Azərbaycanın bölgələrinə görə çörəyin bişirilmə fərqlərindən və bu fərqlərin səbəblərindən də bəhs etmişdir.
Qeyd edək ki, A.Qəzənfərqızı iyulun 16-da da bu verilişin qonaq olmuş, insanların gündəlik həyat tərzində istifadə etdikləri adət-ənələrdə mifoloji inanc sisteminin izlərini göstərmiş, bu izlərin məişət hadisələrində genetik kodlaşma nəticəsində fərqinə varılmadan təkrarlandığını vurğulamışdır.
https://khazar.org/az/news/5471
Humanitar, təhsil və sosial elmlər fakültəsi İstanbul Aydın Üniversitetinin Fənn ədəbiyyat fakültəsi ilə görüş keçirib
2021-ci il sentyabrın 8-də Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsi ilə İstanbul Aydın Üniversitetinin Fənn ədəbiyyat fakültəsinin əməkdaşları arasında virtual görüş keçirilmişdir.
Görüşdə Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova, Tarix və arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlu Quliyev, departamentin müəllimləri Orxan Zamanov və Dr. Bayram Quliyev, assistenti Ceyran Məmmədova, Psixologiya departamentinin koordinatoru Mələk Kərimova, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dr. Dilbər Zeynalova və Keyfiyyətin təminatı mərkəzinin assistenti Kəmalə Mustafayeva, İstanbul Aydın Universitetinin əməkdaşları - Fənn ədəbiyyat fakültəsinin dekanı Prof. Dr. Rahime Nukhet Çıkrıkçı, dekan müavini, sosioloq Dr. Gökçen Çatlı Özen və Tarix bölümü Erasmus koordinatörü, dosent Dr. Alev Duran iştirak ediblər.
Görüşdə tərəflərarası tanışlıqla birlikdə həyata keçirilməsi planlaşdırılan yeni layihə və proqramların perspektivlərinə dair də müzakirələr aparılmışdır.
https://khazar.org/az/news/5488
“Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusu” adlı elmi konfrans
2021-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 103 illiyi münasibətilə Xəzər Universitetinin Tarix və arxeologiya departamentının təşkilatçılığı ilə universitetdə “Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusu” adlı elmi konfrans keçirildi.
Konfransda Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Humanıtar, təhsil və sosyal elmlər fakultəsinin dekanı Elza Səmədova, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, digər müəllimlər, tələbələr və Türkiyə səfirliyinin nümayəndələri iştirak edirdilər.Konfransda çıxış edən Tarix və arxeologiya departamentinin müdiri Dr.Telman Nüsrətoğlu və müəllimi professor Nəsiman Yaqublu Nuru Paşanın rəhbərlik etdiyi zabitlər qrupunun mayın 25-də Gəncəyə gəlməsindən başlayaraq Bakının işğaldan azad edilməsinə qədər uzanan çətin mübarizə yolu, aparılan döyüşlər, cəbhələrdə möhkəmlənən Azərbaycan-Türkiyə qardaşlığı haqqında maraqlı faktlardan bəhs etdilər.
Dr. Telman Nüsrətoğlu Osmanlı arxivindən əldə etdiyi sənədi - Almaniyanın bolşeviklərlə Bakı neftinin paylaşımı istiqamətində bağladığı gizli müqaviləni nümayiş etdirərək, Almaniyanın bu səbəbdən də Türk qoşunlarının Bakıya girməsinə qarşı olduğunu qeyd etdi və Osmanlı dövlətinin hansı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanı işğaldan qurtarmaq üçün qərar qəbul etdiyini nəzərə çatdırdı. 1918-ci ildə Bakı şəhərinin azadlığı üçün Türkiyə-Azərbaycan qüvvələrinin birlikdə apardığı mübarizədə verilən şəhidlər, bolşevik-erməni dəstələrinin şəhərdə törətdikləri insan qırğınları haqqında ətraflı məlumatlar verildi.
Sonra Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan yüz il sonra da eyni ruhla davam edən qardaşlıq münasibətlərindən, 44 günlük İkinci Qarabağ müharibəsində tək millət iki dövlət şüurunun daha da möhkəmlənməsindən, müttəfiqlik ruhunun önəmindən danışdı. Konfrans Qafqaz İslam Ordusunun marşı sədaları altında sona çatdı.
Həmin gün Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu Gəncliyə Yardım Fondu və Türkiyə Səfirliyində hər iki dövlətin hökümət və parlament nümayəndələrinin, qeyri-hökümət təşkilatlarının təmsilçilərinin iştirakı ilə keçirilən konfranslarda da mövzu ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
https://khazar.org/az/news/5496
Tehsil-press.az: Xəzər Universiteti müəlliminin məqaləsi Türkiyə jurnalında dərc edilib
2021-ci il sentyabrın 24-də tehsil-press.az saytı Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Sevinc Ağayevanın Traces of Folk Literature in the “Maqtal” of Yusif Maddah in the XIV century (in Based on the “Maqtali-Hussein” Masnavi) (“XIV əsr Yusif Məddah “məqtəl”ində xalq ədəbiyyatının izləri (“Məqtəli-Hüseyn” məsnəvisi əsasında)” adlı məqaləsinin Türkiyədə nəşr olunan “Söylem Filoloji Dergisi”nin ingilis dili bölümündə dərc edilməsi haqqında xəbər yayımlamışdır.
http://tehsil-press.az/index.php?newsid=61758#newsbase1
https://khazar.org/az/news/5513
Dillər və ədəbiyyatlar departamentinin müəllimi XVI Beynəlxalq Böyük Türk Dili Qurultayında
2021-ci il sentyabrın 26-27-də Ankarada, Bilkent Universitetində İhsan Doğramacı Erbil Vəqfi, Yunus Emre İnstitutu, Türkiyə-Azərbaycan Dostluq İşbirliyi və Dayanışma Vəqfi, Mosul Universiteti, Kərkük Universiteti və Səlahəddin Universitetinin (İraq) birgə təşkilatçılığı ilə XVI Beynəlxalq Böyük Türk Dili Qurultayı keçirilmişdir.
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Zəminə Ziyayeva qurultayda “XX yüzyılın ilk modernistlerinden Üzeyir Hacıbeyli ve dil görüşleri” adlı məruzə ilə çıxış etmişdir.
https://www.bilkent.edu.tr/dil_kurultay/
https://khazar.org/az/news/5544
Dillər və Ədəbiyyatlar Departamenti Youtube kanalında
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti Youtube kanalında elmi-populyar verilişlər, ədəbi söhbətlər, elm və sənət adamları ilə müsahibələr və s. aparmaq məqsədilə AZBN TV hesabında fəaliyyət göstərməyə başlamışdır.
İlk olaraq, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Səni çox sevirdim” şeiri departamentin müəllimi Gülşanə Xudiyeva tərəfindən səsləndirilmiş və Youtube kanalında yerləşdirilmişdir.
https://www.youtube.com/watch?v=FEFu0HpXWT0&t=5s
https://khazar.org/az/news/5475
“Klassik mətnlərdə təsəvvüf simvolikası” mövzusunda elmi konfrans keçirilmişdir
2021-ci il oktyabrın 7-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Klassik mətnlərdə təsəvvüf simvolikası” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan departamentin müdiri dos. Dilbər Zeynalova iştirakçıları salamlamış, təsəvvüfün bütün orta əsrlər boyunca İslam Şərqində mükəmməl mənəvi-əxlaqi davranış normaları, bitkin bədii-fəlsəfi dünyagörüş olduğunu qeyd etmişdir.
Departamentin müəllimi dos. Xatirə Yusifovanın moderatorluğu ilə davam edən konfransda Türkiyənin Üsküdar Universitetinin rektor yardımçısı, yazar Cemalnur Sargut və Nefes yayınevinin baş müdiri, yazar Kerim Güç`ün Şərq mədəniyyətinin mühüm tərkib hissəsi olan təsəvvüf dünyagörüşü, onun rəmz və simvolları, ədəbiyyata təsiri mövzularında məruzələri dinlənilmişdir.
Məruzəçi Camalnur Sargut təsəvvüf haqqında ümumi məlumat verdikdən sonra təsəvvüf ideyalarının orta yüzilliklər İslam aləmində bir çox nəhəng ədəbi simaların yaradıcılığına qida verən mühüm mənbə olduğunu, klassik sənətkarların yaradıcılığında aşiqlik fəlsəfəsini, kamil insan ideyasını konkret nümunələrlə əsaslandırmışdır. Digər məruzəçi Kerim Güç öz növbəsində F.Əttarın məşhur “Məntiqüt-teyr” (“Quşların dili”) əsərində yer alan təsəvvuf simvollarını şərh etmişdir.
Sonda məruzəçilər konfrans iştirkaçılarının mövzu ilə bağlı suallarını cavablandırmışlar.
https://khazar.org/az/search/news/q=dill%C9%99r%20v%C9%99%20%C9%99d%C9%99biyyatlar/page/5/
Tehsil-press.az Xəzər universitetində keçirilmiş seminar haqqında
2021-ci il oktyabrın 25-də tehsil-press.az saytı Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Britaniya arxivlərində gizlənən xəzinə: Gibb kolleksiyasında Azərbaycan əlyazmaları” mövzusunda elmi seminar keçirilməsi haqqında xəbər yayımlayıb.
http://tehsil-press.az/index.php?newsid=62528#newsbase1
https://khazar.org/az/news/5562
Dillər və ədəbiyyatlar departamenti müəlliminin məqaləsi Вченı записки jurnalında
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının Ukrayna Təhsil və Elm Nazirliyi V.İ.Vernadski adına Tavriya Milli Universitetinin rüblük Вченı записки jurnalında “Идеолого-эстетические, теоретические основы гражданской лирики” adlı məqaləsi (2020-ci il, № 4, səh. 85-90) dərc edilmişdir.
Məqalədə vətəndaşlıq lirikasının dünya, Avropa və rus ədəbiyyatı, xüsusən də, Azərbaycan poeziyası kontekstində ideya-estetik, nəzəri əsaslarına diqqət yetirilir, vətəndaşlıq mövqeyinin daha çox romantizm cərəyanında özünü göstərdiyi bildirilir. Qeyd olunur ki, romantizmin ayrılmaz hissəsi olan vətəndaşlıq lirikası, adətən, publisistik ruhla çulğaşır. Lakin o, bədiiliyin əsas komponentlərindən sayılan nizam və obrazlılığa malik olmalıdır. Əks-təqdirdə, poetik nümunəyə çevrilə bilməz.
https://khazar.org/az/news/5206
Dahi rus yazıçısının yubileyi münasibətilə seminar
2021-ci il oktyabrın 26-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə dahi rus yazıçısı F.M.Dostoyevskinin 200 illik yubileyi çərçivəsində elmi seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə açan Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova F.M.Dostoyevskinin 200 illik yubileyi çərçivəsində Xəzər Universitetində görülən və görüləcək işlər barədə məlumat vermiş və sözü professor Akif Hüseynova vermişdir. Seminarda ədəbiyyatşünas-tənqidçi Akif Hüseynov “F.M.Dostoyevski: dünyagörüşü və yaradıcılığı” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Sonda məruzəçi tələbələrin suallarını cavablandırmışdır.
https://khazar.org/az/news/5567
BDU-nun dosenti Xəzər Universitetində məruzə ilə çıxış etmişdir
2021-ci il noyabrın 25-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “İnteqrativ dərs” layihəsi çərçivəsində növbəti açıq dərs keçirildi.
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının dosenti Vəfa İskəndərova “Azərbaycan folklorunda ənənəvi nağıl formulları” adlı məruzə ilə çıxış etdi. Formullar haqqında geniş məlumat verən məruzəçi nağıllarla yanaşı, digər folklor janrlarının formulları və işlənmə məqamları haqqında geniş məlumat verdi. Ölkəmizdə bu istiqamətdə aparılan tədqiqatlardan bəhs edərək, dosent Oruc Əliyevin də formulların kompozisiya xüsusiyyətlərini araşdırdığını vurğuladı. O, təhkiyə formullarında daxili, xarici və keçid formullarının özəllikləri haqqında geniş bəhs edərək dastan, rəvayət, bayatı və s. folklor janrlarının hər birinin xüsusi formulları olduğunu bildirdi.
Açıq dərs məruzəçi tərəfindən tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdı.
https://khazar.org/az/news/5615
Dillər və ədəbiyyatlar departamentinin müəlliminin məqaləsi “Söylem Filoloji Dergisi”ndə
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Dr. Sevinc Ağayevanın Türkiyədə nəşr olunan “Söylem Filoloji Dergisi”nin (6-cı cild, 2-ci sayı, 2021) ingilis dili bölümündə Traces of Folk Literature in the "Maqtal" of Yusif Maddah in the XIV century (in Based on the "Maqtali-Hussein" Masnavi) (XIV əsr Yusif Məddah “məqtəl”ində xalq ədəbiyyatının izləri (“Məqtəli-Hüseyn” məsnəvisi əsasında) dərc edilmişdir.
https://dergipark.org.tr/tr/pub/soylemdergi/issue/64667
https://khazar.org/az/news/5497
Xəzər Universitetinin dekanı və müəllimi Qazi Universitetində keçirilən “Türk Dünyası təhsil elmləri kongresi”ndə iştirak ediblər
2021-ci il noyabrın 24-26-da Qazi Universiteti Təhsil İnstitutunun təşkilatçılığı ilə “Türk Dünyası təhsil elmləri kongresi” adlı beynəlxalq konqres keçirilmişdir. Konqresdə Türk dünyasının müxtəlif ölkələrindən gələn nümayəndələr iştirak etmişdir.
Xəzər Universitetini Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədli və Dillər və ədəbiyyatlar departamentinin müəllimi fil.ü.f.d. Zəminə Ziyayeva həmin konqresdə məruzə ilə çıxış ediblər.
https://khazar.org/az/news/5630
Dillər və ədəbiyyatlar departamentinin müəllimi onlayn konfransda
2021-ci il noyabrın 28-də Sankt-Peterburqda Elger Beynəlxalq Elm-tədris Mərkəzi tərəfindən“Mədəniyyətlərarası dialoq” adlı XX Beynəlxalq elmi konfrans keçirilmişdir.
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Şəlalə Mirzəyeva onlayn konfransda iştirak edərək, sertifikat almışdır.
https://khazar.org/az/news/5639
Ankara Hacı Bayram Veli Universitetinin professoru Xəzər Universitetində məruzə ilə çıxış etmişdir
2021-ci il dekabrın 2-də Xəzər Universitendə Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Nizami Gəncəvi-880” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilmişdir. Seminarın qonağı Ankara Hacı Bayram Veli Universitetinin müəllimi Prof. Dr. Ayşe Yıldız “Türkcə yazılmış Leyli və Məcnun məsnəvilərində Nizami Gəncəvinin təsiri” aslı məruzə ilə çıxış etmişdir.
Onlayn təşkil edilən tədbiri Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatirə Yusifova açaraq, həm qonaq haqqında, həm də mövzu haqqında tələbələri və qonaqları məlumatlandırmışdır. Sonra Prof. Dr. Ayşe Yıldız Anadolu Türk şairlərinin - Şahidi, Hamdi, Cəlili və Ahmedi-Rıdvan`ın yazdıqları “Leyli və Məcnun” məsnəvilərini Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisi ilə forma və məzmun baxımından müqayisə etmişdir.
Tədbirin sonunda məruzəçi tələbələrin suallalarını cavablandırmışdır.
https://khazar.org/az/news/5640
Xəzər Universitetində Beynəlxalq Nizami Gəncəvi Konfransı
2021-ci il dekabrın 9-10-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamenti və İngilis dili və ədəbiyyatı departamentinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq Nizami Gəncəvi Konfransı keçirilmişdir.
Hibrid formatda keçirilən konfransda dünyanın bir sıra ölkələrindən – Türkiyə, Misir, Banqladeş, Əfqanıstan, Seneqal, Rusiya, Gürcüstan, İran və digər ölkələrdən Nizami irsinin tanınmış tədqiqatçıları iştirak etmişlər.
Konfransın keçirildiyi Mərmər zalda tədbirə dəvət olunmuş İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan tərəfindən Nizami Gəncəvinin İranda çap edilmiş kitablarından ibarət sərgi, Azərbaycanın tanınmış xalçaçı rəssamı, Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müəllimi, universitetin Xalça Muzeyinin direktoru Afaq Kərimovanın Nizami Gəncəviyə həsr olunmuş sənət əsərləri nümayiş olunurdu.
Konfrans İngilis dili və ədəbiyyatı departamentinin koordinatoru Milana Abbasovanın qonaqları salamlaması ilə açıq elan olunduqdan sonra Nizami Gəncəvinin həyat və yaradıcılığından, dünya ədəbiyyatında rolundan bəhs edən videoçarx nümayiş etdirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxış edərək, böyük söz ustadının əsərlərində təcəssüm olunmuş elmi-fəlsəfi, tarixi-coğrafi, bədii-estetik məqamlara diqqət çəkdi, dünya nizamişünaslığında həllini gözləyən problemlərdən danışdı. Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova Nizami yaradıcılığının araşdırılmasında ortaya dəyərli elmi tədqiqatlar qoyan konfrans iştirakçılarına öz təşəkkürünü bildirdi, konfransın işinə uğurlar arzuladı.
Konfransda çıxış edən İran Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan Nizami Gəncəvi irsini hikmət, əxlaq, mənəviyyat xəzinəsi adlandıraraq, sözlərindəki təravət və yeniliyin heç zaman sönməyəcəyini vurğuladı.
Misir Ain Şəms Universitetinin professoru Şirinxanım Abdelnaem Hasanin atası Dr. Əbd əl-Nəim Həsəneynin 1951-ci ildə yazdığı “Nizami Gəncəvi: dövrü, mühiti və poeziyası” adlı elmi işi ilə şərqşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığına diqqət çəkdi, özünün də Nizaminin qəhrəmanı Şirinin şərəfinə adlandırıldığını qeyd etdi. Professor Şirinxanım atasının yolunu davam etdirərək, bütün elmi fəaliyyətini nizamişünaslığa həsr etdiyini vurğuladı.
Sonra dəvətli məruzəçilərdən professor Ahmed - Kader el Shazli (Misir), professor Mustafa İsen (Türkiyə), Dr. Firuz Fevzi (Əfqanıstan), Alireza Qiyaməti (İran) Nizami Gəncəvinin Azərbaycanın övladı olduğunu, onun təkcə türk, ərəb və fars mədəniyyətinə məxsus mütəfəkkir deyil, bir dünya şairi olduğu düşüncəsini önə çəkdilər.
İran Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan Nizami Gəncəvinin İranda nəfis şəkildə şap olunmuş “Xəmsə”sini və biblioqrafiyasını professor, akademik Hamlet İsaxanlıya təqdim etdi.
Universitetin Xalça Muzeyinin direktoru Afaq Kərimova Nizami Gəncəvinin əsərləri əsasında toxuduğu xalçalar haqqında məlumat verdi, şairə həsr olunmuş abidə və dəyərli sənət əsərlərindən ibarət videoçarxı nümayiş etdirdi.
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimləri tərəfindən hazırlanan Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin dünya dillərinə tərcüməsinə həsr olunmuş təqdimatları oldu.
Konfransın ilk günü iki paneldən ibarət olmaqla dahi şairə həsr olunmuş müxtəlif çıxışlarla yekunlaşdı. Konfransın 2-ci günü isə müxtəlif xarici və yerli universitetlərdən dəvət olunmuş tərcüməçi, yazıçı və tənqidçilərin çıxışları ilə davam etdi. Konfrans 2 sessiyadan ibarət olmaqla 4 paneldə keçirildi.
Konfransda Xəzər Universitetinin Kamera orkestri (bədii rəhbər – universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdi.
Beynəlxalq Nizami Gəncəvi konfransı haqqında ölkənin AZƏRTAC və digər informasiya portallarında, youtube kanalında,İran Mədəniyyət Mərkəzinin və Türkiyənin AtatürkUniversitetinin vebsaytlarında xəbərlər yayımlanmışdır.
http://iranmedeniyyetmerkezi.com/index.php/12/10/2021/2887/
https://www.youtube.com/watch?v=hiDeyk2-hLY&t=18s
https://khazar.org/az/news/5658
Professor, akademik Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının Bakı Avrasiya Universitetində təqdimatı keçirilib
2022-ci il dekabrın 14-də professor, akademik Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının Bakı Avrasiya Universitetində təqdimatı keçirilib. Tədbiri Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Elmira Məmmədova-Kekeç açdı. Qonaqları salamladıqdan sonra sözü “Oxucular klubunun” rəhbəri tələbə Leyla Səfərliyə verdi. Leyla Səfərli Hamlet İsaxanlının ömür yolu və yaradıcılığı haqqında geniş məlumat verdi.
Sonra professor Ədalət Tahirzadə kitab haqqında təəssüratlarını bölüşdü. Kitabın Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün olduqca səmərəli vasitə olduğunu qeyd etdi. Dosent Seyfəddin Altaylı tələbələrə xitabən kitabın hər bir Azərbaycan gənci tərəfindən oxunmalı olduğunu və Qarabağ hadisələri haqqında kitabda kifayət qədər geniş məlumatların toplandığını vurğuladı.
Çıxışlardan sonra tələbələrin maraqlı suallarını cavablandıran H.İsaxanlı “Bu da həyatdır” adlı şeirini oxudu. Tədbirin sonunda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova təşkilatçılara və tələbələrə təşəkkür etdi və H.İsaxanlının “Baş açmadın bu dünyadan” şeirini səsləndirdi. Sonda xatirə şəkli çəkildi.
https://khazar.org/az/news/6382
Yeni il Milli Kitab Sərgisində Dillər və ədəbiyyatlar departamentinin müəllimi ilə görüş
2021-ci il dakabrın 19-da Yeni il Milli Kitab Sərgisində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoyla “Gənc yazarları niyə oxumuruq?” mövzusunda görüş-disput keçirilmişdir. Yazıçı Cəlil Cavanşirin moderatorluğu ilə keçirilən görüşdə Azərbaycan gəncliyinin mütaliə və intellekt səviyyəsi, oxumağa və yazmağa olan münasibəti, həmçinin yazıçıların qarşılaşdıqları çətinliklər kimi bir çox məsələlər müzakirə edilmişdir.
Görüşdə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova tədris prosesində ədəbiyyatın müxtəlif dövrlərinə, o cümlədən çağdaş yazarlara hər zaman diqqətlə yanaşıldığını, sənət adamları ilə görüşlər keçirildiyini, onların təbliğ olunmasına səy göstərildiyini vurğulamışdır.
Tədbirdə Xəzər Universieti ilə yanaşı, digər universitetlərin tələbələri və gənc yazarlar iştirak etmişlər.
https://khazar.org/az/news/5696
Dillər və ədəbiyyatlar departamenti müəllimlərinin inteqrativ dərsi
2021-ci il dekabrın 21-də Xəzər Universitendə Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində “Yazılı ədəbiyyat və folklorda retrospektivlik” mövzusunda növbəti açıq dərs keçirildi.
Departamentin müəllimləri Dr.Aynur Qəzənfərqızı və Ülvi Babasoy retrospektivliyin şifahi və yazılı mətnlərdə işlənməsi, folklorda və ədəbiyyatda zaman, polifoniklik anlayışları haqqında geniş məlumat verdilər, dünya folklorunda və ədəbiyyatında yazılı və şifahi ədəbiyyatın qarşılıqlı təsirindən danışdılar. Dünya ədəbiyyatından Qabriel Markesin “Yüzilin tənhalığı”, Azərbaycan ədəbiyyatndan isə Mövlud Süleymanlının “Köç”, “Səs”, “Ceviz qurdu” əsərlərinə istinad edərək, folklorun işlənmə məqamlarını nümunələr əsasında göstərdilər. Açıq dərs tələbələrin və məruzəçilərin sual-cavabı ilə yekunlaşdı.
https://khazar.org/az/news/5709
Yunus Əmrə və Türkcə ilinə həsr olunmuş tədbir
2021-ci il dekabrın 23-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Yunus Əmrə və Türkcə ilinə həsr olunmuş “Gel Gidelim Dosta Gönül” (Türk Dünyasına Səyahət) adlı tədbir keçirildi. Tədbirdə Bakı Yunus Əmrə Mərkəzinin müdiri Selçuk Karakılıç, Tatarıstanın Azərbaycandakı nümayəndəsi Elmira Yusifli, AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil, Xəzər Universitetinin əməkdaşları və tələbələri iştirak etdilər.
Tədbirdə Yunus Əmrə yaradıcılığından şeirlər səsləndirilməklə yanaşı, tələbələr Türk Dünyasının dahi şəxsiyyətləri olan Bilgə Kağan, Mahmud Kaşğarlı, Yusif xas Hacib, Ziya Gökalp, İsmayıl Qaspıralı və Əli bəy Hüseynzadənin fikirlərini də çatdırdılar. Başqırd, özbək, uyğur, qırğız, tatar kimi ayrı-ayrı türk ləhcələrində şeirlər ifa edildi. “Ana yurd” mahnısı tədbir iştirakçılarında xüsusi əhval-ruhiyyə yaratdı. Tədbir ərzində Türk Dünyasının repressiya qurbanları da yad edildi. Tatar Diasporasının və Xəzər Universitetinin rəqs qrupları Özbəkistan, Azərbaycan və Türkiyə rəqslərini nümayiş etdirdilər.
Tədbir çərçivəsində Türk Dünyasının mətbəxinə aid yemək və şirniyyatların xeyriyyə məqsədli satışı keçirildi.
https://khazar.org/az/news/5704
Dillər və Ədəbiyyatlar departamentinin doktorantı fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etdi
2021-ci il dekabrın 24-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.05 Dissertasiya şurasının iclasında Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının "Azərbaycan poeziyasında vətəndaşlıq lirikası (Məmməd Araz, Söhrab Tahir, Məmməd İsmayıl yaradıcılığı əsasında)" mövzusunda yazdığı fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirildi.
AMEA Azərbaycan-Asiya əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov (elmi rəhbər) və opponentlər - professor İslam Qəribov, dosent, filologiya üzrə fəlsəfə doktoru Afina Məmmədli-Barmanbay, filologiya üzrə fəlsəfə doktoru Aida Mirzəyeva, filologiya elmləri doktoru Rəhim Əliyev tədqiqatın elmi - nəzəri səviyyəsinin yüksək olduğunu, müəllifin təhlillərinin xüsusi maraq doğurduğunu vurğulamışlar.
İclasda, həmçinin, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorları - filologiya elmləri doktoru Vaqif Sultanlı və filologiya elmləri doktoru Sənan İbrahimovun, Azərbaycan Neft və Sənaye Universitetinin Humanitar elmlər kafedrasının professoru, filologiya elmləri doktoru Rüstəm Kamalın, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru, filologiya elmləri doktoru Elman Quliyevin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayevanın, Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizmi və Ölkəşünasllq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşıyevanın dissertasiya və avtoreferata verdikləri rəylərdə tədqiqat işində əldə edilən elmi nəticələrin təqdir olunduğu qeyd olunmuşdur. Müdafiə prosesinin sonunda Şura üzlərinin yekdil rəyi ilə dissertasiya işini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmək qərara alındı.
https://khazar.org/az/news/5717
2021-ci il fevralın 23-də AZƏRTAC Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli” ilə bağlı Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsi Tərcümə ixtisasının I kurs tələbələrinə “Nizami Gəncəvi “Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilməsi haqqında xəbər yayımlamışdır. Xəbəri digər saytlar da dərc etmişlər.
Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq 2021-ci il fevralın 20-də Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsi Tərcümə ixtisasının I kurs tələbələrinə “Nizami Gəncəvi “Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilmişdir.
N.Gəncəvi haqqında ədəbiyyat tariximizin ilk monumental epik şeirinin banisi kimi danışan fənn müəllimi Qardaşxan Əzizxanlı ilə birgə dərsdə Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bəhmən Əmani iştirak etmişlər.
B.Əmani “Xəmsə”nin finalı “İskəndərnamə”də humanizm ideyalarının təntənəsindən geniş söz açmışdır.
D.Zeynalova şairin yaradıcılığını dünya ədəbiyyatı kontekstində nəzərdən keçirməyin vacibliyini qeyd etmiş, B.Əmaniyə maraqlı çıxış üçün təşəkkürünü bildirmişdir.
Tələbələrdən Afina Hacıyeva, Rüfət Həsənli də Nizami poeziyası ilə bağlı öz fikirlərini söyləmişlər.
2020-ci il dekabrın 24-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində Türkiyə Cümhuriyyəti Akdeniz Universitetinin Türk Dili və Ədəbiyyatı Bölümünün müəllimi Dr. Lazzat Urakova Yanç`la “Türk Dünyası Mədəniyyəti” dərsində görüş təşkil edildi. Görüşdə “Türk Dünyası Mədəniyyəti” fənnini öyrənən tələbələrlə yanaşı, departamentin müəllimləri də iştirak etdilər.
Dr. Yanç “Türk Dünyası Aytısları (Deyişmələri/Atışmaları)” adlı məruzə ilə çıxış edərək, Türk dünyasında geniş yayılan deyişmələr haqqında məlumat verdi. Tələbələr məruzəni maraqla qarşıladılar. Görüşdə tələbə və müəllimlər məruzəçiyə mövzu ilə əlaqəli müxtəlif suallar ünvanladılar.
Çağdaş dünyada sürətlə gedən dəyişikliklər qlobal düşünmə tərzinin əhəmiyyətini xeyli artırır. İnformasiyaların genişləndiyi bir dövrdə təhsildə baş verən sürətli dinamikanı izləmək və ona uyğun olaraq inkişaf etmək ən səmərəli strategiyalardandır, başqa sözlə, inteqrasiya müasir təhsil prosesinin özünəməxsus keyfiyyət göstəricilərindən biridir. Milli kurikulum təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi önəm verir. Bu baxımdan Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti “İnteqrativ dərs” layihəsinə start vermişdir.
2020-ci il dekabrın 23-də “Sofoklun “Çar Edip” tragediyası və onun dünya ədəbiyyatında bədii transformasiyası: müqayisəli ədəbiyyat kontekstində” mövzusunda inteqrativ dərs keçirilmişdir. Dərsə Dillər və ədəbiyyatlar departamentinin müəllimləri Qardaşxan Əzizxanlı və Ülvi Babasoy moderatorluq etmişlər. Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı, dosent Elza Səmədli inteqrativ dərslərin təşkilini təqdir etmiş, tələbələrin dünyagörüşünün formalaşmasında, ümumi təlim nəticələrinin reallaşmasında rolunu vurğulamışdır.
Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova ortaq bilik və bacarıqların sintezinin təlim prosesinin səmərəliliyinin artırmasının əhəmiyyətini qeyd etmişdir. Dərsdə Dillər və ədəbiyyatlar departamentinin müəllimləri f.ü.f.d. Xatirə Yusifova, f.ü.f.d. Elmira Məmmədova, f.ü.f.d. Gülşanə Xudiyeva və Şəlalə Mirzəyeva da iştirak etmişlər. Tələbələrdən Ləman Abbasova, Türkan Mürsəlova, Gülşən Hətəmli, Gültac Güləliyeva, İlkanə İbrahimbəyli, İmaməli İbrahimov, Flora Əsgərli, Aydan Nağıyeva və b. mövzuya müxtəlif aspektlərdən fikir bildirmişlər. Dərsin inteqrativ və interaktiv formatda keçirilməsi iştirakçılarda mövzuya qarşı böyük maraq oyatmışdır.
2020-ci il fevralın 24-də Xəzər Universitetinin “Mərmər” zalında “Son nəfəsədək” filminin nümayişi və yaradıcı heyətilə görüş keçirildi. Görüşü giriş sözü ilə Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova açaraq, 1992-ci il fevralın 26-da erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırım, amansız qırğın aktı törətdiyindən danışdı. O, bu soyqırımın ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla bərabər, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət olduğunu vurğuladı.
Daha sonra isə real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmi nümayiş olundu. Filmin ssenaristi və baş prodüseri Nurəddin Aslanovun sözlərinə görə, filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin ilkin mərhələsindən Xocalı Soyqırımına qədər olan dövrü əhatə etməsidir. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov, Novruz Cəfərov, Vaqif Kərimov və başqaları çəkilmişlər.
Filmin nümayişindən sonra Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova Qarabağ münaqişəsi ilə bağlı reallıqların bugünkü və gələcək nəsillərə çatdırılması üçün belə filmlərə böyük ehtiyac duyulduğunu qeyd etdi və filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli vətənpərvərlik mövzusunda çəkilən belə filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müsbət rol oynadığını xüsusi vurğuladı, əməyi keçənlərə minnətdarlığını bildirdi.
Tədbirin sonunda yaradıcı heyət tələbələrlə Qarabağ həqiqətləri haqqında fikir mübadiləsi apardı.
2020-ci il fevralın 28-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamenti “Humanitar elmlər: dünən, bu gün və sabah” adlı tələbə elmi konfransı keçirdi.
2020-ci il iyunun 30-da Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirildi. Magistrantlar –Aytac Məmmədbəyli “Müasir Azərbaycan poeziyasında modernist meyllər (Ələkbər Salahzadə yaradıcılığı əsasında)”; Rəşidə Rəşidli “Rüstəm Behrudi poeziyasında türkçülük”; Sevinc Abdulxalikova “Şeyx İbrahim Gülşəni Bərdəinin Türk “Divanın”ında arxaizmlər” mövzusunda dissertasiya işlərini yüksək səviyyədə təqdim etdilər. Hər bir iddiaçı elmi müzakirə şəraitində şura üzvlərinin suallarını cavablandırdılar. Müzakirələr zamanı komissiya üzvləri iddiaçıların elmi biliklərinin nümayişindən və hazırlıq səviyyəsindən məmnun qaldıqlarını bildirdilər.
Xəzər Universitetinin magistrləri təhsil aldıqları müddətdə göstərilən diqqət və qayğıya görə elmi rəhbərlərə və müəllim heyətinə təşəkkür etdilər. Gənc tədqiqatçılar əldə etdikləri bilik və təcrübələrin onların gələcək elmi fəaliyyətlərində mühüm rol oynayacağını əminliklə ifadə etdilər.
Sonda komissiya üzvlərinin ümumi rəyi əsasında təqdim olunan dissertasiyalar müsbət qiymətləndirildi və magistrantlara müvafiq ixtisaslar üzrə magistr dərəcəsinin verilməsinə dair qərar qəbul edildi. Müdafiə Şurasının üzvləri magistrləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Dissertasiya işlərinin müdafiəsinə Microsoft Teams proqramı ilə qoşulan istedadlı şair Ə.Salahzadənin qızı M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Xatirə Kərimli atasının yaradıcılığına diqqət ayırdıqlarına görə həm elmi rəhbərə, həm də magistranta minnətdarlığını bildirdi.