Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Mexanika mühəndisliyi departamentinin təşkilatçılığı ilə “Neft-qaz platformalarında konstruksiya mühəndisliyi” adlı seminar keçiriləcək.
Məruzəçi Kənan İbrahimov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Birləşmiş Krallığın Aberdeen Universitetində doktorantura təhsili alır.
Seminar 12 may 2023-ci il tarixində saat 15:00-da canlı şəkildə Xəzər Universitetinin Neftçilər korpusunda 102N nömrəli otaqda keçiriləcək.
İştirak etmək istəyən hər kəs seminara dəvətlidir.