6 noyabr 2026-cı il tarixində saat 11:00-da Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Hasvet Baytarlıq Təbabəti Fakültəsində Zəfər Gününə həsr olunmuş “Zəfərin şahidləri: Tarixdən gələcəyə” adlı tədbir keçiriləcək.
Tədbirin qonağı 44 günlük Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan mayor, yazıçı Mahir Hüseynov olacaq.