Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Həyat elmləri departamentinin təşkilatçılığı ilə “Membranöz Qlomerulonefrit Xəstələrində GDF-15 və PLA2R1 (rs35771982) Polimorfizmi İlə Əlaqəsinin Araştırılması” adlı seminar keçiriləcək.
Məruzəçi Aidə Adıkozalova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Türkiyənin İstanbul Universitetində doktorantura təhsili alır.
Seminar 12 iyun 2023-ci il tarixində saat 15:00-da Zoom platforması vasitəsi ilə onlayn şəkildə təşkil olunacaqdır. İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsilə seminara qoşula bilərlər.
https://us04web.zoom.us/j/71285624625?pwd=02jMC1ohMWBauBgmFiV0E4DCbe2QUS.1