Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Həyat elmləri departamentinin təşkilatçılığı ilə “ Effektiv nanodərmanlar dizaynı üçün nanomiqyasda bioloji qarşılıqlı əlaqənin başa düşülməsinin əhəmiyyəti” adlı seminar keçiriləcək.
Məruzəçi Mədinə Qiyasəddin qızı Quliyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Birləşmiş Krallığın "London Kollec" Universitetində doktorantura təhsili alır.
Seminar 05 iyun 2023-ci il tarixində saat 15:00-da Zoom platforması vasitəsi ilə onlayn şəkildə təşkil olunacaqdır. İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.
https://us04web.zoom.us/j/76349836363?pwd=1iy0b9wbNrg51X9HpPAUGjh9egLStH.1