6 oktyabr 2023-cü il tarixindən etibarən hər cümə günü saat 12:30-da İngilis dili və ədəbiyyatı departamentində dil daşıyıcısı olan Gabrylla Sherrien’in rəhbərliyi ilə danışıq klubu təşkil ediləcək.
Danışıq klubunda siz səlis danışmağa və fikirlərinizi aydın ifadə etməyə imkan verəcək nitq bacarıqlarınızı təkmilləşdirəcəksiniz.
Təhsil, tarix, iqtisadiyyat, qloballaşma, səyahət, dünya xəbərləri, sağlam həyat tərzi və s. kimi müxtəlif maraqlı və faydalı mövzuları müzakirə etmək üçün bizə qoşulun.
Əlavə məlumat və qeydiyyat üçün: khazarseminars@gmail.com
Neftçilər kampusu, Otaq 313 (köhnə bina)