19 dekabr 2023-cü il tarixində Xəzər Universiteti İngilis Dili və Ədəbiyyatı Departamenti tərəfindən ilk “Creative Writing” müsabiqəsi keçiriləcək. Müsabiqə Xəzər Universitetinin tələbələri üçün açıq olacaq və birinci mərhələsi seçim turu olmaqla iki mərhələdən ibarətdir. İştirakçılar seçim turundan uğurla keçdikdən sonra müsabiqənin əsas mərhələsində mövzulardan biri üzrə 45 dəqiqə ərzində 150-200 sözdən ibarət yazı yazacaqlar. Mövzular əvvəlcədən elan olunacaq. Maraqlanan bütün tələbələr qeydiyyatdan keçə bilər.
Məkan: Xəzər Universiteti (Neftçilər Kampusu)
Əlaqə məlumatı üçün posterimizə baxın.