2023-cü il iyunun 12-13-14-də saat 16.00-da Xəzər Universitetinin Mərkəz kampusunda (Bəşir Səfəroğlu, 122) “Elm və Sənət Məclisi”nin 78, 79 və 80-ci məclisləri keçiriləcək.
Türkiyənin İstanbul Universitetinin professoru Mehmet Ölmez aşağıdakı mövzularda məruzə edəcək:
12 iyun – “Hun-Göytürk dövrü türkcə abidələr və əsas tədqiqatlar”;
13 iyun – “Göytürk - Uyğur- Qaraxanlı dövrü türkcə əsərlər”;
14 iyun – “Türk - monqol dil əlaqələri”.
Maraqlananlar dəvət olunurlar.