Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin əsas vəzifəsi Universitetin bütün fakültələrində Azərbaycan dilini, Azərbaycan və Dünya ədəbiyyatını tədris etmək, bu fənlər üzrə bakalavr, magistr və doktorantlar hazırlamaqdır. Azərbaycan dili və ədəbiyyatının tədrisi Universitetin digər fakültələrində də nəzərdə tutulur. Universitetin “Təbiət elmləri və mühəndislik”, “İqtisadiyyat və Menecment”, “Humanitar, təhsil və sosial elmlər” fakültələrində Azərbaycan dili və ədəbiyyatı qeyri-ixtisas fənni olaraq öyrədilir. Adları çəkilən fakültələrdə departament daha çox Azərbaycan dili və Azərbaycan ədəbiyyatı fənlərinin tədrisində ümumi məlumat, tanışlıq xarakterli məzmuna üstünlük verir. Dillər və ədəbiyyatlar departamenti eyni zamanda ikinci xarici dil olmaqla alman, fransız, italyan, çin və s. dillərinin tədrisini həyata keçirir.
Departament Universitetin sosial həyatında yaxından iştirak etməyi, ədəbiyyat müzakirələri, şeir gecələri, qiraət yarışları təşkil etməyi, universitetin hazırladığı tədbirlərdə tələbələrin fəallığını təmin etməyi də fəaliyyət planın mühüm hissəsi hesab edir.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bakalavriat səviyyəsində departamentin məqsədi yüksək səviyyəli, peşəkar müəllimlər hazırlamaq, Azərbaycan dili və ədəbiyyatının (o cümlədən Dünya ədəbiyyatını) tələbələrə bütün mərhələ və dövrlərini, bölmə və sahələrini nəzəri və praktik şəkildə tədrisini təşkil etməkdir. Proqramı mənimsəyən tələbələr aşağıdakı bilik və bacarıqlara yiyələnirlər:
“Humanitar, təhsil və sosial elmlər” fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat səviyyəsində departamentin məqsədi tələbələrə müasir Azərbaycan dilinin qrammatik strukturunu, bölmələrini geniş şəkildə öyrətməklə yanaşı, dilçilik, dil tarixi haqqında bilik vermək, Azərbaycan ədəbiyyatının (o cümlədən Dünya ədəbiyyatının) xronoloji ardıcıllıqla öyrənilməsini həyata keçirmək, müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin həyat və yaradıcılığını öyrətmək, ilkin nəzəri məlumatlarla təmin etməkdir. Proqramı mənimsəyən tələbələr aşağıdakı bilik və bacarıqlara yiyələnirlər:
Xəzər Universitetinin digər departamentləri kimi, Dillər və ədəbiyyatlar departamentinin magistr proqramları tələb olunan və seçmə fənlərdən ibarətdir.
Azərbaycan dilinin ayrı-ayrı problemlərini dərindən öyrətmək, onların nəzəri hazırlığını artırmaq, müasir dilçilikdə mövcud olan məktəblərin elmi-nəzəri konsepsiyaları ilə tanış etmək, təhlil və tətbiqetmə bacarıqlarını aşılamaq departamentin əsas məqsədidir.
Xəzər Universitetinin digər departamentləri kimi, Dillər və ədəbiyyatlar departamentinin Azərbaycan ədəbiyyatı üzrə magistr proqramı tələb olunan və seçmə fənlərdən ibarətdir. Azərbaycan ədəbiyyatının ayrı-ayrı problemlərini dərindən öyrətmək, onların nəzəri hazırlığını artırmaq, müasir ədəbiyyatşünaslıq konsepsiyaları haqqında bilik vermək, təhlil və tətbiqetmə, mətn üzərində işləmək bacarıqlarını aşılamaq departamentin əsas məqsədidir.
Departament doktorluq səviyyəsində təhsil alanların ümumi nəzəri hazırlığını yüksəltməklə bərabər, dil və ədəbiyyatın ayrı-ayrı problemləri üzrə onları tədqiqat işlərinə yönəltməyi fəaliyyətinin əsas istiqaməti hesab edir.
Dillər və ədəbiyyatlar departamenti dil və ədəbiyyatın müxtəlif istiqamətləri, problemləri üzrə tədqiqat işlərinin aparılması, tələbələr üçün tədris vəsaitlərinin hazırlanmasını, elmi seminar və müzakirələrin, simpozium və konfransların təşkilini, tələbələrin tədqiqat işlərinə cəlb edilməsini elmi fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir.
Departament universitetin sosial həyatında yaxından iştirak etməyi, ədəbiyyat müzakirələri, şeir gecələri, qiraət yarışları təşkil etməyi, universitetin hazırladığı tədbirlərdə tələbələrin fəallığını təmin etməyi də fəaliyyət planın mühüm hissəsi hesab edir.