7 noyabr 2024-cü il tarixində Xəzər Universiteti Təhsil Departamentinin idarə heyəti və Xəzər Universiteti Dünya məktəbində fəaliyyət göstərən müəlliminin əməkdaşlığı çərçivəsində tələbələr üçün bu il Azərbaycanda keçiriləcək "COP 29" ilə tədbir təşkil olunacaqdır.
Tədbirin mövzuları "COP-29 və Gənclərin Rolu: Tələbələrin İqlim Fəallığı" və "Ölkəmizdə İqlim Dəyişikliyi və Qida Təhlükəsizliyi"-dir.
Bu tədbir Azərbaycanda tələbələrin iqlim dəyişikliyi, qida təhlükəsizliyinə dair mövzularla bağlı məlumatlılığnı artırmaq və hazırda dünya gündəmində olan problemlərin həll yolları ilə bağlı tələbələrlə müzakirələr aparmaq məqsədi daşıyır.
Tədbir ictimaiyyətə açıq olacaq.