Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Təhsil departamentinin təşkilatçılığı ilə “Teacher literacy of writing assessment: Teachers’ ability to use IELTS Writing Task 2 criteria in giving formative feedback to students’ Task 2 compositions in Azerbaijan” adlı seminar keçiriləcək.
Məruzəçi Yasəmən İbayeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Birləşmiş Krallığın Bristol Universitetində doktorantura təhsili alır.
Seminar 30 oktyabr 2023-ci il tarixində saat 15:00-da Microsoft Teams platforması vasitəsi ilə onlayn şəkildə təşkil olunacaq. İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.