2021-ci il fevralın 23-də AZƏRTAC Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli” ilə bağlı Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsi Tərcümə ixtisasının I kurs tələbələrinə “Nizami Gəncəvi “Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilməsi haqqında xəbər yayımlamışdır. Xəbəri digər saytlar da dərc etmişlər.
Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq 2021-ci il fevralın 20-də Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsi Tərcümə ixtisasının I kurs tələbələrinə “Nizami Gəncəvi “Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilmişdir.
N.Gəncəvi haqqında ədəbiyyat tariximizin ilk monumental epik şeirinin banisi kimi danışan fənn müəllimi Qardaşxan Əzizxanlı ilə birgə dərsdə Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bəhmən Əmani iştirak etmişlər.
B.Əmani “Xəmsə”nin finalı “İskəndərnamə”də humanizm ideyalarının təntənəsindən geniş söz açmışdır.
D.Zeynalova şairin yaradıcılığını dünya ədəbiyyatı kontekstində nəzərdən keçirməyin vacibliyini qeyd etmiş, B.Əmaniyə maraqlı çıxış üçün təşəkkürünü bildirmişdir.
Tələbələrdən Afina Hacıyeva, Rüfət Həsənli də Nizami poeziyası ilə bağlı öz fikirlərini söyləmişlər.
2020-ci il dekabrın 24-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində Türkiyə Cümhuriyyəti Akdeniz Universitetinin Türk Dili və Ədəbiyyatı Bölümünün müəllimi Dr. Lazzat Urakova Yanç`la “Türk Dünyası Mədəniyyəti” dərsində görüş təşkil edildi. Görüşdə “Türk Dünyası Mədəniyyəti” fənnini öyrənən tələbələrlə yanaşı, departamentin müəllimləri də iştirak etdilər.
Dr. Yanç “Türk Dünyası Aytısları (Deyişmələri/Atışmaları)” adlı məruzə ilə çıxış edərək, Türk dünyasında geniş yayılan deyişmələr haqqında məlumat verdi. Tələbələr məruzəni maraqla qarşıladılar. Görüşdə tələbə və müəllimlər məruzəçiyə mövzu ilə əlaqəli müxtəlif suallar ünvanladılar.
Çağdaş dünyada sürətlə gedən dəyişikliklər qlobal düşünmə tərzinin əhəmiyyətini xeyli artırır. İnformasiyaların genişləndiyi bir dövrdə təhsildə baş verən sürətli dinamikanı izləmək və ona uyğun olaraq inkişaf etmək ən səmərəli strategiyalardandır, başqa sözlə, inteqrasiya müasir təhsil prosesinin özünəməxsus keyfiyyət göstəricilərindən biridir. Milli kurikulum təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi önəm verir. Bu baxımdan Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti “İnteqrativ dərs” layihəsinə start vermişdir.
2020-ci il dekabrın 23-də “Sofoklun “Çar Edip” tragediyası və onun dünya ədəbiyyatında bədii transformasiyası: müqayisəli ədəbiyyat kontekstində” mövzusunda inteqrativ dərs keçirilmişdir. Dərsə Dillər və ədəbiyyatlar departamentinin müəllimləri Qardaşxan Əzizxanlı və Ülvi Babasoy moderatorluq etmişlər. Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı, dosent Elza Səmədli inteqrativ dərslərin təşkilini təqdir etmiş, tələbələrin dünyagörüşünün formalaşmasında, ümumi təlim nəticələrinin reallaşmasında rolunu vurğulamışdır.
Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova ortaq bilik və bacarıqların sintezinin təlim prosesinin səmərəliliyinin artırmasının əhəmiyyətini qeyd etmişdir. Dərsdə Dillər və ədəbiyyatlar departamentinin müəllimləri f.ü.f.d. Xatirə Yusifova, f.ü.f.d. Elmira Məmmədova, f.ü.f.d. Gülşanə Xudiyeva və Şəlalə Mirzəyeva da iştirak etmişlər. Tələbələrdən Ləman Abbasova, Türkan Mürsəlova, Gülşən Hətəmli, Gültac Güləliyeva, İlkanə İbrahimbəyli, İmaməli İbrahimov, Flora Əsgərli, Aydan Nağıyeva və b. mövzuya müxtəlif aspektlərdən fikir bildirmişlər. Dərsin inteqrativ və interaktiv formatda keçirilməsi iştirakçılarda mövzuya qarşı böyük maraq oyatmışdır.
2020-ci il fevralın 24-də Xəzər Universitetinin “Mərmər” zalında “Son nəfəsədək” filminin nümayişi və yaradıcı heyətilə görüş keçirildi. Görüşü giriş sözü ilə Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova açaraq, 1992-ci il fevralın 26-da erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırım, amansız qırğın aktı törətdiyindən danışdı. O, bu soyqırımın ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla bərabər, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət olduğunu vurğuladı.
Daha sonra isə real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmi nümayiş olundu. Filmin ssenaristi və baş prodüseri Nurəddin Aslanovun sözlərinə görə, filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin ilkin mərhələsindən Xocalı Soyqırımına qədər olan dövrü əhatə etməsidir. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov, Novruz Cəfərov, Vaqif Kərimov və başqaları çəkilmişlər.
Filmin nümayişindən sonra Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova Qarabağ münaqişəsi ilə bağlı reallıqların bugünkü və gələcək nəsillərə çatdırılması üçün belə filmlərə böyük ehtiyac duyulduğunu qeyd etdi və filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli vətənpərvərlik mövzusunda çəkilən belə filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müsbət rol oynadığını xüsusi vurğuladı, əməyi keçənlərə minnətdarlığını bildirdi.
Tədbirin sonunda yaradıcı heyət tələbələrlə Qarabağ həqiqətləri haqqında fikir mübadiləsi apardı.
2020-ci il fevralın 28-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamenti “Humanitar elmlər: dünən, bu gün və sabah” adlı tələbə elmi konfransı keçirdi.
2020-ci il iyunun 30-da Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirildi. Magistrantlar –Aytac Məmmədbəyli “Müasir Azərbaycan poeziyasında modernist meyllər (Ələkbər Salahzadə yaradıcılığı əsasında)”; Rəşidə Rəşidli “Rüstəm Behrudi poeziyasında türkçülük”; Sevinc Abdulxalikova “Şeyx İbrahim Gülşəni Bərdəinin Türk “Divanın”ında arxaizmlər” mövzusunda dissertasiya işlərini yüksək səviyyədə təqdim etdilər. Hər bir iddiaçı elmi müzakirə şəraitində şura üzvlərinin suallarını cavablandırdılar. Müzakirələr zamanı komissiya üzvləri iddiaçıların elmi biliklərinin nümayişindən və hazırlıq səviyyəsindən məmnun qaldıqlarını bildirdilər.
Xəzər Universitetinin magistrləri təhsil aldıqları müddətdə göstərilən diqqət və qayğıya görə elmi rəhbərlərə və müəllim heyətinə təşəkkür etdilər. Gənc tədqiqatçılar əldə etdikləri bilik və təcrübələrin onların gələcək elmi fəaliyyətlərində mühüm rol oynayacağını əminliklə ifadə etdilər.
Sonda komissiya üzvlərinin ümumi rəyi əsasında təqdim olunan dissertasiyalar müsbət qiymətləndirildi və magistrantlara müvafiq ixtisaslar üzrə magistr dərəcəsinin verilməsinə dair qərar qəbul edildi. Müdafiə Şurasının üzvləri magistrləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Dissertasiya işlərinin müdafiəsinə Microsoft Teams proqramı ilə qoşulan istedadlı şair Ə.Salahzadənin qızı M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Xatirə Kərimli atasının yaradıcılığına diqqət ayırdıqlarına görə həm elmi rəhbərə, həm də magistranta minnətdarlığını bildirdi.
On June 30, 2020, Khazar University’s Department of Languages and Literature held an online defense of master's theses. The following master students presented their dissertations on the following topics at a high level: Aytaj Mammadbeyli with dissertation on “Modernist tendencies in modern Azerbaijani poetry (based on the work of Alakbar Salahzadeh)”; Rashida Rashidli on “Turkism in the poetry of Rustam Behrudi”; Sevinj Abdulkhalikova on “Archaisms in the Turkish ‘Divan’ of Sheikh Ibrahim Gulshani Bardai”. Each applicant answered the questions of the board members in a scientific discussion. During the discussions, members of the commission expressed satisfaction with the demonstration of scientific knowledge and level of preparation of the defenders.
Khazar University master’s students thanked the supervisors and teaching staff for the attention and care shown during their studies. The young researchers expressed confidence that the knowledge and experience gained will play an important role in their future scientific activities.
In the end, based on the general opinion of the commission members, the dissertations submitted were positively evaluated and a decision was made to award master's degrees in relevant specialties. The members of the Defense Council congratulated the master’s and wished them success in their future endeavors.
Khatira Karimli, a senior researcher at the Institute of Manuscripts named after M.Fuzuli, the daughter of the talented poet A.Salahzadeh, who joined the theses defense session via Microsoft Teams program, thanked both the supervisor and the master’s student for paying attention to her father's work.