Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Həyat elmləri departamentinin təşkilatçılığı ilə “Primatlarda İmmunoqlobulin (IG) lokuslarının genomik tədqiqi” adlı seminar keçiriləcək.
Doktorant Türkan Səmədova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Fransanın Monpelye Universitetində “İmmunogenetika” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 21 sentyabr 2023-cü il tarixində saat 12:00-da Xəzər Universiteti, Neftçilər korpusunda, 102N nömrəli otaqda keçiriləcəkdir.
İştirak etmək istəyən hər kəs seminara dəvətlidir.