Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin təşkilatçılığı ilə doktorant Nurtac Süleymanzadənin “Qarabağın turizm ehtiyatları” adlı seminarı keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Türkiyənin İstanbul Universitetində doktorantura təhsili alır.
Seminar 21.12.2023 tarixində saat 15:00-da Zoom platforması vasitəsi ilə onlayn şəkildə təşkil olunacaqdır. İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.
https://us06web.zoom.us/j/82424774837?pwd=Sdov9uGY0jhbV8lS4xi7dkCUX7Y30b.1
Meeting ID: 824 2477 4837
Passcode: 572403