Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti “Müəllimlərin motivasiyasını yüksək saxlamaq üçün gözləntiləri aşın” mövzusunda seminar keçirəcək. Seminarı Qazaxıstanın Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti mühazirəçisi və koordinatoru Saulet Alpysbayeva aparacaq. Tədbir 8 dekabr 2023-cü il, saat 23:00-da baş tutacaq. Xəzər Universiteti, Nərimanov kampusu, otaq 303.
Hər kəs seminarda iştirak etməyə dəvətlidir!