Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Həyat elmləri departamentinin təşkilatçılığı ilə “Flow Cytometry and HPLC: The working principle and application fields” adlı seminar keçiriləcək.
Məruzəçi doktorant İnci Şıxəliyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Türkiyənin İstanbul Universitetində “Molekulyar biologiya və Genetika” ixtisası üzrə doktorantura təhsili alır.
Seminar 20 aprel 2023-cü il tarixində saat 11:00-da Xəzər Universiteti, Neftçilər korpusunda, 102N nömrəli otaqda keçiriləcəkdir.
İştirak etmək istəyən hər kəs seminara dəvətlidir.