İqtisadiyyat və Menecment departamenti və Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin birgə təşkilatçılığı ilə doktorant Nərmin Məmmədovanın “Süni intellekt və insan resurslarının idarə olunması” mövzusunda seminarı keçiriləcəkdir.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqaviləsi əsasında Southampton Universitetində “Biznes və menecment” ixtisası üzrə təhsil alır.
Seminar 21.05.2025-cü il tarixində saat 20:00-da Teams platforması üzərindən online formada keçiriləcəkdir. Arzu edən hər kəs qoşula bilər.
https://teams.microsoft.com/l/meetup-join/19%3ag4JSD-QScILCvxwNZlRIJ1Ry4zDBhH3HqaL3ZQL8eF41%40thread.tacv2/1747638926042?context=%7b%22Tid%22%3a%22ef86710f-8f82-457e-b1da-20560bfb7911%22%2c%22Oid%22%3a%2285eff192-7dfe-46d3-99c4-e912c69e7928%22%7d