25 may 2022-ci il tarixində saat 20:30-da Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və İqtisadiyyat və Menecment departamentinin təşkilatçılığı ilə “Portfel Menecmentində Ənənəvi və Müasir Yanaşmalar” adlı seminar keçiriləcək.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında İstanbul Universitetində təhsil alan doktorant Məhəmməd Vələd oğlu Çərkəsovdur.
Seminar online şəkildə keçiriləcək. İştirak etməyi arzu edənlərdən aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.