2026-cı il 21–27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2026) keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında təşkil olunacaq.
Sərgi çərçivəsində yeni nəşrlərin təqdimatları, müəlliflərlə görüşlər, imza günləri, müzakirələr və müxtəlif mədəni-maarifləndirici tədbirlər keçiriləcək.
Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi sərgidə universitetin elmi, tədris və nəşriyyat fəaliyyətini, kitabxana resurslarını, elektron informasiya xidmətlərini və rəqəmsal elmi resurslara çıxış imkanlarını ziyarətçilərə təqdim edəcək.