Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentində "ingilis dilinin tədrisi: problemlər və perspektivlər" mövzusunda seminar təşkil olunacaq. Seminarı Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin professoru Hüseynağa Rzayev keçirəcək.
Tədbir 14 sentyabr 2023-cü il saat 12:00-da baş tutacaq.
Məkan: Xəzər Universiteti, Neftçilər kampusu, otaq 102N
Seminarda iştirak etmək istəyən hər kəsi dəvət edirik!