19 noyabr 2026-cı il tarixində, saat 14:00-da Xəzər Universitetində 102N nömrəli otaqda “Hüceyrədən Orqana: Orqanoid Texnologiyası” mövzusunda elmi seminar keçiriləcək.
Seminarda məruzəçi qismində Xəzər Universitetinin Həyat elmləri departamentinin müəllimi Dr. İnci Şıxəliyeva çıxış edəcək. Seminar zamanı müasir biologiya və biotexnologiyanın aktual istiqamətlərindən biri olan orqanoid texnologiyası, hüceyrələrdən üçölçülü orqanoid modellərinin yaradılması, onların inkişaf xüsusiyyətləri və elmi-tədqiqat sahəsində tətbiq imkanları haqqında məlumat veriləcək. Seminar müasir elmi yanaşmaların müzakirəsi, yeni biliklərin paylaşılması, tələbərin orqanoid texnologiyası sahəsində məlumatlılığının artırılması baxımından əhəmiyyət daşıyır.