21–27 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
Sərgi çərçivəsində 23 oktyabr 2026-cı il tarixində, saat 11:00-da, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və sənət” mövzusunda təqdimatı keçiriləcək. Tədbir Bakı Ekspo Mərkəzinin SOCAR təqdimat zonasında baş tutacaq.
Professor Hamlet İsaxanlının təqdimatı sərgi çərçivəsində elmi və mədəni mövzulara maraq göstərən iştirakçılar üçün maraqlı görüş olacaq.
Bütün maraqlananları təqdimatda iştirak etməyə dəvət edirik.