Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Həyat elmləri departamentinin təşkilatçılığı ilə “Genomun redaktəsi və onun müasir seleksiya tədqiqatlarına təsiri ” adlı seminar keçiriləcək.
Məruzəçi Güllər Qədiməliyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Almaniyanın Bonn Universitetində doktorantura təhsili alır.
Seminar 4 may 2023-ci il tarixində saat 15:00-da Zoom platforması vasitəsi ilə onlayn şəkildə təşkil olunacaqdır. İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.
Link: https://us04web.zoom.us/j/78052924637?pwd=oQo6s7ONLOOIZPtR4uy2MK6v1PTdb4.1