Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Fakültəsinin və Tarix və Arxeologiya departamentinin təşkilatçılığı ilə doktorant Məmmədov Qulamhüseyn Qismət oğlunun “Azərbaycan Böhranı (1946)” adlı seminarı keçiriləcək. Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Türkiyənin Ege Universitetində doktorantura təhsili alır.
Təlim 20.12.2023 tarixində saat 15:00-da Zoom platforması üzərindən online formada keçiriləcək.
Arzu edən hər kəs qoşula bilər.
https://us06web.zoom.us/j/81838579520?pwd=sXNiWLBIcGg0wl0C5YZ0S0GBrppDfk.1