16 noyabr 2026-cı il tarixində Xəzər Universitetində “Khazar Talks-7” çərçivəsində “Din və dünyəvilik” mövzusunda seminar keçiriləcək. Tədbirdə millət vəkili Ceyhun Məmmədov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Hamlet İsaxanlı və AMEA-nı təmsil edən Prof. Solmaz Rüstəmova Tohidi çıxış edəcəklər.
Ünvan: Xəzər Universiteti, Neftçilər Kampusu, Məhsəti küçəsi 41, Mərmər zal
Tarix: 16 noyabr 2026
Saat: 11:00