Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Hüquq departamentinin təşkilatçılığı ilə “İnzibati hüququn özəllikləri və mənbələri” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında İstanbul Universitetində təhsil alan doktorant Səma Əsədovadır.
Seminar 21 dekabr 2022-ci il tarixində saat 20:00-da Microsoft Teams platforması ilə onlayn şəkildə təşkil olunacaqdır. İştirak etməyi arzu edənlər qeydiyyat üçün gbahaddinova@khazar.org Günel Bahəddinova ilə əlaqə saxlaya bilərlər.
Seminarın linki: