Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi Coğrafiya və ətraf mühit departamentinin təşkilatçılığı ilə “Kvant texnologiyaları dövründə coğrafiya: Süni intellekt və məkan verilənlərinin yeni nəsil təhlili” mövzusunda seminar keçiriləcək.
Doktorant Nurtac Süleymanzadə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyini artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Türkiyənin İstanbul Universitetində “Coğrafiya” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 6 dekabr 2025-ci il tarixində saat 14:30-da Xəzər Universitetinin Nərimanov korpusunda, 402 nömrəli otaqda keçiriləcəkdir.
İştirak etmək istəyənlər seminara qoşula bilərlər.
Ünvan: Xəzər Universiteti, Nərimanov Kampusu, Əhməd Rəcəbli küçəsi, 33c