Xəzər Universitetinin Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi və Neft mühəndisliyi departamentinin təşkilatçılığı ilə “Yatağın tammiqyaslı modellərində transmissivliyin və quyu indeksinin axın əsasında miqyasının böyüdülməsi və Dekart hesablama şəbəkəsinin miqyasının adaptiv böyüdülməsi” mövzusunda seminar keçiriləcək.
Doktorant Turqut Əhmədov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyini artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən Texas A&M Universitetində “Neft-qaz Mühəndisliyi” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 18 noyabr 2026-cı il tarixində, saat 19:00-da Teams platforması üzərindən online formada təşkil olunacaqdır. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə seminara qoşula bilərlər:
Link:
Qoşulma keçidi:
https://teams.microsoft.com/meet/497871474987286?p=feubYsCyaKVfX018P4
Görüş ID-si: 497 871 474 987 286
Parol: Sg2SW3Zk