Həyat Elmləri departamenti və Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin təşkilatçılığı ilə doktorant Səbinə Ömərovanın “Effect of protein-protein interactions in the Brucella T4SS assembly and function” adlı seminarı keçiriləcəkdir.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqaviləsi əsasında Fransanın Montpellier Universitetində Mikrobiologiya ixtisası üzrə təhsil alır.
Seminar 23.10.2024-cü il tarixində saat 12:00-da Xəzər Universitetinin, Neftçilər korpusunda, 206old nömrəli auditoriyada keçiriləcəkdir.
Seminara hər kəs dəvətlidir!