Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi və Təhsil departamentinin təşkilatçılığı ilə “Uşaq mərkəzli prinsiplərin məktəbəhazırlıq qruplarında tətbiqi (5-6 yaşlı uşaqlar üçün məktəbə keçid kontekstində) mövzusunda elmi-praktik seminar keçiriləcək.
Doktorant Fərqanə Seyidli “2023-2027-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında İngiltərənin Aberdeen Universitetində “Təhsil” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 25 dekabr 2025-ci il tarixində, saat 11:00-da Xəzər Universitetinin Neftçilər korpusunda 102 N otağında təşkil olunacaqdır.
Seminara hər kəs dəvətlidir.