Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Həyat elmləri departamentinin təşkilatçılığı ilə “Primatlarda immunoqlobulinin ağır zəncirinin genomik tədqiqi” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Fransanın Montpellier Universitetində təhsil alan doktorant Türkan Səmədovadır.
Seminar 23 dekabr 2022-ci il tarixində saat 14:00-da Microsoft Teams platforması ilə onlayn şəkildə təşkil olunacaqdır. İştirak etməyi arzu edənlər qeydiyyat üçün gbahaddinova@khazar.org Günel Bahəddinova ilə əlaqə saxlaya bilərlər.
Seminarın linki: