Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Həyat elmləri departamentinin təşkilatçılığı ilə “Role of secretion systems in Brucella virulence” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Fransanın Montpellier Universitetində təhsil alan doktorant Omarova Səbinə Abdulla qızıdır.
Seminar 29 dekabr 2022-ci il tarixində saat 14:00-da Microsoft Teams platforması ilə onlayn şəkildə təşkil olunacaqdır. İştirak etməyi arzu edənlər qeydiyyat üçün gbahaddinova@khazar.org Günel Bahəddinova ilə əlaqə saxlaya bilərlər.
Seminarın linki: