18 may saat 14:00-da Mərmər zalda Xəzər Universiteti Inkişaf Mərkəzinin təşkilatçılığı ilə “Alumni Talk” adlı silsilə seminarların növbəti görüşü keçiriləcəkdir. Seminarın bu dəfəki qonaq spikeri BƏƏ-də yerləşən AJ Group şirkətinin yaradıcısı Ceyran Əfəndidir.
Ceyran Əfəndi 1994-1998-ci illərdə Xəzər Universitetində İqtisadiyyat üzrə bakalavr təhsili almışdır.
Maraqlanan hər kəs görüşə dəvətlidir.