24.02.2024-cü il tarixdə saat 11:00-da 102N otaqda Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə Xəzər Universitetinin "İbtidai sinif müəllimliyi" ixtisası üzrə təhsil alan tələbələri üçün "Müəllimliyə gedən yol" mövzusunda "dəyirmi masa" keçiriləcəkdir.
Məruzəçilər Xəzər Universitetinin məzunları, hazırda ölkədə fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin ibtidai sinif müəllimləridir. Məzunlar Xəzər Universitetində əldə etdikləri bilik və iş müddətində qazandıqları təcrübələrini tələbələrlə paylaşacaqlar.