Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin təşkilatçılığı ilə “Azərbaycanın turizm potensialının qiymətləndirilməsində Coğrafi informasiya sistemlərinin rolu” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında İstanbul Universitetində təhsil alan doktorant Süleymanzadə Nurtacdır.
Seminar 15 noyabr 2022-ci il tarixində saat 15:00-da Microsoft Teams platforması ilə onlayn şəkildə təşkil olunacaqdır. İştirak etməyi arzu edənlər qeydiyyat üçün gbahaddinova@khazar.org Günel Bahəddinova ilə əlaqə saxlaya bilərlər.
Seminarın linki: