Həyat Elmləri departamentinin və Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin təşkilatçılığı ilə “Yaddaş necə formalaşır, necə möhkəmləndirilə bilər və güclü yaddaşa necə sahib ola bilərik?” adlı seminar keçiriləcək.
Məruzəçi Aygün Bədəlova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında London Universitet Kolleci, Nevrologiya, Beyinin Bərpası və Reabilitasiyası İnstitutunda (University College London, İnstitute of Neurology, Brain repair and rehabilitation) doktorantura təhsili alır.
Seminar 20 fevral 2026-cı il tarixində Bakı vaxtı ilə saat 12:00-da Zoom platforması vasitəsi ilə onlayn şəkildə təşkil olunacaqdır. İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.
Join Zoom Meeting
https://ucl.zoom.us/j/4011832607?omn=97513011250
Meeting ID: 401 183 2607