19–25 oktyabr tarixlərində Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Açıq Giriş Həftəsi (International Open Access Week) keçiriləcək.
Həftənin əsas məqsədi açıq giriş və açıq elm haqqında məlumatlılığı artırmaq, elmi informasiya resurslarının sərbəst əldə olunmasının əhəmiyyətini vurğulamaq, tələbə və tədqiqatçıları açıq elmin imkanları ilə tanış etməkdir.
Tədbirin açılışı 19 oktyabr tarixində, saat 10:00-da, Xəzər Universitetinin 102N nömrəli otağında keçiriləcək. Həftə ərzində digər maarifləndirici fəaliyyətlər Kitabxana-İnformasiya Mərkəzində təşkil olunacaq.
Tədbirlər çərçivəsində iştirakçılar açıq elmi resurslar, elmi nəşrlərə sərbəst çıxış imkanları, universitetin rəqəmsal elmi resursları və açıq elmin tədqiqat fəaliyyəti üçün yaratdığı imkanlar haqqında məlumat əldə edə biləcəklər.
Açıq giriş elmi biliklərin hamı üçün əlçatan olması deməkdir!
Açıq Giriş Həftəsi ilə maraqlanan və bu sahədə məlumat əldə etmək istəyən bütün tələbələr, müəllimlər, tədqiqatçılar və universitet əməkdaşları tədbirlərdə iştirak etməyə dəvət olunurlar.
Tarix: 19–25 oktyabr 2026-cı il
Açılış: 19 oktyabr, saat 10:00
Məkan: 102N nömrəli otaq
Sonrakı tədbirlər: Kitabxana-İnformasiya Mərkəzi Neftçilər Kampusu.